Namus üstündə məmur oğlunun başını kəsən gəncdən XƏBƏR VAR

Namus üstündə məmur oğlunun başını kəsən gəncdən XƏBƏR VARBu gün Bakı Apelyasiya Məhkəməsində Elşən Nəsirovun barəsində çıxarılan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

BiG.AZ teleqraf.com-a istinadən bildirir ki, ötən il noyabr ayında Elşən Nəsirov əmisi oğlu Elnur Nəsirovu bıçaqlayaraq qətlə yetirib. Hadisədən sonra Eləşən Nəsirov Nəsimi Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə könüllü təslim olub.

Hadisənin namus üstündə baş verdiyi bildirilib. Belə ki, uzun illərdir ki, Elnur Nəsirovun öz əmisinin qızı ilə ailə həyatı quracağı gözlənilirmiş.

Bu məsələdən hər iki ailənin üzvləri də xəbərdar imiş. Lakin sonradan Elnur Nəsirov təhsil aldığı universitetdə birlikdə oxuduğu bir qızla tanış olub.

Elnur Nəsirovun bu hərəkəti əmisi oğlu Elşən Nəsirov tərəfindən etirazla qarşılanıb. Bunun da nəticəsi olaraq, Elşən Nəsirov əmisi oğlunu öldürərək qisas alıb.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub. Öldürülən Elnur Nəsirov Lerik Rayon Təhsil Şöbəsinin müdiri Balaşirin Nəsirovun oğludur.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elşən Nəsirov 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Elşən Nəsirov apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib.

Hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə Elşən Nəsirovun apelyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib. Prosesdə Elşən Nəsirovun anket məlumatları dəqiqləşdirilib, apelyasiya şikayətinin dəlilləri müəyyən edilib.

Məhkəmə baxışı avqustun 5-nə təyin edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2261   Tarix: 26 iyul 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Ata və ananın sosial şəbəkədə çox vaxt keçirmələri uşaqlara qarşı diqqətin azalmasına səbəb olur" - Psixoloq

Hər il universitetə qəbul imtahanından sonra uğurlu nəticə göstərməyən abituriyentlərin intiharının şahidi oluruq. Bir çox hallarda onların intiharına səbəb valideyn təzyiqi olur. Mövzu ilə bağlı -a danışan psixoloq Ramidə Oqtayqızı bildirib ki, uşaqlara sevgi, qayğı göstərmək, onlarla ünsiyyət qurma

19.04.2024 187
.

Kamran Həsənlidən qalmaqallı açıqlama: "Yaxşı verilişlərin aparıcılarının saxlayanı var"

"Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən sənətkar kimi bəh-bəhlə xalqa sırınır". Bu sözləri tanınmış aparıcı Kamran Həsənli -a açıqlamasında deyib. O, bəzi aparıcılar barədə sərt iradlar səsləndirib:. "Onla

18.04.2024 1331
.

Rusiya əhalisi azalır

2024-cü ilin fevral ayında Rusiyada əhalinin təbii azalması davam edib. Bu barədə Rosstatın saytında məlumat verilib. Məlumata görə, 2024-cü ilin fevral ayında 97,9 min uşaq doğulub. Maksimum doğum nisbəti Dağıstan Respublikasında (+29,6, Saxalin vilayətində (+23,9%) və Adıgey Respublikasında (+23,8%

19.04.2024 0
.

Türkiyədə güclü zəlzələ oldu

Türkiyədə Egey dənizində İzmir şəhərində zəlzələ baş verib. BİG.AZ xəbər verir ki, zəlzələ 4,5 bal gücündə olub. Bu barədə AFAD məlumat yayıb. Qeyd edilib ki, zəlzələ yerin 6,97 kilometr dərinliyində baş verib

19.04.2024 260
.

Rusiyada təyyarə qəzaya düşdü - VİDEO

"Tu-22M3" strateji təyyarəsi cümə günü səhər Rusiyanın Stavropol vilayətinin cənubunda qəzaya uğrayıb. BİG.AZ xəbər verir ki, bu barədə "İnterfaks" informasiya agentliyi Rusiya müdafiə nazirliyinə istinadən məlumat yayıb. "Stavropol vilayətində döyüş tapşırığını başa vurduqda

19.04.2024 128
.

Bakıda 29 dərəcə isti olacaq

Aprelin 20-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 isti

19.04.2024 202
.

Millət vəkilləri arasında gərgin anlar yaşandı - VİDEO

Milli Məclisin aprelin 19-da keçirilən iclasında deputat Qüdrət Həsənquliyev Hesablama Palatasının açıqladığı rəqəmlərin ölkədə maliyyə intizamı ilə bağlı vəziyyətin acınacaqlı olduğunu göstərdiyini deyib. Milli Məclisin iqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə bu fikirlərl

19.04.2024 0
.

Azərbaycan və Ermənistan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaq

Ermənistan-Azərbaycan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsi əsas götürüləcək. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədini

19.04.2024 162
.

Azərbaycanda sayt rəhbəri həbs olundu

"Məclis.info" saytının rəhbəri İmran Əliyev həbs edilib. "Qafqazinfo"nun məlumatına görə, Xətai Rayon Məhkəməsi belə qərar qəbul edib. Qərara əsasən İ. Əliyev haqda iki ay bir günlük həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, sayt rəhbəri ötən gün hava limanında saxlanılıb. On

19.04.2024 0