Sevdiyini itirməmək üçün fədakarlıq

Sevdiyini itirməmək üçün fədakarlıqZaur və Zərifə adında 2 gənc var imiş. Qız çox gözəl, oğlan da çox yaraşıqlı imiş… Onlar bir-birini sevmiş və evlənməyə qərar vermişlər. Hər ikisinin də ailəsi bu yekdilliklə razı imiş. Bir neçə müddətdən sonra Zaur ailəsi ilə Zərifəni istəməyə getmişlər. Nişan üzükləri taxılmış və toy günü də dəqiqləşdirilmişdir. Günlə rin birində Zaur Zərifəyə zəng edir və deyir..

- Həyatım neynirsən?

- Heç yemək bişirirəm, yemək yeyəcəm.

- Onda yeməyini qurtarandan sonra hazırlaş, 2 bilet almışam seni kinoya aparacam.

- Baş üstə, eşqim… zəng edərəm - deyib, dəstəyi asıb, yemək hazırlamağa davam etmiş. Elə bu vaxt mətbəxdəki qaz balonu partlamış və bu Zərifənin bütün bədənini dəlik-deşik etmişdir…

Onu tez xəstəxanaya (reanimasıyaya) yerləşdirmişlər. Zaur bunu eşidən kimi qaça-qaça xəstəxanaya gəlmişdir. Zərifə ayılandan sonra onunla görüşmək istəməmişdi… Çünki sifəti və bədəni yanıqdan elə bir hala gəlmişdi ki, istəmirdi Zaur onu bu vəziyyətdə görsün… Anası Zərifənin yanına gəlib «Qızım, Zaur çox pərişan vəziyyətdədir, onu niyə görmək istəmirsen?!» — demiş. Zərifə «Ana, sən belə mənim üzümə baxa bilmirsən, o necə baxsın?!» deyir.

«Ona de, məni gözəl halımla xatırlasın, bir də məni axtarmasın, hər şey bitdi!»

Anası qızın dediyi hər şeyi olduğu kimi Zaura çatdırmış...

Zaur kədərli halda xəstəxananı tərk etmiş, maşını sürətli sürərək ağaca çırpılmış və gözləri kor olmuşdu. Anası bundan xəbərdar olan kimi bu hadisəni Zərifəyə danışmış «Bax, qızım, indi sizin evlənməyiniz üçün heç bir əngəl yoxdur, onun da gözləri görməyəcək, sən də elə bundan narahat idin, bir-birinizə dəstək olarsınız».

Və beləliklə, Zərifə Zaurla evlənir. İki uşaqları olmuş. Bir qız, bir oğlan… Çox xoşbəxt həyat kecirmişlər, Zərifə illər sonra ürək xəstəliyindən vəfat edir… Və onun öldüyü gün uşaqları bilirlər ki, əslində heç atalarının gözü kor olmayıbmış, sadəcə Zərifəni itirməmək və onunla evlənmək üçün yalan demiş…

Sevdiyini itirməmək üçün bu qədər fədakarlığı gözə ala bilən insan görəsən indi də varmı bu dünyada?


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 7548   Tarix: 12 sentyabr 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş