"Park-Bulvar"da biabırçı qalmaqal – FOTOFAKT

"Park-Bulvar"da biabırçı qalmaqal – FOTOFAKT"Azadinform" bildirir ki, Bakı sakini başına gəlmiş misli görünməmiş qəribə hadisə barədə yazıb.

Paytaxt sakini qeyd edir ki, iyunun 25-də saat 18:19 radələrində öz avtomobilini "Park-Bulvar"ın pullu yeraltı dayanacağına qoyub. Bir neçə saat sonra qəfildən səhhəti pisləşib və avtomobilini həmin gün götürə bilmir. Bir gün sonra, iyunun 26-da saat 21:11-də avtomobilini götürmək üçün adıçəkilən obyektə üz tutur. Lakin burada ona qeyri-adi və qanunsuz ittiham irəli sürərək 52 manat cərimə yazıldığını bildirirlər. Səbəbini soruşduqda isə deyilir ki, bəs, saat 03-dən sonra burda maşın saxlamaq qadağandır, buna görə cərimə 50 manatdır. Vətəndaş bildirir ki, maşını dayanacağa saat 03-dən sonra qoymayıb, gündüz vaxtı qoyub və hər saata görə də ödənişi etməyə hazırdır. Lakin əyləncə mərkəzinin əməkdaşları heç bir qanuni əsas gətirmədən vətəndaşdan 52 manat cərimə ödəməsini tələb edirlər.

"Park-Bulvar" rəhbərliyi belə anormal qaydaları hardan kəşf edib? Ümumiyyətlə, bu qanunsuzluq və soyğunçuluğu edərkən hansı qanuna, qaydalara istinad edilib?

Problemlə bağlı mütəxəssisə müraciət etdik. Tanınmış ekspert Ərşad Hüseynov Azadinform-a bildirdi ki, cərimə deyilən sanksiyanı vətəndaş barəsində yalnız səlahiyyətli dövlət orqanları tətbiq edə bilər: "Bu da yalnız İnzibati Xətalar Məcəlləsində göstərilən hallarda mümkündür, başqa bir halda vətəndaşa cərimə adında sanksiya tətbiq oluna bilməz. Əgər belə bir hal varsa, bu özbaşınalıqdır, qanunsuzluqdur. İnzibati Xətalar Məcəlləsində belə bir sanksiya yoxdur ki, avtomobili hər hansı saatdan sonra yerləşdirəndə yaxud da, gec götürəndə sanksiya, cərimə tətbiq olunsun. Bu məsələnin birinci tərəfi, ikincisi isə dayanacaqda göstərilən xidmət hansısa mülkü hüquqi xidmətdir".

"Park-Bulvar"da biabırçı qalmaqal – FOTOFAKT


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 10826   Tarix: 28 iyul 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ardıcıl olaraq iki dəfə eyni vəzifəyə təyin olunan Elçin Babayev kimdir? - DOSYE

Prezident İlham Əliyevin sərəncamı ilə Elçin Babayev yenidən Bakı Dövlət Universitetinin rektoru təyin edilib. Elçin Babayevin dosyesini təqdim edir:. Elçin Babayev 1965-ci il aprelin 4-də Naxçıvan şəhərində doğulub. O, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) astrofizika

27.03.2024 367
.

Ağalarovun "Crocus City Hall" konsert zalı bankda girov imiş - Yeni DETALLAR

Rusiyanın Moskva vilayətində 22 martda terror aktı nəticəsində bir hissəsi yanmış "Crocus City Hall" konsert zalının bankda girov qoyulduğu məlum olub. Rusiya Daşınmaz Əmlakın Vahid Dövlət Reyestrindən çıxarışa əsasən əmlak "Qazprombank"da kredit müqabilində girov qoyulub. Belə ki

27.03.2024 467
.

Moskvada növbəti terror təhlükəsi!

Rusiya paytaxtı Moskvanın şimal-qərbində yerləşən "Şuka" ticarət mərkəzi bomba təhlükəsi ilə əlaqədar boşaldılıb. "Qafqazinfo"xəbər verir ki, bu barədə TASS-a Rusiya hüquq-mühafizə orqanlarından məlumat verilib. "Şuka ticarət mərkəzindəki insanlar partlayış təhlükəsi ilə əlaqəda

27.03.2024 437
.

Dilan Polatın "qara qutusu" Şule əvvəl villa aldı, sonra gecə klubu açdı

Dilan Polatın özbəkistanlı köməkçisi Xaydarova deportasiya edildikdən sonra ölkəsində gecə klubu açıb. xarici mediaya istinadən xəbər verir ki, Dilan Polatın qara qutusu kimi tanınan özbəkistanlı köməkçisi Şulə gecə klubu açıb. Ölkəsinə qayıdarkən təyyarədən çəkdirdiyi TikTok videosunu "Millət olara

12:09 0
.

Çin atmosfer və kosmos mühitini müşahidə edən peyklər buraxıb

Çin atmosfer və kosmos mühitinin müşahidələri üçün istifadə edilən "Yünhay-2" peyklərinin üçüncü qrupunu kosmosa göndərib. xəbər verir ki, Sinxua agentliyinin xəbərinə görə, "Yünhay-2 03" peykləri "Long Mart 6" raketi ilə ölkənin şimalındakı Şansi əyalətindəki Tayyüen Pey

27.03.2024 181
.

Xocalıda qalıqları tapılan şəhidin oğlu: "Atam bizi çıxardı, özü orada qalıb döyüşdü" - VİDEO

Xocalı soyqırımı zamanı qətlə yetirilən və bir müddət əvvəl rayon ərazisində aşkarlanan kütləvi məzarlıqda qalıqları tapılan şəhid Akif Mahmudov dəfn edilib. Mərhum Ceyranbatan qəsəbəsində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin yaxınları, Xocalı sakinləri iştirak ediblər

27.03.2024 346
.

İnsult keçirən Əməkdar artist xəstəxanadan evə buraxıldı

Əməkdar artist Kifayət Gəncəli müalicə aldığı xəstəxanadan evə buraxılıb. Bu barədə "Report"a Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib. O bildirib ki, K.Gəncəli xəstəxanaya yerləşdirildikdən sonra ona işemik insult diaqnozu qoyulub:. "O, səhhəti yaxşılaşdığında

27.03.2024 300
.

İsrailin Qəzza zolağına hücumları nəticəsində daha bir jurnalist öldü

İsrailin Qəzza zolağına hücumları davam edir. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində daha bir jurnalist həlak olub. Bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb. Məlumata görə, İsrail ordusunun Qəzza zolağının şimal bölgəsinə hücum edib. Məlumata görə, fələstinli jurnalist və onu

27.03.2024 171
.

İftar süfrəsi üçün reseptlər

"İftar menyusu"nu təqdim edirik:. Toyuq kroket. Ərzaqlar:. Toyuq filesi – 1 qutu. Soğan – 1 ədəd. Yumurta – 1 ədəd. Suda bişmiş kartof – 1 ədəd. Duz, istiot zövqə görə. Qızartmaq üçün:. Suxarı unu, adi un, yumurta və duru yağ. Hazırlanması:. Suda bişmiş toyuq ətini blenderdən keçirin. Qab

27.03.2024 357