"Sevdiyim kişi ilə ailə qurmağa hələ qərar verməmişəm"

"Sevdiyim kişi ilə ailə qurmağa hələ qərar verməmişəm""Mən sevdiyim kişi ilə ailə qurmağa hələ qərar verməmişəm". Bu sözləri Gənc Tamaşaçılar Teatrının aktrisası, Əməkdar artist Naibə Allahverdiyeva deyib.

BiG.AZ xəbər verir ki, məşhur aktrisanın sözlərinə görə, bu məsələdə qərar vermək onun üçün çox çətindir: "Qəti qərar vermək çətindi. Sevdiyim şəxsi özü də Azərbaycanda yoxdur. Telefonla əlaqələrimiz var. Əsas qərar məndən asılıdır. O, isə mənlə bağlı öz qərarını verib. Ailə qurmaq çətin bir işdir. Nə vaxt beynimə tam batsa, o zaman qəti qərar verəcəm".

N.Allahverdiyeva bildirib ki, qızı bu evliliyə qarşı deyil: "Hər kəs ona verilən həyatı yaşamalıdır. Qızım da kimisə sevib ailə quracaq. O zaman mən tək qalmamalıyam. Qızım təhsilini artırmaq üçün başqa ölkəyə gedəcək. Hər şey vaxtında olmalıdır. İndiki zamanda ailə qurmaq çətin məsələdir. İnsanlar göründüyü kimi olmur. Ailə o zaman qurulur ki, tərəflər bir-birinə öyrənsinlər. İnsanlar çox dəyişib. Bu gün gördüyün insan sabah qarşında tamam başqa cilddə olur".

Aktrisa onu ailə qurmasına, kimisə sevdiyinə görə qınayanlara da cavab verib: "Mənim nə yaşım var, cavan qadınam. İnsan heç vaxt tək olmamalıdır. Heç kəsin haqqı yoxdur ki, kiminsə həyatına müdaxilə eləsin. Sabah mən tək qalıb xəstə olanda kimsə qapımı döyməyəcək, ən yaxının belə sənin halına yanmayacaq. Məni ailə qurmağa görə qınayanlar sabah xəstə olanda gəlib məni həkimə aparacaq? Heç kəsin fikri məni maraqlandırmır".

Bu evliliyə yox deyə bilərsinizmi sualına N.Allahverdiyevanın münasibəti belə olub: "Həyatda hər şey ola bilər".

Xatırladaq ki, aktrisa N.Allahverdiyeva sosial şəbəkədə həyatında birinə önəm verdiyini, sevdiyi şəxsin olduğunu və yaxın zamanlarda onunla ailə həyatı qurmağa hazırlaşdığını bildirib. (aznews.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2915   Tarix: 27 avqust 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məşhur azərbaycanlı cütlükdən YENİ FOTOLAR

Məşhur cütlük klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu və aktrisa Aysel İbrahimli paylaşım ediblər. xəbər verir ki, Aysel "instagram" hesabında həyat yoldaşı ilə olan yeni fotolarını paylaşıb. Onların səmimi görüntüləri izləyicilərin marağına səbəb olub. Həmin fotoları təqdim edirik:

24.03.2024 1229
.

Röya Ayxan Bakıda: Necə olur ki, o qapıya girdilər, bu qapıya yox...

Xalq artisti Röya Ayxan artıq Bakıya qayıdıb. BİG.AZ -a istinadla bildirir ki, müğənni bu barədə sosial şəbəkədə paylaşım edib. Röya Ayxan Moskvada baş verən terror hadisəsi ilə bağlı gördüklərini media nümayəndələri ilə bölüşüb. Müğənni hadisədən çox qorxduğunu, bir neçə saat, ümumiyyətlə, danışmadığın

24.03.2024 4908
.

Müğənni vəhşi itinə görə CƏRİMƏLƏNDİ

Türkiyəli tanınmış müğənni Banu Parlakın iti qonşularının itinə hücum edib. xəbər verir ki, hadisə ötən gün baş verib. Hücuma məruz qalan it ölüb. Balaca itin sahibləri müğənnidən şikayətçi olublar. Məhkəmə Banu Parlakı 4800 lirə (təxminən 253 manat) məbləğində cərimələyib

26.03.2024 578
.

İki gün əvvəl boşanan aktyor yeni serialda

Türkiyəli aktyor Mesut Akustanın yeni layihəsi bəlli olub. Axşam.az xəbər verir ki, aktyor "Gassal" serialında rol alacaq. O, layihədə Ahmet Kuralın atası "Haris"ə həyat verəcək. Qeyd edək ki, Mesut son olaraq "Yürek çıkmazı" serialında rol alıb. O, 2 gün əvvəl 2016-cı ild

24.03.2024 304
.

"3-4 müğənninin təbliğatını aparırsınız?" - Nuradan aparıcıya etiraz

"Özümə söz vermişəm, bundan sonra heç bir müğənni ilə bağlı suala cavab verməyəcəyəm. Elə bil bütün verilişlərə pul veriblər ki, eyni müğənnilər haqqında hamıya sual verirlər". Axşam.az xəbər verir ki, bunu müğənni Nura Suri "Rəngarəng səhər" verilişində deyib. Sənətçi aparıcı Ayse

24.03.2024 492
.

"Seriallarımız cılızdır, çəkilmirəm"

Xalq artisti Firəngiz Mütəllimova serialları tənqid edib. Axşam.az xəbər verir ki, aktrisa bu haqda "Danışır radio" proqramında deyib. O bildirib ki, seriallaraçəkilmir:. "Bəzən mənə də iradlar olurdu. Söyləyirdilər ki, biz səni filan tamaşada və ya serialda görmək istəmirik. Mən bun

27.03.2024 244
.

"Onları rəzil edəcəm!" - Ülviyyə Xəlilbəyli

Aktrisa Ülviyyə Xəlilbəyli yanacaqdoldurma məntəqələrinin birində aldadıldığını bildirib. "Qafqazinfo" xəbər verir ki, bu barədə o öz instaqram hesabında hekayə paylaşıb:. "Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi var. Nə qədər saxtakar, yalançıdırlar. Hər dəfə yanacağ

27.03.2024 990
.

Əməkdar artist: "Kürəkənimin 40 mərasimində evə nəvəmin meyiti gəldi"

"Qızım Ülkərin həyat yoldaşını mal-mülkə görə qardaşının oğlunu qətlə yetirdi. Səbəb isə əmisinin sahib olduqlarını ələ keçirmək idi. Elə oldu ki, bu məsələdən 6 ay sonra onu da öldürdülər. Onlar Ukraynanın cənub-şərq hissəsində, Zaporojye şəhərində qalırdılar. Qətlə yetirdikdən sonra isə meyitin

25.03.2024 981
.

"O qədər səhvlər etmişəm ki..."

"Mən səhv tutmağı sevmirəm. Səhvi olmayan insan natamamdır. O qədər səhvlər etmişəm. Bu gün onlar məni Aytən Səfərova edib". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Aytən Səfərova "Zarafat bir yana" verilişində deyib. O bildirib ki, efirdə hər zaman qadınları müdafiə edir: . "Hə

26.03.2024 546