DƏHŞƏT!Azərbaycanlı qadın oğlunu zəhərlədi, özü öldü

DƏHŞƏT!Azərbaycanlı qadın oğlunu zəhərlədi, özü öldüİranın Təbriz şəhərində Azərbaycan vətəndaşları olan ana və oğlu intihara cəhd edib.

Onların hər ikisi Təbrizdəki Sina xəstəxanasına yerləşdiriliblər.

Bu şəxslərin 1966-cı il təvəllüdlü İbrahimova Əsli Ayəddin qızı və onun oğlu 2002-ci il təvəllüdlü İbrahimov Hüseyn Vəzir oğlu olduğu müəyyən edilib.

Sağ qalmış 14 yaşlı Hüseynin dediyinə görə, anası əczaxanadan dərman alıb, əvvəlcə ona içirib və daha sonra özü içib. Uşağın vəziyyətinin ağırlaşdığını görən anası özü onu xəstəxanaya gətirib. Xəstəxanada ananın da vəziyyəti ağırlaşıb. Ə.İbrahimova üç gün xəstəxanada huşsuz vəziyyətdə qalıb və sonra orada vəfat edib.

Azyaşlı Hüseyn İbrahimov hər şeyi anasının etdiyini, İranda qalmaq istədiyini və İrandan deportasiya edilməmələri üçün bu addıma əl atdığını deyib.

O, Azərbaycanda heç bir qohum və yaxınları ilə əlaqəsinin olmadığını, anasının uzun illərdir qohumları ilə əlaqə saxlamadığını, qohumlarının ünvan və telefon nömrələrini bilmədiyini, anasının əslən Şamaxından olmasına baxmayaraq, İrana gəlməmişdən öncə Lənkəranda yaşadığını bildirib.

Məlum olub ki, İbrahimova Əsli 2015-ci ilin oktyabrından İrana gedib. O, depressiv xəstəliklərdən əziyyət çəkdiyinə görə psixotrop dərman qəbul edirmiş. İranda qanunla nəzərdə tutulmuş müddətdən artıq qaldığı üçün İranın müvafiq orqanları tərəfindən cərimələnib. Növbəti addım kimi o, İrandan deportasiya ediləcəkmiş.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev faktı təsdiqləyib.

O, Azərbaycanın Təbrizdəki Baş Konsulluğuna İran İslam Respublikasının dövlət orqanları tərəfindən bu məlumat daxil olan kimi konsulluğun əməkdaşlarının xəstəxanaya gedərək vətəndaşların vəziyyəti ilə tanış olduqlarını və onların şəxsiyyətinin müəyyən edildiyini bildirib. H.Hacıyevin sözlərinə görə, Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin xətti ilə vəfat etmiş vətəndaşın Azərbaycanda bir nəfər yaxın qohumu müəyyən edilib:

"Anası vəfat etmiş uşağa Baş Konsulluğun əməkdaşları tərəfindən bu müddət ərzində lazımi qayğı və diqqət göstərilib. İran İslam Respublikasının dövlət orqanları, xüsusilə bu ölkənin Xarici İşlər Nazirliyinin Şimal-Qərb Nümayəndəliyinin dəstəyi ilə bütün sənədləşmələr aparılıb və cənazənin və uşağın İrandan çıxarılaraq ölkəmizə gətirilməsi və 21 avqust tarixində qohumuna təhvil verilməsi təmin edilib"./report/


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4574   Tarix: 25 avqust 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda restoran yanır - FOTO/VİDEO

Bakının İstiqlaliyyət küçəsində restoranın çöl divarından keçən elektrik kabeli yanır. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən restoranın çöl divarından keçən elektrik kabel

28.03.2024 280
.

Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev "Formula 1" oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur. "Qafqazinfo" Çingiz Mehdiyev və onun cinayəti il

28.03.2024 618
.

Müğənnilər faciədə zərər çəkənlərə görə bu addımı atdılar

Rusiyada müğənnilər bir araya gələrək Müslüm Maqomayevin mahnılarından ibarət "Səsimi eşit" xeyriyyə albomu yazdırıblar. Axşam.az xəbər verir ki, sənətçilər layihəni "Crocus city hall"da baş verən terror aktında əziyyət çəkənlərə həsr ediblər. Albomda 12 trek yer alıb. Mahnını səsləndirənlə

28.03.2024 369
.

Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO

Azərbaycanın Əməkdar artisti Rahib Əliyev vəfat edib. xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Əməkdar artist bu gün 78 yaşında vəfat edib. Xatırladaq ki, Rahib Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub. 1967-ci ildən indiyə qədər Azərbaycan Dövlə

28.03.2024 839
.

7-8 il əzab verdiyi arvadı gözünü itirib...

Bakıda həyat yoldaşına əzab verməkdə təqsirləndirilən 1986-cı il təvəllüdlü Y. Bektimirovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, A.Bektimirovaya müxtəlifdərəcəli xəsarətlər yetirən, eləcə də onun bir gözünü itirməsinə səbəb olan şəxs Cinayət Məcəlləsinin 133.2.6-cı (Əzab vermə

28.03.2024 260
.

ABŞ-də partlayış oldu

ABŞ-ın Kentukki ştatında yanacaqdoldurma məntəqəsində güclü partlayış olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölkə mediası məlumat yayıb. Partlayış zamanı ölən və yaralananlar barədə hələlik məlumat daxil olmayıb. Araşdırmalar davam edir

28.03.2024 208
.

Emin Ağalarovdan "Crocus City Hall"dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA

Xalq artisti Emin Ağalarov Rusiyanın Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert zalında baş verən hadisə ilə bağlı açıqlama verib. "Evakuasiya çıxışları "Crocus"da normal işləyirdi. Lakin insanlar qaçarkən işçilər üçün nəzərdə tutulan bağlı qapılara rast gəliblər"

28.03.2024 455
.

ABŞ Qəzzadakı soyqırımı qəbul etməyib

Amerika Birləşmiş Ştatları BMT-nin İsrailin Qəzzada soyqırım törətdiyinə dair hesabatını rədd edib. xəbər verir ki, ABŞ Dövlət Departamenti İsrailin soyqırım törətmədiyini iddia edib. Nazirliyin sözçüsü Metyu Miller, Tel-Əviv rəhbərliyinə dəstəyin davam etdiyini açıqlayıb. Birləşmiş Millətlər Təşkilatını

28.03.2024 127
.

"Azerçay" Novruz festivalı ilə sakinləri sevindirib

Doğma çay markası "Azerçay"ın təşkilatçılığı ilə Bakı və Gəncə şəhərlərində Novruz bayramı münasibətilə festival təşkil edilib. Şəhər sakinlərinin tətil günlərində maraqlı və əyləncəli vaxt keçirmələri üçün müxtəlif milli oyunlar və yarışlar keçirilib. Hər kəsin böyük maraqla qatıldığı tədbird

10:59 0