"Atama dedim bacımı oxutdur..." - 700 bal toplayan tələbə

"Atama dedim bacımı oxutdur..." - 700 bal toplayan tələbəElvin İsayev əslən Şəki rayonunun Baş Göynük kəndindəndir. Bu il III qrup qəbul imtahanından 700 bal yığan iki nəfərdən biridir. Elvin Nizami rayonundakı 220 saylı məktəbin məzunudur.

Müsahibimiz deyir ki, yüksək nəticə ona elə də asan başa gəlməyib. Bu illər ərzində çox əziyyət çəkib. Ən yaxın dostu isə kitablar olub: "Əsas zəhmət ibtidai sinif müəllimimin olub. O, mənə oxumaq vərdişini aşılayıb. Kitab arxasında oturmağı, səbri mənə öyrədib. Əsas oxumaq vərdişi olmalıdır ki, kitabın arxasında otursun, saatlarla məşğul ola bilsin. Yoxsa əgər adamın hövsələsi çatmırsa, təbii ki, kitab oxuya bilməyəcək. Bütün müəllimlərimə təşəkkür edirəm ki, məni oxumağa öyrətdilər".

Elvin deyir ki, imtahana psixoloji baxımdan tam hazır olub: "İmtahan gününə psixoloji özümü çox güclü hazırlamışdım. Artıq imtahana 2 gün qalmış dərslə məşğul olmadım. İmtahan gedəndə həyəcanım çox az idi. İmtahana girdim, testlər paylanılanda bircə o yadımdadır ki, başımı aşağı salmışam. Axıra kimi oturmuşdum".

Müsahibimiz deyir ki, cəmi bir sualda tərəddüd edib və həmin sualı ilk olaraq yanlış yazıb. Həmin cavabı yazdıqdan sonra imtahanı tərk etmək istəyib. Daha sonra isə yenidən düşünüb və cavabı dəyişib. "Sınaqlarda olurdu müəyyən tərəddüd etdiyim, bilmədiyim suallar. Amma qəbul imtahanında bütün suallara dəqiqliklə tam baxırdım, üstündə iki dəfə fikirləşirdim. Bircə sualda tərəddüd eləmişdim, o da şükür düz çıxdı. Tarix fənnindən açıq sual idi, arada qalmışdım 2, 3, 4 yazım yoxsa 2, 4 yazım. Memarlıq abidəsi ilə bağlı idi. Əvvəlcə 2, 3, 4 qeyd etmişdim, tez onu köçürüb getmək istəyirdim. Çıxmaq istəyirdim imtahandan, elə oldu ki, dedim qoy bir az fikirləşim. Düz qərara gələ bildim".

Elvin deyir ki, biliyinə əmin idi, ancaq imtahan zamanı texniki səhv etməkdən qorxub. 700 balı topladığını bildikdə isə... "Əvvəl telefonla öyrənmək istədim. Mesaj göndərdim, oradan cavab gec gəldi. İnterneti açdıq və orada 700 görəndə sevincimdən tullanırdım. Necə sevindimsə, bilmirəm. Valideynlərim də çox sevindilər. Hər bir halda 700 çətindir də - bir sualı diqqətsizlikdən səhv yazsan, artıq 700 bal yığa bilmirsən. Biliyimə inanırdım ki, 700 yığa bilərəm. Sadəcə, o mexaniki səhvlərdən qorxurdum ki, səhv edərəm. Şükür, o da olmadı və 700 balı topladım".

Maraqlıdır ki, 3 il öncə Elvinin bacısı ödənişli əsaslarla Tibb Universitetinə qəbul olub. Ailəsi onu oxutmağa tərəddüd etsə də, Elvin bütün məsuliyyəti öz üzərinə götürüb: "Bacım ödənişli əsaslarla Tibbi Universitetinə daxil oldu. Bir az orda fikirləşirdik ki, ödənişi necə ödəyərik. Mən atamdan xahiş elədim ki, bacım ödənişli oxusun, amma mən özüm ödənişsiz oxuyacağam. Özümə güvənirdim ki, mən bacararam. Şükür, bu gün balı toplamışam, ödənişsiz əsaslarla oxuya bilərəm. Sözümü tuta bildim".

Elvin deyir ki, ali məktəbə hazırlıq müddətində sosial şəbəkələrdən və telefondan uzaq durmaq vacibdir: "9-cu sinfə qədər dərslərimlə məşğul olurdum. Artıq 9, 10 və 11-ci sinifdə universitetə ciddi hazırlaşmağa başladım. Başqa qayğılarım yox idi. Valideynlərim sağ olsunlar, o şəraiti mənə yaratmışdılar. Sosial şəbəkə istifadəçisi deyildim. Ancaq kitablarım və hazırlıqlarla məşğul idim. Abituriyentlərə məsləhətim budur ki, daha çox dərsləri ilə məşğul olsunlar, nəinki sosial şəbəkə və s. Gündəlik dərslərini yaxşı öyrənsinlər, sonra oxuyaram deyib bir kənara atmasınlar. Həmin dərsi həmin gün öyrənmək lazımdır. Onun effekti yaxşı olur".

Müsahibimiz hələ ixtisas seçməyib. Amma deyir ki, ali təhsilini Azərbaycanda alacaq. /APATV/


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3711   Tarix: 26 iyul 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda yeni kollec yaradıldı

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan Dövlət Aqrar Universiteti" publik hüquqi şəxsin nəzdində "Gəncə Dövlət Aqrar Kolleci" publik hüquqi şəxs yaradılıb. BİG.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib. Yeni kollec Kənd Təsərrüfat

24.04.2024 479
.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

24.04.2024 475
.

"Rəsmi nikah ancaq uşağın məktəbə və bağçaya qeydiyyatı aparılan zaman yada düşür" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb. 2016-cı ildən bəri rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 200 minə yaxındır.Ümumi statistikaya baxsaq, vətəndaş nikahların

12:07 370
.

ABŞ ştatında müəllimlərə məktəbdə odlu silah gəzdirməyə icazə verilib

ABŞ-nin Tennessi ştatının qanunvericiləri müəllimlərə məktəbdə gizli odlu silah gəzdirməyə icazə verən qanun layihəsini qəbul ediblər. Qeyd olunur ki, qərar ictimaiyyətin qəzəbinə səbəb olub. Qanun layihəsi respublikaçıların üstünlük təşkil etdiyi Tennessi Nümayəndələr Palatası tərəfindən qəbul edilib

24.04.2024 337
.

Aygün Kazımova onunla 23 il sonra bir arada - Video

Xalq artisti Aygün Kazımova "Şəklimi çək" klipində rol alan aktyor Şamil Muradovla 23 il sonra bir araya gəlib. Axşam.az xəbər verir ki, ölkənin əsas ulduzu məclislərdən birində çıxış edərkən tərəf müqabili də orada yer alıb. Ş.Muradov səhnəyə çıxaraq, Pop kraliça ilə görüşüb və ifa zaman

10:23 3593
.

Evliliklərinin 7-ci ilini qeyd edirlər...

Aparıcı İlkin Həsəni və influenser xanımı Aysel Həsəni (icelinee) 7-ci evlilik ildönümlərini qeyd edirlər. OLAY yazır ki, bununla bağlı hər ikisi də paylaşım edib. İlkin toyundan fotonu "7 il" və ürək emojisi ilə paylaşıb. Aysel isə "25.04.2017" qeydi ilə "Bu gün toyumuzdan

14:42 316
.

"Nişanlım dünyasını dəyişib" - Video

"Nişanlım da olub, istədiyim, sevdiyim bir şəxs də. Amma həmin şəxs biz ailə qurmadan dünyasını dəyişib. Onun yerinə isə heç kimi qoya bilmərəm. O tamamilə fərqli bir insan idi. Onun atası böyük şəxsiyyət, alim idi. Yarı alman idi. Onun atası mənim atamı da tanıyırdı. Onun da ürəyi götürmədi ki

11:46 584
.

"Qırğızıstan prezidentinin Azərbaycana səfəri xalqlarımızın tarixi və mənəvi əlaqələrinin daha da möhkəmlənməsinə töhfəsini verəcək" -RƏY

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib.Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar. Politoloq Elşən Manafo

16:21 94
.

Fatimə dəyişib belə oldu - FOTOlar

Rəqqasə Fatimə Fətəliyeva görünüşündə dəyişiklik edib. axşam.az-a istinadən xəbər verir ki, sənətçi saç düzümünü dəyişərək, kəkil kəsdirib

24.04.2024 1281