Kişilərin bu sözləri eşitmək üçün ürəyi gedir

Kişilərin bu sözləri eşitmək üçün ürəyi gedirXoşbəxt sevgi yaşamaq üçün bu sözləri sevgilinizə də söyləyin. Sevgilinizlə münasibətlərinizə təkcə öz nöqteyi-nəzərnizdən baxmayın, özünüzü onun yerinə qoyub qərar verin. "Sevdiyim insandan bu sözləri eşitmək istəyirəm", deyərək xoşbəxt olmaq mümkün deyil. Çünki kişilər də ən az qadınlar qədər yaxşı sözlər eşitməkdən zövq alırlar. Adi xoş söz belə qadınlarda olduğu kimi kişiləri də gün boyu özünü yaxşı hiss etməsinə səbəb ola bilər. Bu da təbii ki, sevginin güclənməsinə yardım edir.

"Çox yaraşıqlısan" – Kişilərin eqolarının şişirdilməsindən xoşları gəlir. Belə bir tərif eşitmələri sizin xoşunuza gəlməyi bacardıqlarını təsdiq edir. Xoş söz incikliyi və küskünlüyü də aradan qaldırmağa qadirdir.

"Təşəkkür edirəm" – Kiçik təşəkkür hər şeyi dəyişdirir. Sizin üçün iş gördüyü, ya da kömək etdiyi zaman bir təşəkkürü ona çox görməyin. Hətta təşəkkürünüzü onu sevindirə biləcək dərəcədə söyləyin. Sizə bir fincan qəhvə gətirdiyi, sizin üçün qapı açdığı zaman və.s işlərdə onun zəhmətini qiymətləndirin. Bir şeyi yaxşı gördükdə və qarşılığında "təşəkkür"lə mükafatlandırıldığı zaman eyni hərəkəti yenə təkrar edəcək.

"Sənə güvənirəm" – Hər şeyi öz nəzarətinizdə saxlamaqdan vaz keçsəniz, yaxşı olar. Bəzi işləri həyat yoldaşınızın ixtiyarına buraxın. Nəticə o qədər də mükəmməl olmaya bilər, amma ən azı cəhd etdiyini görüb qiymətləndirərsəniz. Sizin ona güvəndiyinizi hiss etməyə ehtiyacı və haqqı var. Güvənin sevgini gücləndirdiyini unutmayın. Kişilər qarşılıqlı olaraq güvənə və inana biləcəyi qadını daha çox sevir.

"Sənin yanındayam" – Başına nə gələrsə, hər zaman yanında olacağınızı hiss etdirmək ona olan bağlılığınızı göstərir. Dünya ona qarşı olsa belə, sevdiyi qadının ona inandığı və güvəndiyini bilmək hər bir kişini xoşbəxt edir. Ona necə dəyər verdiyinizi hər fürsətdə göstərin.

"Dinləyirəm" – Kişilər qadınlardan fərqli olaraq problemləri olduğu və sıxıldıqları zaman danışrlar. Bu halda onun yaxasından yapışıb danışdırmağa çalışmaq yerinə onun üçün orada olduğunuzu, onun istədiyi vaxt dinləməyə hazır olduğunuzu bilməsini təmin edin. Bir-birini dinləyə bilən cütlüklər həm daha xoşbəxt, həm də depressiya riski daha aşağı olur.

"Sabahın xeyir, əzizim! Gəl səni öpüm... " – Bu sözləri eyni ilə deməsəniz də, olar. Amma bunu istədiyinizi sevgilinizə göstərməlisiniz. Səhər yuxudan qalxandan xoş sözlər eşitməkdən, sevgi və qayğıdan hansı kişi imtina edər ki? Həm də gecə cinsəl əlaqədə olmaq istədiyinizi bu şəkildə bildirə bilərsiniz. Niyyətinizi özü başa düşəcək.

"Üzr istəyirəm" – İki insan arasında həmişə hər şey qaydasında olmur. Hərdən mübahisələr də ola bilər. Hətta "Çəkişməsən, bərkiməzsən" deyirlər. Yəni, mübahisələr sevginin duzu-istiotudur. Belə hallarda otaqdan çıxın və dərin nəfəs alın. Geri qayındanda isə üzr istəmək ən yaxşı çıxış yoludur. Mübahisəyə səbəb olan mövzunu uzadıb, mübahisəni böyütməyin. Mübahisənin böyümsəninin qarşını almaq üçün üzr istəmək ən yaxşısıdır. Qadınların çox emosional olduğunu nəzərə alsaq, özünüzü bəzən saxlaya bilmərsiniz. Ancaq sakitləşəndən sonra mədəni şəkildə üzr istəməyi bilməlisiniz. Təbii ki, eyni hal qarşı tərəf üçün də keçərlidir. Beləcə aranızdakı hörməti itirməmiş olarsınız.

"Dostların çox əyləncəlidir" – Həyat yoldaşınızın dostları ilə vaxt keçirməkdənsə, evdə oturub seriala baxmağı üstün tuta bilərsiniz. Amma unutmayın ki, ərinizin dostları siz onun həyatında olmazdan əvvəl var idi və onu hər şeyi ilə qəbul etməlisiniz. Həyat yoldaşınızın sosial çevrəsinə daxil olaraq onu başqalarının gözü ilə görə bilər və niyə onunla birlikdə olduğunuzu bir daha xatırlaya bilərsiniz.

"Əzələlərin çox böyüyüb" – Həyat yoldaşınız idman salonuna gedir və güzgüdən gözünü çəkə bilmir? Amma hələki nəzərə çarpacaq dərəcədə dəyişilik yoxdur. Bu halda nə etməlisiniz? Təbii ki, ağ yalana əl atmalısınız. "Çox güclü görünürsən" deyərək, onu idman etməyə həvəsləndirməlisiniz. Çünki onun sağlamlığının qeydinə qaldığını və daha yaxşı görünməsini istədiyinizi bəlli etmiş olursunuz.

"Çox dadlı idi" – Bütün kişilər qadınlar tərəfindən dəstəklənməyə və cəsarətləndirməyə ehtiyac duyurlar. Hətta yemək hazırlamaqda da... Hazırladığı yemək çox dadlı olmasa da, ona zəhmətindən dolayı dəyər verin. Əgər hazırladığı yeməyin çox pis olduğunuz desəniz, bir daha yemək hazırlamaq istəməyəcək.

"Səninlə qürur duyuram" – Kişilər yaxşı iş gördüklərindən əmin olmaq istəyirlər. Özünüz bilirsiniz ki, performans kişilər üçün çox əhəmiyyətlidir. Onunla qürur duyduğunuzu ifadə etməkdən çəkinməyin.

"Bred Pitdən daha yaraşıqlısan" – Ağ yalandan heç kimə zərər gəlməz... Onun özünün yaxşı hiss etməsi üçün nə qədər yaraşıqlı olduğunu deməlisiniz. Hətta Bred Pitlə müqayisə bahasına olsa belə... Sizin gözünüzə hər kəs tərəfindən yaraşıqlı qəbul edilən birindən belə daha yaraşıqlı göründüyünü söyləyərək onu sevindirə bilərsiniz.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 12839   Tarix: 26 iyul 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

96 il əvvəlki avtomobil modeli yenidən istehsal olundu

"Bentley" tarixindəki ən uğurlu yarış avtomobili olan "Speed Six"i yenidən təqdim edib. xarici mediaya istinadla bildirir ki, "Speed Six" 1928-ci ildə yaradılıb, lakin istehsal xəttindən yalnız 1930-cu ildə çıxıb. "Bentley" məhdud sayda 12 yarış avtomobili buraxacaq

23.03.2024 374
.

Balıq niyə limonla yeyilməlidir? Beş əsas SƏBƏB

Restoranlarda balıq və dəniz məhsulları yeməkləri bir səbəbə görə limonla verilir. xarici KİV-ə istinadən bildirir ki, aşpaz Yuliya Arxipova balıq yeməklərinin nəyə görə limonla yeyilməsinin səbəbini açıqlayıb. Birincisi, gözəldir. Balıq yeməklərini bəzəmək üçün göyərti, bibər, pomidor da istifadə ed

24.03.2024 725
.

Həyatın necə başladığı məlum oldu: Tarixi kəşf...

Telefonlar, binalar və hətta insanlarsız bir dünya təsəvvür etmək bizim üçün çətindir, amma bir zamanlar dünya sadəcə maqmanın odlu şorbası idi. xarici KİV-ə istinadən xəbər verir ki, planetin soyumağa başlaması və maye su okeanlarının əmələ gəlməsi üçün bir neçə yüz milyon il lazım idi; Sonra, fotosinteti

10.03.2024 796
.

"Windows 11"də "Android" proqramlarını yükləmək mümkün olmayacaq

"Microsoft" şirkəti "Windows 11" üçün "Subsystem for Android" sisteminə rəsmi dəstəyin dayandırılacağını elan edib. Bildirilib ki, dəstək bir ildən sonra dayandırılacaq. "Gələn il martın beşindən sonra əməliyyat sistemi tərtibatçıları "Windows 11"də mobi

10.03.2024 398
.

"X" televizorlar üçün "YouTube"un analoqunu işə salacaq

İlon Maska məxsus "X" sosial şəbəkəsi "YouTube"la rəqabət aparmaq üçün "Smart TV"ni dəstəkləyən "Amazon" və "Samsung" televizorları üçün proqram təqdim edəcək. Məlumata görə, təqdimat gələn həftəyə planlaşdırılıb, yeni platformanın interfeysi televizorlar

10.03.2024 318
.

30 ildir mağazaları qarət edən qadın hamını ŞOKA SALDI

Almaniyanın Dessau şəhərində 30 ildir mağazaları qarət edən Qriet V. adlı qadın saxlanılıb. Təxminlərə görə o, o qədər mal oğurlayıb ki, hətta evinin zirzəmisini də doldurub. xarici mediaya istinadla bildirir ki, Qrit V.-nın 1700 qutu, çanta və kisələrdə saxlanılan əşyalar və oğurlandığı malların ümum

24.03.2024 390
.

Azyaşlı uşaqları olan anaların hansı güzəşt hüquqları var?

Əmək Məcəlləsinin 37-ci fəsli qadınların əmək hüququ və onun həyata keçirilməsində təminatları müəyyən edir. Hamilə və ya üç yaşına çatmamış uşağın olması səbəbinə görə qadınla əmək müqaviləsinin bağlanmasından imtina etmək yolverilməzdir. Hamilə, 14 yaşınadək uşağı olan, həmçinin 18 yaşınadək əlilliy

10.03.2024 526
.

Reabilitoloq qocalmanı ləngitməyin sadə və təsirli yollarından danışdı

Yaşlanma əlamətlərini gecikdirmək və orqanizmi uzun müddət cavan saxlamaq üçün daimi olaraq fiziki aktivliyi qoruyub saxlamaq da daxil olmaqla sağlam həyat tərzinin sadə qaydalarına riayət etmək kifayətdir. Bu barədə rusiyalı reabilitoloq Matvey Odintsev məlumat verib. "Sağlamlığın qorunmasınd

16.03.2024 311
.

Tarixçidən maraqlı faktlar: "Şəxs öldürülsə də, papağı ailəsinə çatdırılırdı" - VİDEO

Baku TV-də yayımlanan "Aydın tarix" verilişinin yeni buraxılışında papaqlardan bəhs olunub. Qeyd olunub ki, dünya mədəniyyəti panteonuna orijinal milli-mənəvi və maddi dəyərlər bəxş etmiş türk xalqları papağa daim böyük önəm verib, kişili-qadınlı müxtəlif papaq növlərindən istifadə ediblər

24.03.2024 273