Azərbaycan səhiyyəsində daha bir BİABIRÇILIQ! Sağlam uşağı öldürdülər

Azərbaycan səhiyyəsində daha bir BİABIRÇILIQ! Sağlam uşağı öldürdülərBakıda bir ailə milli.az-a müraciət edərək "Baku Medical Plaza"nın fəaliyyətindən şikayət edib. Ailə hesab edir ki, məhz bu kilinikanın əməkdaşlarının səhlənkarlığı nəticəsində onların orada yenicə dünyaya göz açmış qız uşağı dünyasını dəyişib.

Körpənin anası Ü.Y. (özünün xahişi ilə adını və soyadını ictimailəşdirmirik - red.) deyir ki, uşaq qüsursuz doğulmasına baxmayaraq, 2 gün sonra tələf olub. Məsələ ilə bağlı artıq hüquq-mühafizə orqanlarına da şikayət etdiklərini deyən ana baş verən hadisədən sonra hazırda şokda olduğunu bildirir:

Azərbaycan səhiyyəsində daha bir BİABIRÇILIQ! Sağlam uşağı öldürdülər"İyulun 19-u "Baku Medical Plaza"nın Mərkəzi filialında qeyseriyyə əməliyyatı ilə ikinci övladım dünyaya gəldi. SapSağlam usaq idi. Hamiləlik vaxtı bütün müayinələrdə hər şey qaydasında olub. Doğulandan sonra da yoxlayıblar, hər şey qaydasında olub. Ən xırda problemi belə olmayıb. Amma doğulandan 2 gün sonra, yəni iyulun 21-i gecə uşağın vəziyyəti birdən pisləşib, ürəyi dayanıb. Birinci sual budur ki, bu uşaq birdən-birə niyə bu vəziyyətə düşüb, orada uşağa nə ediblər? İkincisi, niyə uşağa vaxtında köməklik göstərməyiblər? Niyə ürəyi dayanandan sonra həkim çağırıblar, mənə xəbər veriblər? Uşağın nə problemi ola bilərdi axı?

Problemi var idisə, əvvəldən aşkar etməli, aradan qaldırmaq üçün tədbir görməli idilər. Mən belə başa düşdüm ki, usağı xilas etmək üçün avadanlıqları da zəif idi. Çünki deyirdilər ki, uşaq bir az düzəlsə, başqa xəstəxanaya aparacağıq. Uşağı qoymaq üçün xüsusi aparatları belə yox idi, başqa xəstəxanadan gətizdirdilər. Bunlar hamısı oranın necə zəif bir yer olduğunu göstərir. Özləri ölümün konkret bir səbəbini deyə bilmədilər. Biz ekspertizaya göndərmişik.

Prokurorluğa şikayət vermişik. Nəticəni gözləyirik. Məsələni sonuna kimi araşdıracağıq. Baş verənlər mənə çox pis təsir elədi. Özümə gələ bilmirəm. Onların ifşa olunmağını istəyirəm. Sağlam uşaq öldü. Qoy bundan sonra insanlar xəstəxana seçimində diqqətli olsunlar. Bizim kimi ürəkləri yanmasın. Bəlkə də mənim başıma gələn hadisə orada baş verən ilk belə hal deyil. İnsan həyatı onlar üçün bu qədərmi əhəmiyyətsizdir?!"

Körpənin atası E.H. isə əmindir ki, baş verən hadisədə birbaşa klinika günahkardır:

"İyulun 20-dən 21-nə keçən gecə 2 günlük sağlam övladım "Baku Medical Plaza"da öldü. Hər şey normal getdiyi halda gecə zəng elədilər ki, uşağın ürəyi dayanıb, təcili gəlin. Xəstəxanada dedilər ki, növbətçi həkimin səhlənkarlığı, məsuliyyətsizliyi ucbatından olub. Bizə deyirlər ki, bir xətadır olub da. Necə yəni bir xətadır, olub?! Bu, insandır e. Biz sizə insan həyatını etibar eləmişik. Bunlar üçün ölüm çox adiləşib. Əgər uşaq xəstə doğulsaydı, nəsə qüsuru olsaydı, o başqa. Amma "Medical Plaza"da sağlam uşağı öldürdülər. Deyilənə görə, orada belə hallar çox olur. Amma hansısa bir vasitə ilə ört-basdır eləyirlər ki, söhbət kənara çıxmasın. Uşaq cəmi 2 günlük olmasına baxmayaraq, ona ad da qoymuşduq - Nilufər. İndi bizim halımızı təsəvvür etmək çətin deyil. Mən yenə birtəhər keçinirəm, amma anası, ümumiyyətlə, bərbad haldadır..."

Baş vermiş hadisə ilə bağlı "Baku Medical Plaza"nın da mövqeyini öyrənməyə çalışdıq. Klinikadan, həqiqətən də, belə bir hadisənin baş verdiyini təsdiq etdilər.

Klinikanın baş həkiminin müavini Lalə Şəkərova bildirdi ki, hələlik dəqiq heç nə deyə bilməzlər:

"Çünki araşdırma üçün ekspertizaya vermişik. Uşaq doğulanda onda hər hansı patoloji hal və ya qüsur müşahidə edilməyib. Amma hazırda ekspertizanın cavabını gözləyirik. Bizim özümüzə də maraqlıdır ki, görək ölümün səbəbi nədir. Çünki klinika tərəfdən hər hansı qüsur olmayıb. Bizdə avadanlıqlar köhnə deyil, təptəzədir. İşçilər tərəfindən də hər hansı səhlənkarlıq ola bilməzdi. Bu hadisə qəfildən olan bir şeydir. Ona görə də biz də ekspertizanın cavabını gözləyirik. Hazırda məsələ prokurorluğun nəzarətindədir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 17199   Tarix: 26 iyul 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kamran Həsənlidən qalmaqallı açıqlama: "Yaxşı verilişlərin aparıcılarının saxlayanı var"

"Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən sənətkar kimi bəh-bəhlə xalqa sırınır". Bu sözləri tanınmış aparıcı Kamran Həsənli -a açıqlamasında deyib. O, bəzi aparıcılar barədə sərt iradlar səsləndirib:. "Onla

18.04.2024 1568
.

"Google" İsrailə görə 28 əməkdaşını işdən çıxardı

"Google" İsrail hakimiyyəti ilə müqaviləsinə etiraz edən 28 əməkdaşını işdən çıxarıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb. Bildirilib ki, etiraz aksiyaları şirkətin Nyu-York və Kaliforniyanın Sanniveyl şəhərindəki ofislərində keçirilib

18.04.2024 366
.

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Hindistanın "InterGlobe" şirkəti ABŞ-nin "Archer Aviation" şirkəti ilə birgə 2026-cı ildə ölkədə ilk hava taksisini istifadəyə verməyi planlaşdırır. "InterGlobe" Hindistanın ən böyük aviaşirkətlərindən biri olan "IndiGo"ya sahibdir və "Archer Aviation"

19.04.2024 253
.

Türkiyədə 5,7 bal gücündə zəlzələdən sonra ÜRƏKAĞRIDAN GÖRÜNTÜLƏR

Türkiyənin Tokat vilayətində baş verən zəlzələlərin vurduğu ziyanlar görüntülənib. "Haber Global"a istinadən xəbər verir ki, zəlzələnin episentri olan Sulusaray rayonu dron ilə havadan çəkilib. Görüntülərdə zəlzələnin vurduğu ziyanın miqyası əks olunub. Həmçinin zəlzələnin baş verdiyi bölgələrd

19.04.2024 954
.

"Ata və ananın sosial şəbəkədə çox vaxt keçirmələri uşaqlara qarşı diqqətin azalmasına səbəb olur" - Psixoloq

Hər il universitetə qəbul imtahanından sonra uğurlu nəticə göstərməyən abituriyentlərin intiharının şahidi oluruq. Bir çox hallarda onların intiharına səbəb valideyn təzyiqi olur. Mövzu ilə bağlı -a danışan psixoloq Ramidə Oqtayqızı bildirib ki, uşaqlara sevgi, qayğı göstərmək, onlarla ünsiyyət qurma

19.04.2024 278
.

"Azərsun Holdinq" və "Hayat Kimya" uşaq evlərində sosial layihə həyata keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə "Azərsun Holdinq" və "Hayat Kimya" birgə sosial aksiya həyata keçirib. Aksiya çərçivəsində Bakı şəhəri və Abşeron rayonunda yerləşən körpələr evi, əlilliyi olan uşaqlar evi, həmçini

19.04.2024 246
.

Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. BİG.AZ report-a istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikd

19.04.2024 910
.

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib. APA xəbər verir ki, iclasda Azərbaycanı komissiyanın həmsədri Şahin Mustafayev, Ermənistanı isə Mqer Qriqoryan təmsil edib

19.04.2024 185
.

"Efirlərə çıxıb özlərinə kişi axtarırlar"

"İşsiz deyiləm. Hazırda iki böyük şirkətin ictimaiyyətlə əlaqələr şöbəsində çalışıram. Aparıcı olaraq efirlərdən uzaqlaşmışam. Mütəmadi olaraq məni verilişlərə qonaq çağırırlar və ekspert kimi iştirak edirəm. Diqqətimi daha çox sosial mediaya yönləndirmişəm. Buna rəğmən televiziyada baş verənlər

19.04.2024 553