Lənkəranskinin yasına vertolyotla gələn kim olub? – General, yoxsa…

Lənkəranskinin yasına vertolyotla gələn kim olub? – General, yoxsa…Rövşən Lənkəranskinin hüzr mərasimi keçirilən günlərdə Lənkəran aeroportuna bir vertolyot eniş edib.

BiG.AZ xəbər verir ki, bununla bağlı cumhuriyyet.az-a verilən məlumata görə, vertolyotla gələn şəxs məşhur kriminal avtoritetin yasında iştirak edib.

Yerli sakinlərin şahidliyinə görə, Kiçik bazar məhəlləsində keçirilən yas məclisinə nüfuzlu bir şəxs daxil olmayıb. Sadəcə, mərhumun yaxınlarına başsağlığı verərək yarım saat sonra oranı tərk edib.

Elə həmin gün vertolyot yenidən Lənkəran səmasına qalxıb və geriyə dönüb. Bu şəxsin kimliyi haqda səhih bilgilər açıqlanmır. Bəzi iddialara görə, yas mərasimində iştirak edən şəxs general rütbəli azərbaycanlı nazir olub.
Ancaq bu versiya təsdiqlənmir və naziri görənlər olsaydı sosial şəbəkələrdə xəbərlər tirajlayar, kimsə xəlvətcə şəklini çəkərdi.

İkinci ehtimal isə ondan ibarətdir ki, Lənkəranskinin yas mərasiminə gələn şəxs tanınmış avtoritetlərdən olub və gözə görünmədən mərhumun ailəsini ziyarət edərək şəhəri tərk edib.

Lənkəranda saysız-hesabsız bahalı avtomobillər yas məclisinin keçirildiyi ərazidə görmək olar. Onların əksəriyyəti avqustun 22-də Lənkərandan gedib.

Qeyd edək ki, Rusiya mətbuatı Rövşən Lənkəranskiyə qarşı sui-qəsdin səbəblərinə dair iddia irəli sürüb. Məlumata görə, Lənkəranski Şakro Molodoy ləqəbli Zaxari Kalaşovun həbsindən sonra yaranan kriminal müharibənin qurbanı olub.

Rövşən avtomobili ilə görüşə gedərkən güllələnib. 2016-cı ildə Rusiya mafiyasının "bütün bossların bossu" adlandırdıqları Kalaşovun həbsindən sonra onun rəqibləri Merab Djanqveladze və Rövşən Canıyev aktiv fəaliyyətə başlayıblar.

Xüsusilə də, öz təşəbbüsləri ilə Şakro Molodoyun Ded Xasan və Tariel Onian arasındakı münaqişə ilə əlaqədar "vorzakon" tituluna qoyduğu qadağanı ləğv ediblər. Canıyev məhz bu fəaliyyətin qurbanı olub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 15130   Tarix: 24 avqust 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Divanımızın olması üçün dua etmişəm" - Aşıq Zülfiyyə

Aşıq Zülfiyyə İbadova maraqlı açıqlaması ilə diqqət çəkib. -ın xəbərinə görə, o yeni ailə quranda çox kasıb olduqlarını bildirib. "İndi yalan danışmağın heç bir mənası yoxdur. Hətta gecə-gündüz dua edirdim ki, divanımız olsun. Çünki evə divan ala bilmirdik", - o bildirib. Zülfiyyə deyib ki

28.03.2024 207
.

Rusiyada terror aktı nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb

Rusiyanın paytaxtı Moskvada törədilən terror aktı nəticəsində ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, ölənlərin sayı 143 nəfərə çatıb. Bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko mediaya məlumat yayıb. O bildirib ki, martın 22-də "Crocus City Hall" konsert zalında baş vermiş terro

28.03.2024 133
.

DİN-dən vətəndaşlara MÜRACİƏT: "Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın"

Daxili İşlər Nazirliyi (DİN) bir daha vətəndaşlara müraciət edərək, hesab məlumatlarını naməlum şəxslərlə paylaşmamağı tövsiyə edib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib. "30 00, 17 00, 26 700, 9 00, 270, 500, 678, 852, 310, 400 manat məbləğlərind

28.03.2024 198
.

"Ermənistanın KTMT təlimlərdə iştirak etməyəcəyi gözlənilən idi" - Politoloq

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) bu il "Rubej 2024" adlı birgə təlim də daxil olmaqla yeddi təlim keçirəcək.Bu barədə təşkilatın baş katibi İmanqali Tasmaqambetov "Milli Müdafiə" jurnalına müsahibəsində deyib.Hazırda KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan

28.03.2024 252
.

"Gürcüstan Azərbaycan strateji tərəfdaş, mehriban qonşu və qardaş ölkədir"

"Bu gün Azərbaycan faydalı əməkdaşlığa əsaslanaraq qonşu dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməyə nail olub. Regionda sülh, sabitlik, iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal surətdə dəstəkləyib. Qonşu ölkələr hazırda regionda tam müstəqil siyasət yeridən Azərbaycanı strateji tərəfda

28.03.2024 155
.

Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər

Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri aprelin 8-9-da Ermənistanda səfərdə olacaqlar. Bu ölkənin mətbuatında yayılan məlumatlara görə, səfərin məqsədi regionda baş verən proseslər və Ermənistan-Azərbaycan sülh prosesi haqqında məlumat əldə etməkdir. Nümayəndə heyəti həmçini

28.03.2024 125
.

Albaniyanın Azərbaycandan qaz idxal etmək istəyi haqqında

"Bu istək təzə deyil. Hələ 16 il əvvəl Albaniya bu istəyini 2008-ci ildə Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş zirvə görüşündə bildirmişdir. Bunun üçün əla fürsət var. Çünki, Yunanıstanın Türkiyə ilə sərhədində yerləşən Kipoi kəndindən başlayan TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 21

28.03.2024 149
.

7-8 il əzab verdiyi arvadı gözünü itirib...

Bakıda həyat yoldaşına əzab verməkdə təqsirləndirilən 1986-cı il təvəllüdlü Y. Bektimirovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, A.Bektimirovaya müxtəlifdərəcəli xəsarətlər yetirən, eləcə də onun bir gözünü itirməsinə səbəb olan şəxs Cinayət Məcəlləsinin 133.2.6-cı (Əzab vermə

28.03.2024 260
.

"Verdiyi koordinatlar o qədər dəqiq idi ki..." - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO

"Verdiyi koordinatlar o qədər dəqiq idi ki, biz ona öz aramızda "Doktor" ləqəbi qoymuşduq. Onda həkim dəqiqliyi var idi". Bu sözləri Milli Qəhrəman Elbrus Allahverdiyev haqqında İctimati TV-ə danışan döyüş yoldaşları deyib. Döyüş yoldaşları Milli Qərhəmanın şücaətlərindən danışarkə

28.03.2024 232