İslam donuz ətini ona görə haram buyurub ki… VİDEO

İslam donuz ətini ona görə haram buyurub ki… VİDEO
Qurani-Kərimdə donuz ətinin haram olması ilə əlaqədar bu ayələr vardır: “O (Allah) sizə ölmüş heyvanı, qanı, donuz ətini və Allahdan başqası adına kəsilən heyvanın ətini haram edib.

Kim naəlac qalarsa, həddi aşmadan bunlardan yeməsində günah yoxdur. Allah bağışlayandır, mərhəmətlidir!” “Maidə” surəsinin üçüncü ayəsində də donuz ətinin haram olması xəbər verilir. Altmışıncı ayəsində isə belə buyurulur: “De: “Allah yanında cəza etibarilə bundan (dediklərinizdən) daha pisini sizə xəbər verimmi? Allahın lənətlədiyi, qəzəbləndiyi, özlərini meymunlara, donuzlara və şeytanlara (bütlərə) ibadət edənlərə döndərdiyi şəxslər mövqecə daha pis və doğru yoldan daha çox azanlardır!” “Ənam” surəsi 145-ci ayədə və “Nəhl” surəsi 115-ci ayədə Uca Allah haram olan şeylər arsında donuz ətinin də adını çəkmişdir.

Donuz ətinin zərərləri

Haqqında nəcisul-ayn (tam murdar) hökmü olan bir heyvana “faydalıdır” demək, onda fayda axtarmaq doğru deyildir. Donuz ətinin zərərləri tibbi baxımdan da müəyyən edilmişdir. Numan İgidər “Sızıntı” jurnalında çıxan məqaləsində yazır: “Ottava Universitetinin tədqiqatçıları donuz ətinin yeyilməsi ilə xroniki xəstəlik olan qaraciyər sirrozu arasında əlaqə olduğunu müəyyən ediblər.

On altı ölkənin donuz əti, iribuynuzlu heyvan əti, yağ və spirtli içki istehlakı ilə bağlı statistik məlumatları araşdıran alim­lər donuz ətinin insanı qaraciyər sirrozuna yoluxdurduğunu müəyyən etmişdir.

Tədqiqatı aparan dr. Amiri Nanji və dr. Samuel Frans müəy­yən etmişdir ki, donuz əti ilə spirtli içki qəbul etdikdə sirroza tutulma təhlükəsi daha da artır. Əksinə iribuynuzlu heyvanların ətində belə fəsadlara rast gəlinməmişdir.

İsveçrə, Norveç və Finlandiya kimi ölkələrdə sirrozdan ölüm halları adambaşına düşən donuz əti istehlakı ilə birbaşa əla­qəlidir. Həmçinin Kanadada da sirrozdan ölüm halları spirtli içki ilə yox, məhz donuz ətinin istehlakı ilə əlaqədardır.

Tədqiqatçılar donuz ətinin sirroza necə səbəb olmasının, sirrozu necə ağırlaşdırmasının bir sirr olaraq qaldığını deyirlər. Lakin sirrozdan ölüm hallarının yeyilən donuz ətinin miqdarı ilə birbaşa bağlı olması məsələsində həmfikirdirlər.

Donuz ətinin sağlamlığa bir çox zərəri vardır. Bu zərərlər keçmişdə olduğu kimi, görülən tədbirlərə baxmayaraq, bu gün də aktualdır. Hər şeydən əvvəl donuz fermalarda, təmiz yerlərdə saxlanılsa da, öz nəcisini yeyir. Həm nəcisini yediyinə, həm də bioloji xüsusiyyətlərinə görə, digər heyvanlarla müqayisədə daha çox anticism ifraz edir. Donuz digər heyvanlarla və insanla müqayisədə yüksək dozada böyümə hormonu ifraz edir. Bu yüksək dozalı anticisimlər və böyümə hormonları donuzun or­qa­nizmində dövr edərək əzələ toxumasına keçib orada yığı­lır. Bundan başqa, donuz ətində həddən çox xolesterol və lipid (yağlar) vardır. Elm sübut edir ki, anticisim, hormon, xolestrol və lipidlərlə həddən artıq zəngin olan donuz əti insan sağlamlığı üçün ciddi təhlükə mənbəyidir. Donuz əti (ətindən hazırlanmış məhsullar) ilə qidalananlar həddən artıq böyümə hormonları qəbul etmiş olur ki, bu da əvvəlcə bədəndə artıq çəkinin meydana gəlməsinə, sonra da bədənin deformasiyasına səbəb olur.

Üstəlik, donuz ətində tez-tez rast gəlinən “trişin” paraziti­ də insan sağlamlığı üçün həddən artıq zərərlidir. “Trişin” adlı bu parazit insan bədəninə daxil olandan sonra birbaşa ürək əzələlərində yerləşir. Müasir dövrdə trişin daşıyıcısı olan donuzlar texniki imkanlar vasitəsilə müəyyən edildiyi halda, keçmiş dövrlərdə belə bir şey mümkün deyildi. Buna görə də donuz əti yeyən hər kəsin trişin parazitinə yoluxma və ölümlə üz-üzə qalma təhlükəsi vardı. Göründüyü kimi, bütün bu səbəblər Rəbbimizin donuz ətini qadağan etməsinin bəzi hikmətləridir. Rəbbimizin əmri insanı hər şəraitdə sağlamlığa zərərli olan, ciddi fəsadlar doğuran donuz ətindən çəkindirərək xəstəliklərdən qoruyur.
XX əsrə qədər donuz ətinin insan sağlamlığına zərərlərini müəyyən etmək mümkün deyildi. Zərərləri müasir tibbi cihazlarla, bioloji testlərlə, elmi faktlarla aşkar olunmuş bu heyvanın ətinin cəmiyyətin mikrob, bakteriya, trişin, hormon, anticisim kimi anlayışlardan xəbərsiz olduğu bir dövrdə − VII əsrdə nazil olan Quranda qadağan edilməsi onun Allah-Təalanın kəlamı olduğunu göstərən möcüzələrdəndir.

BiG.AZ-ın publika-ya istinadən təqdim etdiyi videodan bununla ətraflı tanış ola bilərsiniz.



f Paylaş
Bölmə: İslam Oxunub: 3472 Tarix: 10.08.2016
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
ramiqbabayev
ramiqbabayev 04.11.2016
xəbəri yazan təşəkkür edirəm həqiqətən də donuz əti həm dini həm də tibbi cəhətdən qəbul olunmayan haram bir ət olaraq buyrulmuşdur


 
A_F_I_N_A
A_F_I_N_A 23.10.2016
Xeberin muellifine tewekkurler.


 


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər