Dolların bu ilə olan – PROQNOZU

Dolların bu ilə olan – PROQNOZUAzərbaycanda ABŞ dollarının rəsmi məzənnəsi bu ilin sonuna kimi 1,80 AZN/USD səviyyəsini keçə bilər.

BiG.AZ xəbər verir ki, valyuta bazarında cari vəziyyət dəyişməzsə, dolların məzənnəsi yumşaq artımını davam etdirəcək.

Qeyd edək ki, ilin sonuna qədər təxminən 18 həftə qalıb. Son ayların təcrübəsi göstərir ki, Azərbaycan Mərkəzi Bankı (AMB) hər həftə dolların rəsmi məzənnəsini təxminən 0,01 manat artırır.

Bu da onu deməyə əsas verir ki, ilin sonuna qədər qlobal iqtisadi konyunkturda ciddi dəyişikliklər fonunda AMB-nin valyuta siyasətində dəyişiklik olmasa, rəsmi məzənnə ən azı 1,80 AZN/USD səviyyəsinə qədər yüksələ bilər. Belə olarsa, ilin sonunda nağd dolların kommersiya banklarında maksimal satış səviyyəsi (4%-lik marja nəzərə alınmaqla) 1,87 AZN/USD-yə çata bilər.

Xatırladaq ki, 2015-ci ilin dekabrında baş verən ikinci devalvasiyadan sonra, bu il yanvarın 8-də dolların məzənnəsi valyutadəyişmə məntəqələrində 1,87 AZN/USD-yə qədər yüksəldikdən sonra AMB banklara və həmçinin mübadilə məntəqələrinə valyuta satışının maksimal və minimal həddini 4%-lik marja ilə məhdudlaşdırıb (əvvəl - 2% olub).

Manatın daha da ucuzlaşması ixracat və turizm sektorunu dəstəkləsə də, idxal mallarının qiymətini artıracaq. Digər tərəfdən bu, yerli istehsal üçün əlavə stimul yaradacaq. Manat/dollar məzənnəsi balansı təmin etdikdən sonra valyuta bazarı da ortamüddətli perspektivdə sabitləşəcək və qıtlıq aradan qalxacaq.

Bunun üçün tədiyyə balansının mənfi saldosu azalmalı və büdcəyə transferlərin həcmi xarici ticarətə uyğunlaşdırılmalıdır. Təbii ki, bu proses yumşaq həyata keçirilməli olduğu üçün manatın məzənnəsinin də uyğun olaraq zəiflədilməsi baş verir. Manatın yumşaq devalvasiyası əhalinin yeni qlobal iqtisadi reallıqlara uyğunlaşmasını təmin edə biləcək.

"Report"un analitik qrupu manatın yumşaq devalvasiyası prosesinin mövcud şərtlər fonunda gələn il də davam edəcəyini proqnozlaşdırır. Qeyd edək ki, qonşu ölkələrdən Rusiyada son 18 ildə milli valyuta - rubl dollarla müqayisədə 11 dəfə, Türkiyədə - lirə 11 dəfə dəyərdən düşüb. Bu ölkələrdə devalvasiyaya bir neçə dəfə ağır maliyyə böhranlarının baş verməsi amili səbəb olub.

"Qlobal iqtisadi artımın, eləcə də Azərbaycanda dayanıqlı iqtisadi inkişafın təmin edilməsi üçün iqtisadiyyatların "dib" nöqtəsinə çatması, yerli valyutaların bu səviyyədə sabitləşməsi tələb olunur və yalnız bundan sonra yeni iqtisadi reallıqlar çərçivəsində iqtisadi inkişafa nail olmaq mümkündür. Bu prosesin isə 3-5 il ərzində həyata keçməsi proqnozlaşdırılır", - deyə "Report"un analitiklər qeyd ediblər./report/


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1435   Tarix: 26 avqust 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930