Bakıda mühafizə xidmətinin işçilərinin özbaşınalığı -VİDEO

Bakıda mühafizə xidmətinin işçilərinin özbaşınalığı -VİDEOBura Sabunçu rayonudur. Əllərində bel ilə sakinləri vuran şəxslər "Tornado-Ş" mühafizə xidmətinin əməkdaşlarıdır.

Bunu valideynləri xəsarət alan Seymur Şahəliyev deyir. Onun sözlərinə görə, hər şey mühafizə xidmətinin əməkdaşlarının ondan evinin önündə saxladığı doberman cinsi itləri pulsuz istəməsi ilə başlayıb.

BiG.AZ xəbər verir ki, bu danışığın üzərindən 3 gün sonra-avqustun 15-də "Tornado-Ş" mühafizə xidmətinin əməkdaşları itlərin yuvalarını dağıdırlar. Nəticədə itlər balaları ilə birgə tələf olurlar. Heyvanlardan sonra növbə insanlara gəlir.

Seymur Şahəliyev deyir ki, avqustun 16-da mühafizə xidmətinin əməkdaşları atasını bel ilə döyəndən sonra tutacaqların köməyi olmadan yeriyə bilmir.

Birinci qrup əlilliyi olan Kənan Cəfərov da zərərçəkənlərdəndir. Deyir, gözlərim görməsə də, bədənimə dəyən zərbələrin ağrısını hiss edirdim.

Seymur Şahəliyev bildirir ki, hadisədən sonra mühafizə xidmətinin əməkdaşları obyektini də söküblər. Onlar Daxili İşlər Nazirliyinin qaynar xətti ilə əlaqə saxlasalar da, indiyə kimi nazirlikdən cavab gəlməyib.

Onun sözlərinə görə, "Tornado-Ş" mühafizə xidməti Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini Əli Nağıyevə məxsusdur. Ancaq rəsmi mənbələrdə Əli Nağıyevin adına rast gəlmək olmur.

Sabunçu Rayon Polis İdarəsində bu işə baxan müstəntiq bildirdi ki, bütün izahatlar alındıqdan sonra, "Tornado-Ş" MMC-nin əməkdaşları barəsində xuliqanlıq, vəzifə səlahiyyətlərini aşma maddəsi ilə cinayət işi açılacaq.

"Tornado-Ş" MMC-dən Meydan TV-yə bildirdilər ki, mətbuata cavab verən şəxs məzuniyyətdədir ona görə də heç bir cavab verə bilməyəcəklər.(azxəbər.com)

Həmin görüntünü sizlərə təqdim edirik:


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2536   Tarix: 28 avqust 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678