Şəhid xanımından nümunəvi addım: Ərinin adına... – VİDEO

Şəhid xanımından nümunəvi addım: Ərinin adına... – VİDEOAprel döyüşlərində şəhid olan pilot Təbriz Musazadənin həyat yoldaşı Pərişan Musazadə şəhid yoldaşının adını yaşatmaq üçün onun adını daşıyan təhsil mərkəzi açıb.

Bu barədə BiG.AZ qafqazinfo-ya istinadən xəbər verir.

O bildirib ki, sözügüdən təhsil mərkəzində şəhid övladlarına tam pulsuz təhsil veriləcək:

"Təbrizin doğum günündə, yəni avqustun 12-də açılışımızı etdik. Əvvəllər Təbrizlə öz soyadımızla bağlı bir kurs açmaq planımız var idi. O, təhsilə çox önəm verirdi. Həmişə də tələbələrindən savadlı, dünyagörüşlü olmalarını istəyirdi. Zamanında qismət olmadı. Aprel döyüşlərində şəhid olandan sonra biz onun adının həmişəlik yaşaması üçün belə bir kurs açmaq qərarına gəldik.

Bu mərkəzi tam öz gücümə açmışam. Burada şəhid övladlarına tam pulsuz təhsil veriləcək. Çünki onlar artıq öz borclarını yerinə yetiriblər. Müharibədə iştirak edən hərbçi ailələrinin, qazilərin övladlarına isə güzəştlər edilir. Mərkəzdən yığılan pulları da xeyriyyə məqsədilə şəhid ailələrinə vermək niyyətimiz var".

"Mən bütün bunları 4 aylıq pensiyanı bir araya yığaraq etmişəm. İndi çatışmayan avadanlıqlarımız var. İki övladım da var. Onları da təmin etməliyəm".

Qeyd edək ki, mərkəzdə 4 yaşından başlayaraq məktəqədər hazırlıqdan tutmuş magistraturaya qədər bütün hazırlıq dərsləri keçirilir. Həmçinin burada ingilis, rus dili, rəqs, rəsm, şahmat, loqoped, psixoloq dərsləri də keçiriləcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2358   Tarix: 26 avqust 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Pensiyaya yalnız bu qadınlar daha tez çıxacaq

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq. report-a istinadən xəbər verir ki, bu barədə məsəl

14:17 380
.

Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir

"MTN işi"nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovla Baş Prokurorluq və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi arasında məhkəmə çəkişməsi davam edir. "Qaynarinfo" xəbər verir ki, birinci məhkəm

18.04.2024 556
.

Qazaxıstanda daşqınlar nəticəsində 5 nəfər ölüb

Qazaxıstanda daşqınlar nəticəsində 5 nəfər ölüb, 2 nəfər itkin düşənlərin axtarışları davam edir. xəbər verir ki, Qazaxıstan daxili işlər nazirinin birinci müavini Marat Kocayev Senatın ümumi iclasından sonra jurnalistlərə açıqlama verib. Kocayev ölkədə davam edən daşqınlar səbəbilə Atrau bölgəsind

18.04.2024 275
.

Qəzzada ölənlərin sayı 33970-yə çatıb

İsrail ordusunun Qəzza zolağına 2023-cü il oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda ölənlərin sayı 33970-yə çatıb. xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 195 gündür Qəzza zolağına hücumları ilə bağlı məlumat verilib. Açıqlamaya görə, İsrail ordusunu

18.04.2024 193
.

Kişi əqrəb yeyib özünü öldürdü

Türkiyədə əqrəb yeyən kişi ölüb. Türkiyə mediasına istinadən xəbər verir ki, Kayserinin Hasancık kəndində yaşayan 56 yaşlı Bilal Yiğit depressiyaya düşməsi nəticəsində 2 əqrəb yeyib. Avtobusla Artvinə gedən Bilal Yiğitin Samsunda avtobusda ikən vəziyyəti pisləşib. Xəstəxanaya aparılan Yiğit 2 əqrəb yediyin

18.04.2024 577
.

Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: "Səs eşitdik, gələndə artıq gec idi" - VİDEO

Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada ana və atasını qətlə yetirməkdə şübhəli bilinən Fikrət Məmmədov taksi sürücüsü kimi çalışıb. Qonşuların bəziləri bildirirlər ki, ailə daxilində ara-sıra münaqişələr də baş verirmiş. Münaqişələrin sonuncusu da qətllə yekunlaşıb. Baku TV-yə danışa

11:37 812
.

Məşhurlar şişmanlaşıb belə oldu

Süni intellekt vasitəsilə bir çox məşhurların şişman halları "yaradılıb". -ın xəbərinə görə, sosial şəbəkələrdə türkiyəli məşhur aktyor və aktrisaların süni intellekt vasitəsilə kökəldilmiş hallarının şəkilləri paylaşılıb. Görünüşləri dəyişən məşhurlar heç də xarizmatik görünməyiblər

18.04.2024 928
.

Azərbaycan və Ermənistan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaq

Ermənistan-Azərbaycan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsi əsas götürüləcək. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədini

17:45 32
.

Yaponiyanın qərbində ardıcıl zəlzələ oldu

Yaponiyanın qərbindəki Ehime prefekturasının sahilində yerləşən Bunqo-suido boğazında ardıcıl zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 6,4 və 5 bal gücündə baş verib. Bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Qeyd edək ki, 6,4 maqnituda gücündə zəlzələ 50 kilometr dərinlikdə, 5 maqnitudal

18.04.2024 297