Dəhşətli kadrlar: İŞİD-in kiçik cəlladları qurbanlarını belə edam etdi (+21 VİDEO )

Dəhşətli kadrlar: İŞİD-in kiçik cəlladları qurbanlarını belə edam etdi (+21 VİDEO )"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı yeni edam videosu yayıb.

Suriyanın Rəqqa şəhərində, İŞİD-in faktiki paytaxtında çəkilmiş bu videoda 11-12 yaşlı 5 oğlan qarşılarında diz çökdürülmüş şəxslərin arxasında durublar.

Həmin adamlar döyüşlərdə əsir alınmış suriyalı kürdlərdir.

Əyinlərində narıncı kombinezonlar olan bu şəxslər başlarına tapançalardan atəş açılmaqla öldürülüblər.

BiG.AZ bildirir ki, uşaqlardan biri, sarışın, mavigöz olanı "Əbu Abdulla əl Britani" kimi təqdim olunub.
9 dəqiqəlik videodakı 5 uşağın İŞİD-ə qoşulmuş Britaniya, Misir, Türkiyə, Tunis və Özbəkistan vətəndaşlarının oğulları olduğu güman edilir.

12 yaşlı Əbu Abdulla əl Britaninin isə Suriyada antiterror koalisiyası qüvvələrinin raket zərbəsi ilə öldürülmüş İŞİD terrorçusu Abdulla əl Britaninin oğlu olduğu ehtimal olunur.

"Abdulla əl Britani" kimi tanınan şəxs İngiltərənin Portsmut şəhərinin sakini Əsəd Uzzaman idi.
"Hamınız bilin və anlayın ki, bu kürdləri kimsə xilas edə bilməyəcək! Suriyadakı kürdləri Amerika, Fransa, Britaniya, Almaniya, hətta cəhənnəmdəki şeytanlar da dəstəkləsə belə, onlar məğlub olacaqlar", - uşaqlardan biri deyir və qarşısında diz çökdürülmüş "qurban"ının daz qırxılmış başına şapalaq vurur.

İŞİD ələ keçirdiyi ərazilərdə "Xilafət övladları" adlı düşərgələr yaradır. Həmin düşərgələrdə yüzlərlə, minlərlə uşaq təlim keçir.
İnternetin və televiziyanın yasaqlandığı bu düşərgələrdə 7-16 yaşlı uşaqlara İŞİD döyüşçülərindən savayı hər kəsə nifrət aşılanır və onlara təlqin edilir ki, "İŞİD lideri Əbubəkir əl Bağdadi uğrunda şəhid olmaq müsəlman üçün ən böyük şərəfdir"./milli.az/


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3805   Tarix: 27 avqust 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Moskvada mühüm görüşün pərdəarxası məqamları" - Politoloq detalları açıqladı

"Azərbaycanın xarici siyasəti hər zaman praqmatikliyi ilə seçilib. Bu illər ərzində ölkəmiz regionda daim sabitləşdirici mövqedən çıxış edərək region ətrafında qlobal güclər arasında ziddiyyətlərin aradan qaldırılması üçün əlindən gələni edib. Balanslı siyasət nəticəsində sabit bölgə üçün daim vuruşa

10:34 184
.

Azərbaycanda ictimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

"Çinin BYD şirkəti Azərbaycanın avtobus parkına töhfə verəcək. Bu il Çindən ölkəmizə gətirilən elektriklə işləyən 160 avtobus xəttə buraxılacaq". AZƏRTAC xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev "Kəmər və Yol"

22.04.2024 717
.

"Bir güllə belə atılmadan 4 kəndimizin geri qayıtması Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir"

"Həqiqətən də çox qürürlu və xoşbəxt günlər yaşamaqda, ard-arda qələbə xəbərlərini almaqdayıq. Artıq bu həftə ərzində ikinci böyük qələbə xəbərini almışıq. Belə ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan il

22.04.2024 343
.

"Məhsul" stadionu təmir olunur? - Video

Yasamal rayonunda "Məhsul" stadionu kimi tanınan ərazi illərdir baxımsız vəziyyətdədir. Burada heç bir təmir-tikinti işi aparılmayıb. Lakin bir neçə gündür ki, stadionun futbol meydançasına giriş lentlərlə məhdudlaşdırılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı görüntülər İTV-d

10:39 154
.

Azərbaycanda zəlzələ oldu

Goranboyda 3.1 bal gücündə zəlzələ olub. BİG.AZ Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən xəbər verir ki, Gəncə stansiyasından 17 km şərqdə, Goranboy rayonunda zəlzələ qeydə alınıb. Tektonik təkanlar bu gün 04:27-də 13 km dərinlikdə müşahidə olunub. Zəlzələ hiss olunmayıb

10:02 284
.

Dubay aeroportu fəaliyyətini tam bərpa edib

Xəbər verdiyimiz kimi, keçən həftə Dubayda kəskin yağışlar yağıb. BİG.AZ xəbər verir ki, artıq şəhərdə hava şəraiti düzəlib. İntensiv leysana görə işini dayandırmış Dubay aeroportu fəaliyyətini tam bərpa edib. Hadisə zamanı itmiş çantaların sahiblərinə qaytarılması prosesi hələ başa çatmayıb

22.04.2024 393
.

Gəncədə 28 yaşlı oğlan intihar etdi

Gəncədə intihar hadisəsi baş verib. xəbər verir ki, hadisə şəhərin Xudatrəfibəyli küçəsində qeydə alınıb. Belə ki, sözügedən ünvanda yaşayan 28 yaşlı Məzahir Nuriyev atasına məxsus ov tüfəngindən atəş açmaqla özünü öldürüb. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. İntiharın səbəbləri məlum deyil

22.04.2024 373
.

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ

2024-cü il aprelin 23-də ölkələrin ekspert qrupları Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Baş nazirinin müavin

12:03 136
.

"Aldığın hədiyyədən, ailəndən bizə nə?" - Nazpəri

"Hər xanım öz şəxsiyyətini düşünməlidir. Xanım həyatında kimlərsə, nələrsə varsa, bacardığı qədər münasibəti gizli saxlasın. Qadın nə qədər gizli olsa, nə qədər şəxsi həyatında olan, hətta ailsəi ilə münasibəti gizli saxlasa yaxşıdır. Onlar xalqı maraqlandırmır. Şəxsiyyətini qoruyan qadın özün

22.04.2024 592