Azərbaycanda DƏHŞƏT! Bağçada uşağı döyüb bu günə saldılar - FOTOLAR

Azərbaycanda DƏHŞƏT! Bağçada uşağı döyüb bu günə saldılar - FOTOLARValideyinin bu iddası 1.6 ildir polisdə araşdırılır, bağça müdriyyəti isə ittihamları qəbul etmir

"Bizim Yol"-a müraciət edən şəhid ailəsinin üzvü Cəfərova Nigar İlham qızı "Qərənfil" uşaq bağçasından və Nəsimi rayon Polis İdarəsindən şikayətçi olduğunu bildirir. O, iddia edir ki, adıçəkilən bağçanın tərbiyəçisi Sevinc Tacirli onun övladını döyüb, polis isə işi obyektiv araşdırmır.

"Nəsimi rayonunda fəaliyyət göstərən "Qərənfil" uşaq bağçasının tərbiyəçisi 2011-ci il təvəllüdlü Nəzirli Dilbər Əli qızını 2015-ci ilin yanvar ayında bir neçə dəfə və mart ayının 12-də mütamadi olaraq güclü fiziki ağrı və ya psixi iztirablar verib. Qızıma qeydiyyatda olduğu 12 nömrəli uşaq poliklinikasının cərrahı "Qapalı kəllə beyin travması, baş beyinin sirkələnməsi" diaqnozunu qoyub. Bu isə, o deməkdir ki, qızım Dilbərə vurulmalı olan peyvəndləri vurmaq qadağandı və digər uşaqlardan fərqli olaraq müxtəlif xəstəliklərə ducar olma riski artıqdır"-deyə N.Cəfərova bildirir.

Onun sözlərinə görə, qızı Uşaq Nevroloji Xəstəxanasında stasionar müalıcə olunub və həkim nevropotoloq tərəfindən ona 26.04.2016-cı il tarixdə "R25.2 Ensefelopatiya. Hipertenzion sindrom. Qıcolma tutmaları ilə" klinik diaqnozu qoyulub: "Bütün bunları sübut edən müayinələrin nəticələri və epikrizlər mövcuddur".

Şikayətçi 13.03.2015-ci il tarixdə S.Tahirlinin məsuliyyətə cəlb olunması barədə Nəsimi RPİ-nin 19-cu PB-nə ərizə ilə müraciət edib: "Mən şikayətimə əsas olan hallarla bağlı bağçanın otaqlarında olan video müşahidə kameralarının aktivləşdirilməsi ilə bağlı tələbimə baxılmadı. Ümumiyyətlə, o vaxtdan bu günədək Nəsimi RPİ təhqiqatçıları və müstəntiqləri və prosessual rəhbərlik edən prokuror tərəfindən ibtidai araşdırma obyektiv aparılmayıb. Belə ki, toplanmış araşdırma materialları üzrə Nəsimi RPİ-nin 19-cu polis bölməsinin təhqiqtçısı Nazim Qədirovun 02.04.2015-ci il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərarı Nəsimi Rayon Prokurorunun 13.07.2015-ci il tarixli qərarı ilə ləğv edilib və materiallar bu dəfə Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib".

Bu dəfə isə müstəntiq Nicat Hadiyevin 28.03.2016-ci il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərarı Nəsimi rayon prokurorunun 08.04.2016-cı il tarixli qərarı ilə ləğv edilib və şöbəyə qaytarılıb.

Müstəntiq Elmar Quliyevin 06.05.2016-ci il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərarı isə Nəsimi Rayon Prokurorunun 02.06.2016-cı il tarixli qərarı ilə ləğv edilib və geri göndərilib.

Müstəntiq Fərid Əhmədov isə 17.06.2016-ci il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi və Sevinc Tacirlinin əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilərək Nəsimi Rayon Məhkəməsinə göndərilməsi üçün qərarın surəti Nəsimi RPİ-nin 19-cu PB-nə göndərilməsi qərara alınıb.

Nəsimi Rayon Məhkəməsinin hakimi Azər Paşayev sədrliyi ilə çıxarılmış 25 iyun 2016-cı il tarixli qərarı ilə Nəsimi RPİ-nin 19-cu PB-nin sahə inspektoru Teymur Hacıyevin 23.06.2016-cı il tarixli protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, həmçinin zərərçəkmiş şəxsin adı, soyadı, ata adı, ünvanı qeyd edilmədiyindən geri qaytarılıb.

Nəsimi Rayon Prokuroru vəzifəsini icra edən Rauf Qasımovun 18.07.2016-cı il tarixli qərarı ilə inzibati xəta haqqında işin başlanmasına səbəb olan Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Fərid Əhmədovun 17.06.2016-ci il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi qərarı ləğv edilib, materiallar əlavə yoxlanması üçün Nəsimi RPİ-nin İŞ-nə göndərilib. Hazırda həmin materiallar Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Fərid Şirinovun icraatındadır.

"Göründüyü kimi Nəsimi RPİ və prosessual rəhbərliyi həyata keçirən Nəsimi rayon prokurorluğu bütün dəlillər və sübütlar olduğu halda işin araşdırılmasını artıq 1 il 6 aya yaxın müddətdir ki, ləngidihllər. Onların bu hərəkərtləri cinayətə görə qanunvericilikdə nəzərdə tutulan müddətin keçməsinə yönəlib",-deyə N.Cəfərova bildirib.

"Bizim Yol" şikayətçinin iddiası ilə bağlı müstəntiq F.Şirinovla əlaqə saxlayıb. Müstəntiq bu barədə danışmaq istəmədiyini deyib.

Əməkdaşımızla söhbətində "Qərənfil" uşaq bağçasının metodisti valideynin iddiasını qəbul etmədiklərini bildirib: "Onun iddiasını polis araşdırır. Bizim mövqeyimiz budur ki, onun dedikləri ilə razı deyilik və ona görə də S.Tacirli hazırda bağçamızda işləyir".

Azərbaycanda DƏHŞƏT! Bağçada uşağı döyüb bu günə saldılar - FOTOLARAzərbaycanda DƏHŞƏT! Bağçada uşağı döyüb bu günə saldılar - FOTOLARAzərbaycanda DƏHŞƏT! Bağçada uşağı döyüb bu günə saldılar - FOTOLARAzərbaycanda DƏHŞƏT! Bağçada uşağı döyüb bu günə saldılar - FOTOLARAzərbaycanda DƏHŞƏT! Bağçada uşağı döyüb bu günə saldılar - FOTOLARAzərbaycanda DƏHŞƏT! Bağçada uşağı döyüb bu günə saldılar - FOTOLARAzərbaycanda DƏHŞƏT! Bağçada uşağı döyüb bu günə saldılar - FOTOLARAzərbaycanda DƏHŞƏT! Bağçada uşağı döyüb bu günə saldılar - FOTOLARAzərbaycanda DƏHŞƏT! Bağçada uşağı döyüb bu günə saldılar - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3854   Tarix: 09 avqust 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Terror zamanı məşhur aktyor da orada olub

Martın 22-si "Crocus City Hall"da baş verən terror aktı zamanı rusiyalı məşhur aktyor Sergey Svetlakov da orada olub. Axşam.az xəbər verir ki, bu barədə aktyor sosial şəbəkədə özü məlumat yayıb. O, "Piknik" qrupunun konsertini izləmək üçün sözügedən məkanda olduğunu bildirib. Aktyo

24.03.2024 511
.

"Dünyaya uşaq gətirmək vacib deyil"

"Sevinirəm ki, Fətulla (qardaşının övladı - red.) ailəni tək idarə edir. Dünyaya uşaq gətirmək vacib deyil". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Nisə Qasımova "Zaurla Günaydın" verilişində deyib. Müğənni ailəsindən danışıb:. "Fətulla uşaq idi, çılğın, hər şeydə

26.03.2024 493
.

Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO

Tanınmış müğənni İlahə İbadovanın toyu olacaq. Bu barədə sənətçi ATV-nin "Rəngarəng səhər" verilişində məlumat verib. O, ikinci dəfə ailə quracağını və artıq üzüklərin taxıldığını bildirib. Həmin görüntüləri təqdim edirik:

10:40 0
.

Aparıcı "Niva" ilə Bakıdan Çinə gedir

Aparıcı Fərid Rəsul maraqlı bir addım atıb. Axşam.az xəbər verir ki, "Yenə adi günlərdən biri" adlı layihə edən Fərid "Niva" markalı maşınla Bakıdan Çinə yola düşüb. Fərid bundan əvvəl Avropadan İran vasitəsi ilə Çinə getməyi plnlaşdırıb. Amma İran sərhəddində onu buraxmadıqları üçü

25.03.2024 827
.

Banu illər sonra...

Sosial medianın uşaq ulduzu Banu Muradovanın yeni videosu gündəm olub. OLAY yazır ki, onun indiki görüntüsünü anası Nigar Muradova (Moouradi) paylaşıb. İstifadəçilər Banunun böyüdüyünü yazıb və illər əvvəlki video-fotolarını xatırlayıb

28.03.2024 368
.

Özündən 23 yaş böyük xanımından danışdı

Yeni çəkiləcək "Ceyms Bond" filmi ilə gündəmə gələn aktyor Aaron Teylor-Conson özündən 23 yaş böyük qadınla evlənmə səbəbini açıqlayıb. OLAY yazır ki, 33 yaşlı aktyor yaşıdlarından tez böyüdüyünü dilə gətirərək bu addımı atdığını deyib:. "Çox insanın 20 yaşlarında etdiyini mən 13 yaşınd

24.03.2024 342
.

Vasif Məhərrəmli plastik əməliyyatdan sonra ilk dəfə - Fotolar

Əməkdar artist Vasif Məhərrəmli plastik əməliyyatdan sonra ilk dəfə efirə çıxıb. Axşam.az xəbər verir ki, müğənni "Zaurla Günaydın" proqramında qonaq olub. İfaçının üzündəki dəyişiklik diqqətdən qaçmayıb. Qeyd edək ki, V.Məhərrəmli bir müddət əvvəl üzündə plastik əməliyyat etdirib. O, üzündək

26.03.2024 1191
.

Bu da Nadir Qafarzadənin HƏYAT YOLDAŞI - FOTO

Müğənni Nadir Qafarzadə sosial şəbəkədə yeni paylaşım edib. BİG.AZ xəbər verir ki, sənətçi instaqram hesabında yeni fotosunu yayımlayıb. Fotoda ifaçının yanında həyat yoldaşı Sevinc xanım və oğlu da yer alıb. Müğənninin fotosu sosial şəbəkə istifadəçiləri tərəfindən çox bəyənilib

24.03.2024 2228
.

Zaur Baxşəliyevdən arxasınca danışan şəxsə sərt cavab: "Onun telefonunu mən almışam" - VİDEO

"Ona aldığım telefonla sosial şəbəkələrdə canlı açıb dalımca danışır". Bu sözləri ATV-də yayımlanan "Bizimləsən" verilişinin aparıcısı Zaur Baxşəliyev bildirib. O qeyd edib ki, yardım etdiyi şəxslər onun arxasınca danışırlar:. "Onun telefonunu mən almışam. Bahalı da bir telefo

28.03.2024 653