Dönər yeyənlərə CİDDİ XƏBƏRDARLIQ

Dönər yeyənlərə CİDDİ XƏBƏRDARLIQ"Azərbaycanda fəaliyyət göstərən dönərxanaların sanitar-texniki, gigiyenik vəziyyətindən razı deyilik".

BiG.AZ xəbər verir ki, bunu report-a açıqlamasında Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin qida gigiyenası şöbəsinin müdiri İmran Abdullayev deyib.

O bildirib ki, sahibkarların fəaliyyəti ilə bağlı yoxlamalar dayandırılsa da, müşahidələr dönərxanalarda natəmizliyin hökm sürdüyünü göstərir:

"Əsasən də yol kənarlarında fəaliyyət göstərən dönərxanaların vəziyyəti qənaətbəxş deyil. Hazırda Bakı şəhərində 1000-ə yaxın dönərxana fəaliyyət göstərir. Yoxlamaların dayandırılmasından sonra dönərxanaların sayı artıb. Bu məsələdə əhali də diqqətli, tələbkar olmalıdır.

Təklif və tələb olanda artıq üçüncü tərəf kənarda qalır. Əhali, xüsusilə də gənclər dönərdən çox istifadə edirlər. Hazırda toyuq ətindən dönər hazırlayanların sayı artıb. Əslində, hər iki ətdən hazırlanan dönərdə problem ola bilər. Toyuq dönərində infeksiya, mal ətindən hazırlanan dönərdə mənşə problemi ortaya çıxa bilər".

İ.Abdullayev at ətindən dönər hazırlanması probleminə də toxunub. O bildirib ki, at ətinin satışının qarşısını almaq üçün bu məsələ qanunvericilikdə əksini tapmalıdır:

"Qanunvericilikdə dəyişiklik olmalıdır. Qanunda at əti satan şəxsləri konkret hansı cəzanın gözlədiyi göstərilməlidir. Belə olarsa, həmin insanlar bu addımı atmaqdan çəkinərlər. Əks təqdirdə, cüzi cərimə ödəməklə bu qanunsuz əməllərini davam etdirəcəklər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1886   Tarix: 26 iyul 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış - YENİLƏNİB

İntihar etmiş sabiq baş pediatrı, Tibb elmləri doktoru, 73 yaşlı professor Nəsib Quliyev hadisədən əvvəl məktub yazıbmış. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, keçmiş baş pediatr məktubda intihar etməsinin səbəbini yazıb. Məktub istintaq orqanı tərəfindən götürülüb. 14:20. Respublikanı

14:42 971
.

Günəşdə nadir HADİSƏ yaşanıb - 25 - 26-sı ilə bağlı CİDDİ XƏBƏRDARLIQ

Ötən gün Günəşdə nadir rast gəlinən hadisə - eyni vaxtda dörd partlayış baş verib. -a istinadən xəbər verir ki, partlayışlar nəticəsində plazma tullantıları Yerə çataraq geomaqnit qasırğasına səbəb ola bilər. Günəş alovları Günəşin səthində güclü elektromaqnit şüalanmasına səbəb olan partlayışlardır

14:05 347
.

"Oğluma Ali Baş Komandanın adını verəcəyik" - Fotolar

Xəbər verdiyimiz kimi, bu gün işğaldan azad edilmiş Xankəndidə ilk körpə dünyaya gəlib. "Qafqazinfo" xəbər verir ki, Səadət Namazlı və Abbas Abdullayevin ilk övladı olan körpə Xankəndi şəhərindəki tibb müəssisəsində doğulub. Körpənin atası saytımıza açıqlamasında bildirib ki, onların oğla

23.04.2024 1131
.

Peruda ilk dəfə xəstəliyi olan şəxs evtanaziya edilib

Cənubi Amerika ölkəsi Peruda ölkə tarixində ilk dəfə degenerativ xəstəliyi olan şəxs evtanaziya edilib. xəbər verir ki, 12 yaşından bəri polimiyozitdən (əzələ ağrısı) əziyyət çəkən və müalicəsi mümkün olmayan 47 yaşlı Ana Estradanın evtanaziya tələbi Peru Məhkəməsi tərəfindən qəbul edilib. Hakim Josefin

23.04.2024 542
.

Azərbaycanda bu məhsul ucuzlaşdı

Şəmkir rayonunda xiyarın topdansatış qiyməti kəskin azalıb. -a istinadən xəbər verir ki, məhsulun hazırda sortundan asılı olaraq topdansatış bir kiloqramının qiyməti 0,7-0,9 manat arasında dəyişir. Bu tərəvəzin 10 kiloqramlıq kisəsi topdansatış 7-9 manata təklif olunur. Bakıda isə supermarketlərdə xiyarı

23.04.2024 728
.

Prezidentin xüsusi nümayəndəliyindən Xankəndinin ilk körpəsi ilə bağlı paylaşım

Xəbər verdiyimiz kimi, antiterror tədbirləri nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə ilk körpə dünyaya gəlib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Xankəndi, Ağdərə, Xocalıda prezidentin xüsusi nümayəndəliyi də məlumat yayıb. "Xankəndi şəhərində çalışan Azərbaycan Dövlət Su Ehtiyatlar

23.04.2024 910
.

Nigeriyada silahlı hücum nəticəsində 15 nəfər ölüb

Nigeriyanın Katsina əyalətində silahlı hücum nəticəsində 15 nəfər ölüb. xəbər verir ki, silahlı şəxslər Katsina əyalətinin Kankaridə hücum həyata keçirib. Hücumda 15 nəfər həyatını itirib, çoxu qadın olmaqla çoxlu adam qaçırılıb. Nigeriya son zamanlar ölkənin müxtəlif bölgələrində silahlı dəstələr, həmçini

23.04.2024 209
.

Qətər Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası razılaşmasını alqışlayır

Qətər Azərbaycan və Ermənistanın sərhədlərin demarkasiyası ilə bağlı əldə etdiyi razılaşmanı alqışlayıb. xəbər verir ki , Qətər Xarici İşlər Nazirliyinin bəyanatını Qətər Milli Xəbər Agentliyi yayıb. Açıqlamaya görə, Qətər ilkin razılaşmanın iki tərəf arasında həll olunmamış məsələlərin dialoq və sül

23.04.2024 255
.

Ukrayna: "Rusiya PUA və raketlərlə Kiyev və 3 bölgəyə hücum edib"

Rusiya Ukraynanın paytaxtı Kiyevə, həmçinin Mikolayiv, Odessa və Çerkassı bölgələrinə pilotsuz uçuş aparatları və ballistik raketlərlə hücum edib. xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığından verilən açıqlamada Rusiyanın bu gecə 2 ədəd "İskəndər-M" ballistik raketi və 16 ədə

23.04.2024 279