Dünyanın Yeddi Möcüzəsi

Artemidanın Efes şəhərindəki məbədi

Dünyanın Yeddi MöcüzəsiQədim yunan ilahəsi Artemidanın Kiçik Asiyanın Efes şəhərindəki məbədi dünyanın üçüncü "möcüzəsi" sayılırdı. Bu məbəd təxminən 120 ilə tikilmiş və eramızdan əvvəl təqribən 550-ci ildə hazır olmuşdu. Məbəd özünün gözəl naxışları və çoxlu qiymətli əşyaları ilə məşhur idi. Eramızdan əvvəl 356-cı ildə Herostrat adlı bir nəfər şöhrətlənmək istəyərək, məbədi yandırmışdı. Bundan sonra Herostratın adı mənasız barbarlıq rəmzi olmuşdur.

Olimpiyadakı məbəddə Zevsin heykəli

Dünyanın Yeddi MöcüzəsiYunanıstanın cənubunda, Olimpiya oyunlarının vətəni olan Olimpiyadakı məbəddə qədim yunanların baş allahı Zevsin heykəli vardı. Böyük heykəltəraş Fidi tərəfindən təxminən 2500 il bundan qabaq, eramızdan əvvəl 5-ci əsrdə yaradılmış bu heykəl dördüncü "möcüzə" idi. Qızıldan, fil sümüyündən və qarağacdan düzəldilib qiymətli daş-qaşlarla bəzədilmiş 14 metrlik nəhəng heykəl Zevsi taxtda oturmuş vəziyyətdə təsvir edirdi. Onun başında qızıldan düzəldilən zeytun budaqlarından hörülmüş çələng (bu, zəhmli allahın sülhsevər olmasına işarə idi) vardı. Zevsin başı, çiyinləri, qolları, sinəsi fil sümüyündən yonulmuşdu. Sol çiyninə saldığı bürüncəyi (plaşı), saçları və saqqalı isə qızıldan idi. Fidi Zevsə nəcib insan görkəmi vermişdi. Zevsin saqqalı və qıvrım saçlarla haşiyələnmiş sifəti təkcə ciddilik yox, həm də xeyirxahlıq təsiri bağışlayırdı.

Halikarnasda Mavsolun məqbərəsi

Dünyanın Yeddi MöcüzəsiBeşinci "möcüzə" Kiçik Asiyada Kariya padşahlığının paytaxtı Halikarnasda (Türkiyənin indiki Bodrum şəhəri) olmuşdur. Bu, Kariya padşahı Mavsol üçün onun dul arvadı Artemisiyanın eramızdan əvvəl 4-cü əsrin ortalarında tikdirdiyi əzəmətli məqbərə idi. Üçyaruslu məqbərənin birinci yarusu ağ mərmərdən relyef zolağı əhatə edirdi, ikinci yarus yaraşıqlı mərmər sütunlardan, üçüncü yarus isə ehram şəkilli mərmər damdan ibarət idi. Ikinci Mavsol və Artemisiyanın mərmər heykəlləri olan dördatlı araba Halikarnas məqbərəsini tamamlayırdı (Mavsolun və Artemisiyanın heykəlləri, həmçinin məqbərənin digər bəzək şeyləri Londondakı Britaniya muzeyində saxlanılır). Mavsolun adından "mavzoley" sözü yaranmışdı.

Rodos Nəhəngi[/center

Dünyanın Yeddi MöcüzəsiEramızdan əvvəl 3-cü əsrdə sərkərdə Demetri Rodos adasına hücum edir. Lakin Demetri azadlıqsevər rodosluları məğlub edə bilmədi. Adanın uğurlu müdafiəsi şərəfinə rodoslular adada dünyanın ən böyük heykəlinin qoymağa qərara aldılar.Heykəltəraş Xarosun yaratdığı və "Rodos nəhəngi" adlanan bu heykəl altıncı "möcüzə" idi. Dənizdə şəhər darvazaları arasındakı bazar meydanında qoyulmuş 36 metrlik tünc heykəldə gənc oğlan təsvir olunmuşdu. Onun möhkəm ayaqları azacıq aralanmış, sağ əli gözlərinin üstünə qaldırılmışdı. Başında günəş şüalarının rəmzi olan tac vardır. Bu, günəş allahı Heliosun təsviri idi. Ada sakinləri onu öz himayəçisi sayırdılar.

[center]İsgəndəriyyə mayakı

Dünyanın Yeddi MöcüzəsiEramızdan əvvəl təqribən 280-ci ildə Nil çayının mənsəbindəki Faros adasında(Isgəndəriyyə şəhərinin kənarında) memar Knidli Sostrat qədim yunanının ən böyük mayakını tikmişdi. Dünyanın yeddinci "möcüzəsi" sayılan üçyaruslu bu qüllənin hündürlüyü 120 metrə çatır. Onun zirvəsindəki daş köşkdə gəmilərə yol göstərən tonqal yanırdı.

Misir ehramları

Dünyanın Yeddi MöcüzəsiDünyanın 7 möcüzesinden biri daşdan düzeldilmiş bu neheng tikililer - Misir fironlarının sərdabelerı təqriben 5 min il evvel Qedim Misirde yaradılmışdır. Bu zaman fironların hakimiyyeti hedsiz hüdudsuz idi, onları allahlara beraber tuturdular. Möhteşem serdabelar fironların ölümünden sonra da onların hakimiyyetinin ezemetini xatırlatmalı idi. Ehramlardan ən böyüyü firon Xeopsun hökmü ile ucaldılmışdır. Onun hündürlüyü 146.6 metr olub, təqribən eramızdan evvel 28-ci əsrdə tikilmişdir. Misirin qızmar güneşi altında minlerle qul daş alətlərlə (dəmir və tunc o dövrdə məlum deyildi) nəhəng qayaları sındırırdı. Sonra onlar bu qaya parçalarını kəndirlərlə dartıb tikinti yerinə aparırdılar. Ehramlar ucaldıqca onları daha yuxarı qaldırmaq lazım gəlirdi. Adları tarixdə qalmış ehram inşaatçıları aclıqdan və dözülməz zəhmətdən məhv olurdular. Firon Xefrenin ehramı ondan 2 metr alçaqdır.
Bu fironu dağ boyda serdabe qane etmemiş ve o, serdabenın yanına bütöv qayadan yonulmuş daş "keşikçi" qoymağı emr etmişdir. "Keşikçi" insanbaşlı ve aslanbdenlidir. O, Sfinks adlanır.

Semiramidanın Asma Bağları

Dünyanın Yeddi MöcüzəsiDünyanın ikinci "möcüzəsi" - Semiramidanın asma bağları - Qədim Şərqin böyük və zəngin şəheri olan Babildə yerləşmişdi. Əfsanəyə görə bu bağlar Assuriya malikəsi Semiramidanin əmri ilə yaradılmışdı. Əslində isə bu bağlar eramızdan əvvəl 7-ci əsrdə padşah Navuxodonosorun əmri ilə salınmışdı. Bu padşah öz sarayını yerdən altımərtəbəli ev hündürlüyündə qaldırılmış süni meydançada tikilmişdi. Bu meydançada 6 cərgə pilləvari terras (səki) qalxirdi. Kərpicd?n tikilən sıra tağlar üzərində qurulmuş bu terraslardan her birinin ustune torpaq tikilmisj ve burada bag salinmishdi. Pillevari baglari emele getiren bu terraslar yuxaridaki sarayla birlikde neheng bir daga benzeyirdi.Yuzlerle qul gece-gunduz deri tuluqlar asilmish neheng charxlari firladaraq, Ferat chayindan asma baglara su qaldirirdi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 19849   Tarix: 13 sentyabr 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660