Azərbaycanda taksilərlə bağlı DƏYİŞİKLİK

Azərbaycanda taksilərlə bağlı DƏYİŞİKLİKBakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən Bakının Vahid Nəqliyyat Konsepsiyası hazırlanır. Yeni konsepsiya ilə paytaxtın inzibati ərazisində nəqliyyat infrastrukturunda, o cümlədən taksi xidmətində köklü dəyişikliklər nəzərdə tutulub.

BiG.AZ xəbər verir ki, bu haqda modern.az saytına BNA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova məlumat verib.

Taksilər üçün standartlar...

O qeyd edib ki, indiyədək taksi fəaliyyəti göstərən fərdi sahibkarlar da standartlara uyğunlaşdırılacaq:
"İndiyədək avtobuslarla bağlı müəyyən qaydalar var idi. Amma taksi xidməti yeganə sahədir ki, fiziki şəxslər, fərdi sahibkarlar tərəfindən idarə olunur. Hazırda Bakı şəhərinin inzibati ərazisində taksi xidməti göstərən şirkətlər var. Amma fərdi sahibkarların taksiləri onlardan daha çoxdur.
Məsələ burasındadır ki, indiyədək fərdi sahibkarlar tərəfindən idarə edilən taksilərin kvotaları, gəlirləri, sərnişin axını müəyyən edilməyib.
Hazırlanan konsepsiyada bu axın müəyyən olunacaq. Taksi fəaliyyəti ilə məşğul olanlara fərqlənmə nişanı veriləcək. Bildiyiniz kimi, fərqlənmə nişanın verilməsi Agentlik tərəfindən həyata keçirilir. Buna uyğun olaraq taksilər standarta uyğunlaşdırılacaq".
İlkin mərhələdə Bakıda nə qədər taksiyə ehtiyac olduğu müəyyənləşdiriləcək. Taksilər avro -16 standartına cavab verməlidir, onlar üçün kvotalar müəyyən olunacaq".

Taksilərdə kameralar quraşdırılacaq

N.Allahyarova daha bir yenilik barədə məlumat verib. O bildirib ki, sürücülər Agentlik tərəfindən hazırlanan vahid geyimlə təmin olunacaqlar:
"İlkin olaraq avtobuslarda, ikinci mərhələdə taksilərdə nağdsız ödəmə sisteminə keçid nəzərdə tutulub. Bunun nəticəsində sərnişin kart sistemilə də ödənişini həyata keçirə biləcək.
Həmçinin taksilərdə ödəmələrin standartı müəyyən olunacaq. Sürücü gediş üçün istədiyi məbləği qoya bilməyəcək.
Konsepsiyaya uyğun olaraq həm sürücünün, həm də sərnişinin təhlükəsizliyi üçün taksi daxilində kameralar quraşdırılacaq".

Taksilər avtobus dayanacağına girə bilməyəcək

Agentlik rəsmisi deyib ki, bu gün ən böyük problem dayanacaqlarla bağlıdır:
"Bu gün avtobuslar ikinci xətdə dayanır, qəzalı vəziyyət yaradır və sərnişin düşürürlər. Amma bu problemin qaynağı avtobus sürücüsü deyil. Hamımız bilirik ki, taksilər dayanacaqları zəbt ediblər. Tezliklə bu məsələdə də aradan qaldırılacaq. Bakı şəhərinin inzibati ərazisində taksi dayanacaqları fəaliyyətə başlayacaq. Yəni, bu dayanacaqlar istifadəyə veriləndə taksilər öz dayanacaqlarında fəaliyyət göstərəcəklər. Avtobus dayanacaqlarına taksilərin girişi qadağan olunacaq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1568   Tarix: 25 iyul 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"31 Mart soyqırımı hadisəsi təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində ən qanlı faciələrdən biridir"

"Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılalara qarşı həyata keçirdiyi soyqırımından 106 il ötür. Son iki əsrdə ermənilər Azərbaycan xalqına qarşı misli görünməmiş etnik təmizləmə və soyqırımı siyasəti həyata keçirmişlər. Bu siyasət nəticəsində xalqımız ağır məhrumiyyətlərə v

12:40 169
.

Rusiyada terror aktı nəticəsində ölənlərin sayı 144 nəfərə çatıb

Rusiyanın paytaxtı Moskvada törədilən terror aktı nəticəsində ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 144 nəfərə çatıb. Rusiyanın səhiyyə naziri Mixail Muraşko Moskvada müxbirlərə bildirib ki, martın 22-də "Crocus City Hall" konsert zalında baş vermiş terror aktı nəticəsind

16:40 77
.

Bakının bu hissəsində marşrut avtobusları üçün yenilik - Foto

Bu gündən 12 müntəzəm marşrut xətti üzrə 181 avtobus "Gənclik" metrostansiyasının yanında yaradılan yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb. Belə ki, qurum tərəfindən əhaliyə keyfiyyətli ictimai nəqliyya

16:02 172
.

Azərbaycanda bu qadınlar pensiyaya tez çıxa biləcək

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq. BİG.AZ xəbər verir ki, bu barədə məsələ Milli Məclisi

14:22 411
.

Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO

Bakı şəhəri 279 nömrəli tam orta məktəbin məzunu Qəndab Məmmədova Harvard Universitetinə qəbul olunub. Bu barədə təhsil müəssisəsi öz sosial şəbəkə hesabında məlumat yayıb. Q.Məmmədovanın 2022-23-cü tədris ilində məktəbin məzunu olduğu bildirilir. Qeyd edək ki, Q.Məmmədova daha əvvəl bir sıra nüfuzl

13:09 305
.

Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən hadisə ilə bağlı RƏSMİ CAVAB - FOTO/VİDEO

Aparıcı Şəbnəm Naibli evinin yandırıldığını iddia edib. -in məlumatına görə aparıcı, sosial şəbəkədə video yayımlayaraq hadisənin qəsdən törədildiyini və kiminsə bununla ona gözdağı vermək istədiyini qeyd edib. Hadisənin 5 gün əvvəl yaşandığı vurğulanıb:. "Martın 24-də evim yandırıldı. Hansı ki

13:03 562
.

Hacı Nuran Meray Kerini təbrik etdi

Aparıcı Hacı Nuran Hüseynov dünyaca məşhur müğənni Meray Keri ilə fotolarını paylaşıb. OLAY yazır ki, o, sənətçinin doğum günü olduğunu qeyd edib. Həmin fotolar isə illər əvvəl çəkilib

16:15 208
.

Azərbaycanda ana 16 yaşlı qızına işgəncə verib - VİDEO

Azərbaycanda 16 yaşlı qız anası tərəfindən vəhşicəsinə döyülüb. xəbər verir ki, bu barədə ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə çıxan və anası tərəfindən döyülən Aytacın babası bildirib. Babası bildirib ki, nəvəm anası tərəfindən işgəncələrə məruz qalıb. Aparıcı Aytacı

13:35 322
.

Prezident Erdoğanla yaşlı qadının səmimi söhbəti- VİDEO

Türkiyə Prezidenti Erdoğan Diyarbakırdakı mitinqdən sonra onu gözləyən yaşlı bir qadın ilə söhbət edib. BİG.az xəbər verir ki, görüntülər sosial şəbəkələrdə paylaşılıb. Həmin videonu təqdim edirik:

16:20 71