''Axşam hamama girdim, qəflətən bir kişi sinəmə əl atdı...'' - Bakıda OLAY

''Axşam hamama girdim, qəflətən bir kişi sinəmə əl atdı...'' - Bakıda OLAY''Axşam idi, hamama girdim çimmək üçün. Qəflətən bir kişi sinəmə əl atdı. Baxıb gördüm ki, qonşum və qohumum Əhlimandır. Qışqırıb köməyə adam çağırdım, ancaq o məni zorlamaq istəyirdi''.

Bu sözləri Bakının Qaradağ rayonu ərazisində qohumu tərəfindən təcavüzə məruz qalan 30 yaşlı F.M. deyib.

Qobustan qəsəbəsi, Şıxlar kəndində yaşayan zərərçəkmişin sözlərinə görə, hadisə bu il aprelin 27-də yaşadığı evin həyətindəki hamamda baş verib: ''Gecə idi, haradasa saat 11 olardı. Hamama girdim. Soyunmaq istəyirdim ki, qəflətən Əhliman Qasımov içəri girib mənə əl-qol atdı. Sinəmə əl atırdı. Qışqırıb yoldaşımı çağırdım, heç kim köməyə gəlmədi. Sonra mənə pis-pis təkliflər etməyə başladı. Mən etiraz edəndə başladı zorla etməyə. Mən hamamda əlimə birdəfəlik istifadə olunan üzqırxan keçdi. Götürüb Əhlimanın üzünə çəkdim. Qanadığını görəndən sonra məndən əl çəkdi''.

Şikayətçi deyir ki, hadisə baş verən vaxta kimi Ə.Qasımovdan hansısa şübhəli hərəkət hiss etməyib.

Hadisə ilə bağlı Qaradağ Rayon Prokurorluğunda istintaq aparılsa da, şikayətçi müstəntiq İlyas Hüseynovun işindən narazılıq etdi: ''Müstəntiq məndən evin sənədlərini istəyir. Hamamın hansı həyətdə olmasını soruşur. Öz həyətimdə, öz hamamımda baş verib hadisə. Evin sənədlərinin bu məsələyə nə aidiyyəti var?''

BiG.AZ bildirir ki, müstəntiq İ.Hüseynov criminal.az-a açıqlamasında dedi ki, hazırda F.M.-in işi ilə bağlı istintaq davam etdirilir. Ə.Qasımov artıq həbs edilib. İşin gedişində zərərçəkmiş tərəfi narazı salacaq heç bir hal yoxdur. Sadəcə hadisə ilə bağlı Cinayət Məcəlləsinin 29,149-cu (zorlamaya cəhd) maddəsi ilə cinayət işi başlanıb. Zərərçəkmişdən evin sənədlərinin tələb edilməsi isə sırf işin gedişi ilə bağlıdır.

Müstəntiqin sözlərinə görə, sənədlər mənzil toxunulmazlığı hüququ ilə bağlıdır. Çünki Ə.Qasımov başqasının mənzilinə girərək qadına təcavüz etmək istəyib. Ona görə də cinayət işinə Cinayət Məcəlləsinin 157-ci maddəsinin də əlavə edilməsi mümkündür. Bu isə sırf zərərçəkmiş tərəfin xeyrinə olan bir haldır.

İ.Hüseynov əlavə etdi ki, zərərçəkmiş tərəfin hüquqlarını vəkil Şəfiqə Nağıyeva qoruyur. Ondan order tələb etsək də verməkdən imtina etdi. Sonradan məlum oldu ki, onun fəaliyyəti Vəkillər Kolegiyası tərəfindən 6 ay müddətinə dayandırılıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 22401   Tarix: 29 avqust 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278