Masazırda əhali TƏŞVİŞ İÇİNDƏ! Yeni tikilən binalar çökür

Masazırda əhali TƏŞVİŞ İÇİNDƏ! Yeni tikilən binalar çökür"Hara gediriksə, deyirlər, "ağlınız olaydı, ordan ev almayaydınız". Axı burdan ev alanların heç də hamısı bənna, mühəndis, rəngsaz, mütəxəssis deyil ki, aldığı evin divarlarının qısa müddətdən sonra çat verəcəyini əvvəldən bilsin. Sonuncu qəpiyimizə qədər xərcləyib ev alıb, təmir edib içərisinə girmişik. İndi binaların ayıbları üzə çıxmağa başlayıb".

BiG.AZ xəbər verir ki, Toğrul Məcidov 3 il əvvəl Masazırdakı "Yeni Bakı" yaşayış kompleksindən mənzil alıb. Deyir, indi binanın divarlarındakı çatları görüb qorxuya düşüb.

"Sonradan bilmişəm ki, buranın yeri əvvəllər göl olub, binaların çökmə təhlükəsi var. Evi sata bilmirəm. Gələn müştəri binalardakı çatı görüb geri qayıdır".

Bina sakini Sabir Kazımov:

"Ötən həftə Fövqəladə Hallar Nazirliyinin nümayəndələri gəldi, binalara baxış keçirdilər. Şifahi şəkildə bildirdilər ki, şəhərcikdəki 1-ci və 2-ci "P" şəkilli binaların, eləcə də bu binalarla üzbəüz səkkiz təkbloklu binanın Nazirlikdən istismara qəbul aktı var. Biz bunu ilk dəfə onlardan eşidirdik. Həm də şifahi... Tələb edirik ki, "Yeni Bakı"da istismara qəbul aktı olan binaların sayını və nömrələrini bizə yazılı şəkildə bildirsinlər. Həmin binaların sakinləri kimi həmin aktların bir nüsxəsi də bizdə olmalıdır. Əslində məqsəd bəllidir, biz binaların keyfiyyətsizliyindən məhkəməyə müraciət edəndə həmin aktları da məhkəməyə təqdim edə bilərik və FHN çıxılmaz durumda qalar. Ona görə də "istismara qəbul aktı var" deyib ötməklə kifayətlənirlər".

"SANKİ HƏBSXANADIR"

"Yeni Bakı" yaşayış kompleksini "İlin Dörd Fəsli" MMC inşa edib. Sakinlər deyirlər, MMC ilə əvvəl işıq, sonra mənzillərə "Çıxarış" davasına çıxıblar. Bu davalar bitməmiş binalar çat verməyə başlayıb. Ancaq bunlar bir tərəfə, Sabir Kazımovun deməsinə görə, binanı inşa etmiş MMC-nin əməkdaşları sakinlərlə, az qala, həbsxana işçisi kimi davranırlar:

"Çıxarış vermirlər ki, sakinlər mənzillərə olan mülkiyyət hüquqlarını Daşınmaz Əmlakın Dövlət Reyestrdində qeydiyyata aldıra bilsinlər. Özünü "İlin dörd fəsli" MMC-nin təmsilcisi kimi təqdim edən şəxs ortalığa mühafizəçi və işçilərini buraxıb, girirlər binalara, kommunal pulu, su, işıq pulu tələb edirlər, ödəməyənlərin işığını kəsir, sayğaçlarını qoparıb tullayırlar. Binanın liftini qəsdən xarab edirlər ki, sakinlər istifadə edə bilməsinlər. Binanın qanuni idarəedilməsini həyata keçirən "Abşeron-1" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin lövhəsini binanın divarından söküb atırlar. Görün, nə dərəcədə özbaşınalıqdır ki, binanın girişinə qapı və domafon qoymağımıza da fiziki güc tətbiq etməklə imkan vermirlər. Sakinlərlə əl-qolu bağlı dustaq kimi davranırlar, sanki həbsxanadır".

"NAZİRLİKLƏR ARAŞDIRMALIDIR"

Abşeron rayon icra hakimiyyətindən bildirilib ki, qurumun əməkdaşları binadakı vəziyyətlə tanış olarkən divarlarda çatlar və binada çökmə əlamətləri müşahidə ediblər:

"Ancaq o binaların yaşayış üçün təhlükəlilik dərəcəsini biz yox, bu işlə məşğul olan Fövqəladə Hallar Nazirliyi müəyyən edə bilər. Səbəblər də həmin Nazirlik tərəfindən araşdırılmalıdır. Elə məsələlər var ki, onu da Ekologiya və Təbii Sərvətlər Nazirliyi araşdırmalıdır – məsələn, kompleksin yerləşdiyi torpağın xassəsini və sair..."

"Yeni Bakı" sakinləri fövqəladə hallar naziri Kəmaləddin Heydərova belə bir məzmunda müraciət ünvanlayıblar: "Cənab nazir, "Yeni Bakı" Yaşayış Kompleksindəki vəziyyəti şəxsi nəzarətinizə götürməyinizi xahiş edirik. Binalardakı çatlarla bağlı mətbuatda dərc olunan yazılardan sonra əl-ayağa düşən komendantlıq işçiləri çat yerlərini suvayıb boyamaqla ictimaiyyəti aldatmağa çalışır. Sabah bu binalar çöksə, insanlar tələf olsa, prezidentə kim, nə üzlə cavab verəcək?"

"BOŞ SÖHBƏTLƏRDİR"

"İlin dörd fəsli" tikinti şirkətinin adını çəkməyən əməkdaşı məsələyə belə münasibət bildirib:

– Biz o məsələlərə aydınlıq gətirmişik, boş söhbətlərdir, o şikayətlərin heç bir əsası yoxdur. Hər şeyə sənədlərlə aydınlıq gətirmişik. Şaiyələri yayanlar da məhkəməyə veriləcək.

– İş orasındadır ki, binalarda çat əmələ gəlməsini həmin binaların sakinləri bildirir. Hətta prezidentdən və fövqəladə hallar nazirindən də kömək istəyirlər. Siz həmin sakinləri məhkəməyə verəcəyinizi nəzərdə tutursunuz?

– Kim bu şaiyələri yayırsa, məhkəməyə verəcəyik.

– Abşeron rayon icra hakimiyyəti də binalarda çatlar olduğunu təsdiqləyir. Onları da məhkəməyə verəcəksiniz?

– Əlimizdə sənədlərimiz var. Heç bir binada çat yoxdur və hansısa binanın çökmə təhlükəsi yoxdur. Fövqəladə hallar Nazirliyindən sənədimiz var.

– Digər şikayət Çıxarışların hələ də verilməməsi ilə bağlıdır...

– Çıxarışlar hazırlanır, yaxın vaxtlarda sakinlərə veriləcək.

– Bir də sakinlər şirkət əməkdaşlarından birinin davranışından şikayətlənirlər. Demələrinə görə, işığa borcu olanların sayğaclarını bağlayır, lifti xarab edir, sakinlərlə kobud davranır...

– Yalan söhbətdir. Bizim belə bir əməkdaşımız yoxdur.

Mənbə: AzadlıqRadiosu


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2232   Tarix: 25 iyul 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

BDU-nun tələbəsi intihar etdi

Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən "AAF Park" yaşayış kompleksində kirayə yaşayan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib. Onun meyiti eyvanda asılı hald

19.04.2024 975
.

İsrail İrana qarşı cavab zərbəsi endirib - VİDEO

ABŞ mediası İsrailin İrana qarşı intiqam aksiyasına başladığını açıqlayıb. BİG.AZ xəbər verir ki, İran mediası da öz növbəsində İsfahan şəhərinin hava limanı yaxınlığında partlayışların baş verdiyini bildirib. Hadisə ilə bağlı İranda bütün uçuşlar təxirə salınıb. ABŞ-ın məlumatına görə, İsrail cümə gün

19.04.2024 435
.

Türkiyədə 5,7 bal gücündə zəlzələdən sonra ÜRƏKAĞRIDAN GÖRÜNTÜLƏR

Türkiyənin Tokat vilayətində baş verən zəlzələlərin vurduğu ziyanlar görüntülənib. "Haber Global"a istinadən xəbər verir ki, zəlzələnin episentri olan Sulusaray rayonu dron ilə havadan çəkilib. Görüntülərdə zəlzələnin vurduğu ziyanın miqyası əks olunub. Həmçinin zəlzələnin baş verdiyi bölgələrd

19.04.2024 972
.

Faktiki hava açıqlandı

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Göygöl, Gədəbəy, Şahdağ, Daşkəsən, Xınalıqda şimşək çaxır, arabir yağış yağır. Saat 16:14 radələrində Xınalığa diametri 9-12 mm olan dolu düşüb

19.04.2024 306
.

"Azərsun Holdinq" və "Hayat Kimya" uşaq evlərində sosial layihə həyata keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə "Azərsun Holdinq" və "Hayat Kimya" birgə sosial aksiya həyata keçirib. Aksiya çərçivəsində Bakı şəhəri və Abşeron rayonunda yerləşən körpələr evi, əlilliyi olan uşaqlar evi, həmçini

19.04.2024 252
.

Məşhurlar şişmanlaşıb belə oldu

Süni intellekt vasitəsilə bir çox məşhurların şişman halları "yaradılıb". -ın xəbərinə görə, sosial şəbəkələrdə türkiyəli məşhur aktyor və aktrisaların süni intellekt vasitəsilə kökəldilmiş hallarının şəkilləri paylaşılıb. Görünüşləri dəyişən məşhurlar heç də xarizmatik görünməyiblər

18.04.2024 1136
.

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır - VİDEO

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır. Məlumata görə, kəndlərin Azərbaycana qaytarılmasından sonra Ermənistan sərhəddəki hərbçilərini sərhədçilərlə əvəz edəcək. Xatırladaq ki, bu gün Azərbaycan dövlət sərhədinin delimitasiyas

19.04.2024 422
.

Sosial medianın zərərli təsirlərindən necə qorunmalıyıq ?

"Təssüflər olsun ki, sosial şəbəkələr həyatımızın ayrılmaz parçasına çevrilib.Son zamanlar cəzbedici, mistik platforma istifadəçilərini intihar və depresiyaya aparır.Az qala oradakı virtual dostlarımız ailə üzvlərimiz qədər yaxın olmağa başlayıb". Bu sözləri BİG.AZ-A deputat Ceyhun Məmmədo

19.04.2024 185
.

Bakıda gecə intihara cəhd olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb . FHN-dən verilən məlumata görə, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində bir nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununl

19.04.2024 382