"30 min vergi borcu ödəməyəcəyəm, nə istəyirlər etsinlər" - Abbas Bağırov

"30 min vergi borcu ödəməyəcəyəm, nə istəyirlər etsinlər" - Abbas BağırovTanınmış müğənni Abbas Bağırov sosial şəbəkədə vergi orqanlarını ona qarşı qərəzli mövqe tutmaqda ittiham edib. Vergilər Nazirinin müavini Sahib Ələkbərov müğənni Abbas Bağırovun iddiaları böhtan adlandırıb. Müğənninin iddia edib ki, vergi əməkdaşları sübutsuz və heç bir hesabat aparmadan 30 min manat vergi borcu yazıblar.

BiG.AZ xəbər verir ki, Abbas Bağırov bütün bu olaylarla bağlı unikal.org-a qısa müsahibə verib. Həmin müsahibəni oxuculara təqdim edirik.

-Abbas bəy dünən açıqlama verdiniz ki, siz vergi əməkdaşının toyuna getmədiyiniz üçün 30 min manat cərimə yazıblar. Nazirlik isə bunun böhtan adlandırdı. Bu barədə nə deyə bilərsiz?

-Mən "instagram" səhifəmdə bu barədə açıqlama vermişəm. Özünüzdə gördünüz. Sadəcə olaraq vergi orqanları bir şeyi başa düşməlidirlər ki, ilin 12 ayı toy olmur. Bunun 3 ayı məhərrəmlik, bir ayı Ramazan, may ayında heç kim toy eləmir, yay aylarında da toy edən olmur. Musiqiçi belə olan halda nə ilə dolanmalıdır? Klipin nə ilə çəkməlidir? Musiqi aləti qırılanda və yaxud xarab olanda bunu hansı pulla təmir etməlidir? Vergilər Nazirliyi bir şeyi başa düşmür ki, əgər Abbas Bağırov 10 min manata toya gedirsə bu məbləğin hammısını cibinə qoymur. Bu pulun xeyli hissəsini musiqiçilərə verirəm və digər qalan məbləğlə də başqa xərcləri ödəyirəm. Bunlar sadəcə belə şeyləri hesablamırlar. Ona görə də, bu mənim qəzəbimə toxunur.

-Vergilər Nazirinin müavini Sahib müəllim açıqlamasında bildirdi ki, siz 2004-2006-cı illərdə, 2010-2014-cü illərdə ümmumiyyətlə vergi ödəməmisiz. Ödədiyiniz illərdə də məbləğ çox azdır. Bəs bu illərdə siz toylara getmirdiniz?

-Ödəmədiyim vaxtlarda işim olmayıb və yaxud da xaricdə olmuşam. Ümumiyyətlə mən o illərdə Türkiyədə olmuşam. Klip çəkilişləri ilə bağlı getmişdim, yox idim Azərbaycanda. Siz Azərbaycanının 99 faiz, Bakının 98 faiz şadlıq evlərinə müraciət etsəniz onlar deyəcəklər ki, Abbas bizə toya gəlmir. Mən ümumiyyətlə Bakı şəhərində 98 faiz toylara getmirəm.

-Özünüz getmirsiz yoxsa çağırmırlar?

-Xeyr. Bunu özüm istəmirəm.

-Onda belə çıxır ki, ən çox qazancınız xarici ölkələrdəndir?

-Xeyr. Mən xaricədə toylara getmirəm.

-Bəs necə dolanırsız? Hansı pulla klip çəkdirirsiz?

-Dolanışıq heç nə, mən dünyanın pulunu qazana bilmərəm ki! Az qazanıram. Amma öz əsəblərimi və səhətimi qoruyuram. Öz sənətimin də üzərində işləyirəm. İşim ancaq toylarla bitmir ki?

- Vergilər Nazirliyi deyirsiz ki, sizi 30 min manat cərimə yazıb. Bunu ödəyəcəksinizmi?

-Yazsın. Fikirləşmirlər ki, bu adam bu pulu nə ilə verəcək? Onlar bunu fikirləşmirlərsə mən niyə fikirləşməliyəm?

-Onda belə çıxır ki, siz vergi borcunuzu ödəmyəcəksiniz?

-Xeyr. Əlbəttə ödəməyəcəm. Bu məbləği hardan verəcəm? Niyə verməliyəm?

-Siz bilirsiniz ki, vergi borcunuzu ödəmədiyiniz halda məsuliyyət daşıyırsız?

-Mənim vergi borcum yoxdur. Bunu necə sübut edəcəklər ki? Gəlsinlər, bunu mənə sübut etsinlər. Onlar kameral olaraq özbaşına hesablayıblar. Mənim heç nə də günahım yoxdur. Nə istəyirlərsə, eləsinlər. Mənim günahım olmadığı təqdirdə heç nəyi üzərimə götürə bilmərəm.

-Bəs toya getdiyiniz zaman verginizi necə hesablayırsız?

-Mən vergini öz hesablamamla aparıram. Onlara görə hesablama apara bilmərəm və buna imkanım da çatmır.

-Abbas bəy hazırda gün ərzində neçə toya gedirsiz?

-Toy? İndi yay ayıdı. Toy var? Yay ayında mənim toylarım olmur.

-Bəs əyləncə mərkəzlərinə konsertlərə çağırılmırsınız?

-Mən əyləncə Mərkəzlərində də oxumağa getmirəm.

-Nəyə görə?

-Bu mənim öz qərarımdı. Mən əyləncə mərkəzlərində oxumuram.

-Allah işinizi avand eləsin!

-Çox sağ olun.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1493   Tarix: 27 iyul 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Beyonsun 500 milyonluq özəl günü - Fotolar

Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib. Kirayəsi həftəlik 4 milyon dollar

16.09.2021 2230
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR

Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:

17.09.2021 3949
.

"Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO

Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz

16.09.2021 4761
.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467
.

"O səs Türkiyə"nin münsifləri açıqlandı

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq

15.09.2021 2403
.

"Bütün dünya bizim toyumuzdan danışacaq"

Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd

16.09.2021 2225
.

Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?

Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən

16.09.2021 1870
.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271