"Son nəfəsində…" -Şəfiqə Axundova ilə bağlı TÜKÜRPƏDİCİ FAKT

"Son nəfəsində…" -Şəfiqə Axundova ilə bağlı TÜKÜRPƏDİCİ FAKTBu gün Şərqdə ilk opera yazan qadın bəstəkarı, Xalq artisti Şəfiqə Axundovanın xatirə günüdür.

BiG.AZ xəbər verir ki, Rəfiqə Axundova bacısı ilə bağlı xatirələrini Publika.az-la bölüşüb: "Üstündən üç il ötüb, amma Şəfiqənin yoxluğunu hələ də qəbul edə bilmirəm. Evdə yığışmışıq, şüyüdplov bişirib, bacımın xatirəsini yad edirik. Şəfiqə doğulduğu Şəkiyə bağlı insan idi. Elə ölümündən bir ay əvvəl də onu Şəkiyə aparmışdım. Son nəfəsində mənə baxıb gülümsədi. Arzusuydu ki, onu oğlu Talehin qəbrinin yanında dəfn edək. Sizə bir sirr açım. Ölümündən bir neçə gün əvvəl dedi ki, məni Talehin yanında basdırarsınız. Mən ona dedim ki, ay Şəfiqə bu, mümkünsüzdür, sən Fəxri Xiyabanda dəfn olunacaqsan, sənin yerin oradır. Boynunu büküb, ağladı. Oğlunu həddən artıq çox istəyib. Bilirsiniz ki, mən iki il Talehin ölümünü ondan gizlətmişəm. Bilirdim ki, bunu bilsəydi, ürəyi partlayıb ölərdi. Amma ölümünə iki il qalmış açıb dedim. Özü mənə yalvardı ki. düzünü de, Taleh ölüb? Açıb hər şeyi danışdım. Elə bil onu cərəyan vurdu, bir kəlmə danışmadan donub qaldı".

Bacısı Ş.Axundovanın hələ oxunmamış mahnılarından da söz açdı: "Şəfiqənin sandıqda hələ ifa olunmamış musiqiləri var, mən onları saxlamışam. Bəstəkar Nailə Mirməmmədli bizim ailəyə yaxın olub. İstəyirəm bir dəfə Şəfiqəninin nota köçürülmüş bütün musiqilərini yığışdırıb onun yanına aparım. Məsləhət versin ki, o mahnıları kimə verək. İstəyirəm bacımın mahnıları arxivində yatıb qalmasın. Bacım mahnıları ilə nəfəs alırdı. O mahnılar səslənsə, ruhu da şad olar".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3991   Tarix: 26 iyul 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO

Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas

16.09.2021 7167
.

Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO

Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər

18.09.2021 4536
.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467
.

Plastik əməliyyat elətdirən Xəyalədən YENİ FOTOLAR

Aktrisa Xəyalə Quliyeva sosial mediada paylaşım edib. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını izləyiciləri ilə bölüşüb. Onun paylaşımına çoxsaylı təriflər, bəyəni gəlib. Qeyd edək ki, aktrisa bədənşəkilləndirmə edib, artıq çəkidən xilas olub. O, eyni zamanda buxaq hissəsini də kəsdirib

18.09.2021 5899
.

Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?

Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən

16.09.2021 1870
.

Türkiyədə yaşayan azərbaycanlı aktrisa AİLƏSİ İLƏ - FOTOLAR

Ailə qurandan sonra Türkiyədə yaşamağa başlayan aktrisa Cəmilə Tağızadədən xəbər var. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını paylaşıb. Fotolarda onun həyat yoldaşı Murad Təmiz və oğlu da yer alıb. Onun paylaşımı izləyicilərin marağına səbəb olub. Fotolara çoxsaylı bəyəni gəlib. Qey

18.09.2021 4262
.

"O səs Türkiyə"nin münsifləri açıqlandı

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq

15.09.2021 2403
.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207
.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961