Şirvanda silah zavodunda güclü partlayış - Ölən və yaralananlar var/YENİLƏNİB - VİDEO+FOTO

Şirvanda silah zavodunda güclü partlayış - Ölən və yaralananlar var/YENİLƏNİB - VİDEO+FOTOMüdafiə Sənayesi Nazirliyinin "Araz" zavodunda baş vermiş partlayışla bağlı Şirvan şəhər xəstəxanasına yaralılar gətirilməkdə davam edir.

BiG.AZ xəbər verir ki, xəstəxanadan qaynarinfo.az-a verilən məlumata görə, xəstəxanaya 10 ağır yaralı gətirilib.

Ərazidə olan tibbi yardım birqadası yaralıları gətirməkdə davam edir. Partlayışın həcmi böyük olduğundan və yaralıların sayı artığına görə Bakıdan əlavə tibbi yardım qüvvəsi cəlb olunub.

16:44
Şirvan şəhər İcra Hakimiyyətindən Müdafiə Sənayesi Nazirliyinə məxsus zavodda baş verən partlayışla bağlı açıqlama verilib.

BiG.AZ xəbər verir ki, İcra başçısının köməkçisi Vasif Əliyev azVision.az-a bildirib ki, partlayışın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Bu istiqamətdə operativ araşdırma aparılır.

İcra rəsmisi bildirib ki, partlayış nəticəsində bir neçə nəfərin ölməsi və yaralanması haqda onlara məlumat daxil olub. Hələlik ölüm faktı rəsmi şəkildə təsdiqini tapmayıb.

Vasif Əliyev, həmçinin qeyd edib ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb olunub.

***

Müdafiə Sənayesi Nazirliyinin ümumi şöbəsinin rəisi Bəxtiyar Əsədov ölkə.az-a verdiyi açıqlamada bildirdi ki, nazirliyin Şirvandakı "Araz" zavodunda güclü partlayış verib.

"Partlayışın nə səbəbdən baş verdiyi hələlik məlum deyil. Araşdırma aparılır. Sosial şəbəkələrdə çoxlu sayda ölünün olduğu barədə gedən məlumatlar yalandır. Hazırda bununla bağlı da dəqiqləşdirmə aparıb rəsmi məlumat yayacağıq",- deyə nazirlik rəsmisi deyib.

15:58

Şirvan şəhərində "Araz" zavodunda partlayış olub.

BiG.AZ xəbər verir ki, bu barədə "Qafqazinfo"ya şəhər sakinləri məlumat verib.

Onlar bildirib ki, partlayış silah zavodunda baş verib. Partlayışın səsi bütün şəhərə yayılıb.

Qeyd edək ki, sözügedən zavod Müdafiə Sənayesi Nazirliyinin «Üfüq» İstehsalat Birliyininin nəzdindədir.

Xatırladaq ki, ötən ildə də həmin zavodda partlayış olmuşdu.

***

Artıq zavoda yaxın ərazidə yaşayan sakinlər təxliyyə olunur.

***

"Report"un xəbərinə görə, hadisə nəticəsində ölən və yaralananlar var.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 9123   Tarix: 26 iyul 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan və Ermənistan demarkasiya xəttində sərhəd xidmətlərinin fəaliyyəti necə təşkil olunacaq?

Azərbaycan və Ermənistan sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan il

19.04.2024 257
.

Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. BİG.AZ report-a istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikd

19.04.2024 769
.

Türkiyədə güclü zəlzələ oldu

Türkiyədə Egey dənizində İzmir şəhərində zəlzələ baş verib. BİG.AZ xəbər verir ki, zəlzələ 4,5 bal gücündə olub. Bu barədə AFAD məlumat yayıb. Qeyd edilib ki, zəlzələ yerin 6,97 kilometr dərinliyində baş verib

19.04.2024 417
.

Kamran Həsənlidən qalmaqallı açıqlama: "Yaxşı verilişlərin aparıcılarının saxlayanı var"

"Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən sənətkar kimi bəh-bəhlə xalqa sırınır". Bu sözləri tanınmış aparıcı Kamran Həsənli -a açıqlamasında deyib. O, bəzi aparıcılar barədə sərt iradlar səsləndirib:. "Onla

18.04.2024 1446
.

Türkiyədə 5,7 bal gücündə zəlzələdən sonra ÜRƏKAĞRIDAN GÖRÜNTÜLƏR

Türkiyənin Tokat vilayətində baş verən zəlzələlərin vurduğu ziyanlar görüntülənib. "Haber Global"a istinadən xəbər verir ki, zəlzələnin episentri olan Sulusaray rayonu dron ilə havadan çəkilib. Görüntülərdə zəlzələnin vurduğu ziyanın miqyası əks olunub. Həmçinin zəlzələnin baş verdiyi bölgələrd

19.04.2024 897
.

İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı

Ermənistanın işğalı altında olan Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbayca

19.04.2024 543
.

Britaniya şahzadəsi ABŞ vətəndaşı oldu

Kral II Çarlzın oğlu və Böyük Britaniya taxtının növbədə beşinci varisi olan Sasseks hersoqu, şahzadə Harri ABŞ rezidenti olduğunu rəsmən təsdiqləyib. Məlumata görə, onun nəzarət etdiyi səyahət şirkəti bu həftə Britaniya səlahiyyətlilərinə şahzadənin köçdüyünü və hazırda ABŞ-də yaşadığını bildirən sənədlə

19.04.2024 222
.

"Artıq tək olmaq istəmirəm, gəncəm"- Aynur Dadaşova

Müğənni Aynur Dadaşova imicində kəskin dəyişiklik edib. O, 35 il sonra saçlarını kəsdirib və sarı rəngə boyadıb. -ın xəbərinə görə, Aynur Dadaşova saçları kimi həyatında da yenilik etmək istədiyini bildirib. "Yeni bir limana başlamaq istəyirəm. Artıq tək olmaq istməriməm. Gəncəm, hələ 50 yaşım yoxdur

18.04.2024 740
.

UNICEF: "Qəzzada hər 3 evdən 2-si dağılıb və ya zədələnib"

UNICEF-in sözçüsü Ceyms Elder, İsrailin intensiv hücumları altında olan Qəzzada hər 3 evdən 2-nin dağıldığını və ya zədələndiyini açıqlayıb. xəbər verir ki, bir müddətdir Qəzzada çalışan Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) sözçüsü Ceyms Elder X sosial media platformasında İsraili

18.04.2024 216