Pulu yığmaq, yoxsa xərcləmək insanı xoşbəxt edir?

Pulu yığmaq, yoxsa xərcləmək insanı xoşbəxt edir?Araşdırma nəticəsində pulla, daha doğrusu, pul xərcləməklə xoşbəxtlik arasında maraqlı bağlılıq tapılıb. Məlum olub ki, adamlar pulu özlərindən çox, başqalarına xərcləməyi xoşlayırlar. Bu barədə Britaniyanın «Elm» jurnalında çıxan məqalədə danışlır. Məqalənin müəlliflərindən Elizabet Dan Kanadadakı Britaniya-Kolumbiya Universitetində psixologiya elmləri üzrə dosentdir. O və həmkarları müəyyən ediblər ki, adamlar pul xərcləməyi, pul qazanmaq qədər vacib bilirlər.

Araşdırma zamanı məlum olub ki, az pul alıb, çox pul xərcləyən adamlar daha xoşbəxt görünürlər, nəinki çox pul alıb, az xərcləyənlər. Elizabet Dan: «Eksperiment zamanı məni ən çox təəccübləndirən o oldu ki, iştirakçıları aldıqları pulun miqdarı yox, o pulu necə xərcləmələri xoşbəxt edir».

Sosial elmlər üzrə mütəxəssislər deyirlər ki, pul özlüyündə adamı xoşbəxt etmir. 70-ci illərin sonlarında psixoloq Filip Brikmanın məşhur araşdırması da göstərib ki, lotereyada çoxlu pul udan adamlar udmayanlardan xoşbəxt olmurlar. Çünki çoxlu pul udanlar adi hadisələrdən o biri adamlar qədər zövq ala bilmirlər.

Amma son vaxtlar lotereya qalibləriylə aparılan araşdırmalar reaksiyanın fərqli olduğunu göstərib. Uduşlu lotereya sahibləri həm daha varlı, həm də daha xoşbəxt olurlar. Elizabet Dan deyir ki, araşdırma aparanlar pul udanların pulu necə xərclədiyini görsələr, fərqi başa düşərlər: «Lotereyada pul udan pulu ətrafındakılara xərcləyirsə, məsələn, ailəsini yaxşı bir səyahətə aparırsa, ya da başqa bir şey edirsə, doğrudan da əvvəlkindən xoşbəxt ola bilər».

Bəs, niyə pulu başqasına xərcləmək adamı daha xoşbəxt edir? Dan bunu dəqiq bilmir, amma məsələni bəzi faktorlarla izah edir: «Biz hesab edirik ki, pulu başqasına xərcləməyin öz xeyri var, adam özü haqqında yaxşı fikirdə olur. Üstəlik, pul xərclədiyin adamla münasibətin yaxşılaşa bilər. Bu, həm da başqalarına sizi başqa rakursda görməyə imkan verir və s.»
Elizabet Dan deyir ki, onların araşdırması təkcə lotereya qaliblərini yox, ümumiyyətlə, xoşbəxtliyin mahiyyətini başa düşməyə imkan verir.

Bəs, siz özünüzü nə vaxt xoşbəxt hiss edirsiniz? Özünüzə yoxsa başqasına xərcləyəndə?


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2173   Tarix: 06 oktyabr 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724