Atamın qətl əmrini imamım verdi- Yardımlıdakı qətlin ŞOK TƏFƏRRÜATI

Atamın qətl əmrini imamım verdi- Yardımlıdakı qətlin ŞOK TƏFƏRRÜATIYardımlı rayonunda oğulun atasını öldürməsi məsələsiylə bağlı dəhşətli faktlar ortaya çıxıb.

BiG.AZ xəbər verir ki, kənd sakinlərindən AzNews.az-a verilən məlumata görə, atasıyla həmişə mehriban münasibətdə olan oğulun birdən-birə düşmənə çevrilməsi, nəticədə də onu öldürməsi dini inancları arasındakı ziddiyyətlə bağlı olub. Belə ki, Quba Dövlət İqtisad Kollecinin Yol hərəkətinin təşkili fakültəsinin 3-cü kurs tələbəsi olan Qaçay Nadir oğlu Şahverənov vəhhabilərə qoşulubmuş. O, Qubada təhsil alsa da, tez-tez Bakının vəhhabilərin daha çox məskunlaşdığı "Razin" qəsəbəsinə gedirmiş, orada təşkil olunan məclislərə qatılırmış. Kənd sakinləri deyir ki, qatı şiə olan ailədə Qaçayın dini baxışları ciddi problemə səbəb olub. Onun saqqal saxlaması, şalvarlarının ətəyini qısa kəsdirməsi isə bu problemi bir qədər də dərinləşdirib.

Məzuniyyətə kəndə gələn tələbə ilə atasının bir neçə dəfə ciddi mübahisələrinin olduğu da bildirilir. Hətta iş o yerə çatıb ki, atası onu saqqalını qırxmadığı təqdirdə öldürəcəyi ilə hədələyib. Bundan sonra - hadisə baş verməzdən bir neçə gün əvvəl Qaçay evlərindən çıxıb yaxın qohumlarıgildə qalmağa başlayıb.

Məlumatlı şəxslər deyib ki, onun atasını öldürməsi qərarına gəlməsi şəxsi fikri olmayıb: "Öz imamı ilə danışıb, atasının ona dediklərini, vəhhabiliyə qarşı çox radikal davrandığını bildirib. Bundan sonra o əmr edib ki, atasını öldürsün".

İddia olunur ki, belə bir əmri alandan sonra Qaçay hazırlıqlara başlayıb, tüfəng əldə edib və onu həyətlərindəki tövlədə gizlədib. Həmin gün qətlə yetirilən Nadir Şahverənov evdə olmayıb, səhər tezdən rayon mərkəzinə gedib. Buna görə də oğul atasını axşama kimi gözləməli olub. Axşam üstü, təxminən 17 rədələrində evinə qayıdan Nadir həyətə daxil olanda arxadan, kürəyindən oğlu tərəfindən vurulub. Oğul hadisəni törədəndən sonra özü polisə zəng edərək təslim olub.

Polisdən verilən məlumata görə, o öz izahatında atasını öldürdüyünə görə heç bir peşmanlıq keçirmədiyini bildirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3708   Tarix: 23 avqust 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Nigeriyada silahlı hücum nəticəsində 15 nəfər ölüb

Nigeriyanın Katsina əyalətində silahlı hücum nəticəsində 15 nəfər ölüb. xəbər verir ki, silahlı şəxslər Katsina əyalətinin Kankaridə hücum həyata keçirib. Hücumda 15 nəfər həyatını itirib, çoxu qadın olmaqla çoxlu adam qaçırılıb. Nigeriya son zamanlar ölkənin müxtəlif bölgələrində silahlı dəstələr, həmçini

23.04.2024 100
.

Həbs olunmuş separatçıların Qarabağdakı mülkərinin taleyi NECƏ OLACAQ? - AÇIQLAMA

Bildiyimiz kimi, vaxtilə Qarabağda fəaliyyət göstərmiş qanunsuz qondarma "qurum"un keçmiş rəhbərləri hazırda Bakıda həbsdədir və onlarım dindirilməsi prosesi gedir. Vaxtilə Qarabağda erməni sakinlərindən "oyuncaq" kimi istifadə edən bu separatçıların Qarabağda qanunsuz olaraq tikdirdiy

23.04.2024 293
.

Xankəndidə silah gizlədən vəzifəli şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub. DİN-in Mətbuat Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, şəhər polis şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə 1960-cı il təvəllüdlü Cavid Əliye

23.04.2024 207
.

İrem Derici sevgilisi ilə Venesiyada- FOTOLAR

Türkiyəli müğənni İrem Derici sevgilisi Gökhan Fıratla birlikdə İtaliyanın Venesiya şəhərinə səyahət edib. xəbər verir ki, müğənni fotoları sosial şəbəkədə paylaşıb. Şəkillərə minlərlə rəy və bəyənmə gəlib

23.04.2024 234
.

Vətəndaşlarımız bu ölkəyə də vizasız gedəcək

Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırılır. Qaynarinfo xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslə

23.04.2024 352
.

"Azərbaycan və Rusiya rəhbərləri arasındakı şəxsi münasibətlər sistemi iki ölkə münasibətlərinin inkişaf etməsinə böyük təkan verib"

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü keçirilib. Mövzu ilə bağlı -a danışan politoloq Tura

23.04.2024 248
.

İdarəetməni itirən yük maşını 11 avtomobili vurdu

Türkiyənin İstanbul şəhərində idarəetməni itirən yük maşını qəza edib. xəbər verir ki, qəza zamanı yük maşını 11 avtomobili vurub. Qəzadan sonra isə 4 mərtəbəli binanın girişindəki iş yerinə girib. Hadisənin baş vermə videosunu təqdim edirik:

23.04.2024 192
.

"Taxta bazar"ında növbəti YANĞIN: Sığorta şirkətləri dəyən zərəri qarşılamaqda niyə maraqlı deyil? - AÇIQLAMA

Ötən günlərdə Nərimanov rayonunda "Taxta bazarı" adlanan ərazidə yanğın baş verib. Bundan əvvəldə sözügedən ərazidə dəhşətli yanğın hadisəsi baş vermişdi. Hər iki yanğın hadisəsinində əsas məsələ isə obyektlər və mal-materialın sığortalanması halı olmadı. Vətəndaşların isə əsas narazılığı budu

23.04.2024 227
.

Drift edən sürücünü 1,721 manat cərimə olundu - VİDEO

Türkiyənin Antalya şəhərində yol hərəkət qaydalarını kəskin sürətdə pozaraq drift edən şəxs cərimələnib. BİG.AZ xəbər verir ki, sürücü 33739 lirə (1721manat) cərimələnib. Hadisə ərazidəki təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb. Həmin videonu təqdim edirik:

23.04.2024 296