Gənc balıqçı [Hekayə]

Gənc balıqçı [Hekayə]Çox zəngin bir biznesmen dəniz sahilində yerləşən kiçik bir qəsəbədə istirahət edirdi. Bir gün sahildə gəzən zaman gözü kiçik bir balıqçı qayığına sataşdı. Qayığı sahilə tərəf gətirən cavan bir oğlan qayıqdan düşərək onun ipini sahilə basdırılmış dəmir parçasına bərkitdi. Biznesmen qayığa tərəf yaxınlaşanda gördü ki, içərisində bir neçə balıq var. O, cavan oğlana "Tutduğun balıqlar çox gözəl və keyfiyyətli balıqlardır." dedi. Cavan oğlan da biznesmenə xoş sözlərinə görə təşəkkür etdi. Daha sonra biznesmen davam etdi:
"Bu balıqları tutmaq üçün nə qədər vaxt sərf etdin?"
"Təxminən bir-iki saat."
"Onda nə üçün bir neçə saat da qalıb daha çox balıq tutmadın?"
"Tutduğum balıqlar mənim bir günlük ehtiyacımı ödəyir."
"Bəs qalan vaxt nə iş görürsən?"
"Uşaqlarımla oynayıram, günorta bir qədər yatıram, həyətdəki bağda işləyirəm, dostlarımla söhbət edirəm, qısacası çox sakit və xoş bir həyatım var."
Bizmesmen öz savad və təcrübəsinə güvənərək lovğa şəkildə "Mən biznes sahəsində böyük təcrübəyə malikəm istəyirsənsə sənə kömək edə bilərəm" dedi. Sonra da tövsiyələrinə başladı:
"Əvvəla balıq tutmağa daha çox vaxt sərf etməlisən və pul qazanmalısan. Sonra daha böyük bir qayıq alaraq daha çox pul qazanmalısan. Daha sonra isə ondan da böyük bir qayıq almalısan."
"Bəs sonra?"
"Sonra tutduğun balıqları alverçiyə satmaq əvəzinə konserv fabriklərinə birbaşa özün satmalısan. Nəhayət öz kosnerv fabrikini qurmalısan. Beləcə həm malı, həm malın emalını, həm də satışını öz nəzarətində saxlayarsan. Təbii ki, bunun üçün sahildə yerləşən bu kiçik qəsəbədən böyük şəhərə köçməlisən. Sonra daha böyük şəhərə köçməli və işini böyütməlisən."
"Bu işlər nə qədər vaxt aparar?"
"15-20 il"
"Bəs sonra?"
Biznesmen gülümsəyərək cavab verdi:
"İşin ən gözəl hissəsi bundan sonra başlayır. Vaxtı çatanda şirkətinin səhmlərinin bir hissəsini xalqa satırsan və bu yolla milyarder olursan."
"Hmm…bəs sonra?"
"Sonrası məlumdu də, təqaüdə çıxırsan. Təqaüdə çıxdıqdan sonra sahildə yerləşən kiçik bir qəsəbəyə köçürsən. Orada nəvələrinlə oynayır, günortalar yatır, həyətində olan bağda işləyir və dostlarınla söhbətləşirsən."
Balıqçı bu sözləri dinlədikdən sonra biznesmenə ömür boyu unutmayacağı bu sözləri dedi:
"Sizin dediyiniz bu sakit və xoşbəxt həyatı mən indi, yəni gəncliyimdə yaşayıram. Bunun üçün illərlə gözləmək nəyə lazımdır?


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3929   Tarix: 20 sentyabr 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292