Avtomobillərin qiymətində ŞOK BAHALAŞMA - Video

Avtomobillərin qiymətində ŞOK BAHALAŞMA - VideoSon zamanlar ikinci əl avtomobil alanların sayında artım müşahidə olunur.

Mütəxəssislərin fikrincə, təzə maşınların qiyməti yüksək olduğundan sürücülər işlənən avtomobillərə üstünlük verir. Ekspert isə xəbərdarlıq edir: sonradan problem yaşamamaq üçün əvvəl istifadə olunan nəqliyyat vasitəsini alarkən ilk növbədə rəsmi şəkildə ada keçirilməlidir.

Avtomobil bazarında istifadə olunmuş maşınlar digərlərinə nisbətən daha çox satılır. Alıcılar ikinci əl avtomobillərə üz tutmalarını qiymətinin ucuzluğu ilə əsaslandırırlar: "Gəldik, baxdıq təzə maşınlara. Əlbəttə ki, təzə maşın yaxşıdır. Amma qiymətinə görə heç sərf eləmir".

Satıcılar da bazarda ikinci əl maşınlara tələbat olduğunu deyirlər: "Qiymətlərdə bir az artım var, bəli. Əvvəl dördfaranı alırdıq 8 min manata, indi alırıq 10-12 min manata. Müştərilərin çoxu krediti soruşur".

Alqı-satqı mütəxəssisi Ramil Osmanlı isə son zamanlar avtomobil bazarında işlənmiş nəqliyyat vasitələrinə marağın artmasını, ölkəyə artıq köhnə maşınların gətirilməməsi ilə izah edir. Son vaxtlar avtomobil idxalının 10 dəfəyə yaxın azalması da buna müəyyən qədər təsir göstərib: "Təklif tələbi qarşılamadığına görə, dövriyyədə olan avtomobillərin sayı kəskin azaldığına görə, köhnə avtonəqliyyat vasitələrinin qiyməti 2000-2500 manata qədər artıb".

İkinci əl avtomobillərin alqı-satqısı qanunvericilkdə xüsusi olaraq tənzimlənmir. Nəqliyyat mütəxəssisi Ərşad Hüseynovun sözlərinə görə, bu cür avtomobilləri alan vətəndaşlar ilk növbədə onu öz adına keçirməlidirlər. Sonradan yaranacaq məhkəmə problemlərini önləmək üçün bu vacib addımdır. Hesablamalara görə, Azərbaycanda Avro-4 standartına cavab verməyən avtomobillər 30 faiz təşkil edir/Region TV/


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2515   Tarix: 23 avqust 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bakıda restoran yanır - FOTO/VİDEO

Bakının İstiqlaliyyət küçəsində restoranın çöl divarından keçən elektrik kabeli yanır. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən restoranın çöl divarından keçən elektrik kabel

22:11 0
.

Azərbaycanda taksilər ağ və qırmızı rəngdə olacaq

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

16:45 0
.

Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb

Aktrisa Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb. xəbər verir ki, bu barədə xarici media bildirib. Məzarın 400 dollara satılacağı gözlənilir

20:30 0
.

ABŞ-də partlayış oldu

ABŞ-ın Kentukki ştatında yanacaqdoldurma məntəqəsində güclü partlayış olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölkə mediası məlumat yayıb. Partlayış zamanı ölən və yaralananlar barədə hələlik məlumat daxil olmayıb. Araşdırmalar davam edir

17:36 0
.

Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO

Azərbaycanın Əməkdar artisti Rahib Əliyev vəfat edib. xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Əməkdar artist bu gün 78 yaşında vəfat edib. Xatırladaq ki, Rahib Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub. 1967-ci ildən indiyə qədər Azərbaycan Dövlə

17:48 0
.

"Qazaxin anklav olmayan 4 kəndinin Azərbaycana qaytarilmasi hazarda danişiqlarin predmetidir"

"Qazaxin anklav olmayan 4 kəndinin Azərbaycana qaytarilmasi hazarda danişiqlarin predmetidir,Ermənistan tərəfi bəlli kəndlərin qaytarilmayacaği təqdirdə rəsmi Bakinin onu təhdid etdiyini və hətta muharibənin başlana biləcəyini istisna etmir. Azərbaycanin bu kəndlərin qaytarilmayacaği təqdirdə çağirişlarind

13:57 0
.

"Azneft"in baş direktoru işdən çıxarıldı - Yeni təyinat

Əli Qurban oğlu Qurbanov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin yeni baş direktoru təyin edilib. Bu barədə "Report"a SOCAR-dan məlumat verilib. Bildirilib ki, o, bu vəzifədə Şahmar Hüseynovu əvəz edib. Ş.Hüseynov 2019-cu ilin dekabr ayından Birliy

12:53 0
.

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperatur

12:44 0
.

İsrail ordusu 25 fələstinlini əsir götürüb

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı biri uşaq olmaqla 25 fələstinlini əsir götürüb. xəbər verir ki, Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Məhbuslar və Azad Edilən Nümayəndə heyətinin birgə bəyanatına görə, İsrail qüvvələri İorda

21:45 0