Restoranlar kralı Məmmədovun sürücüsünü - ŞƏXSƏN GÜLLƏLƏYİBMİŞ

Restoranlar kralı Məmmədovun sürücüsünü - ŞƏXSƏN GÜLLƏLƏYİBMİŞMoskvada "Şeş-Beş" restoranlar şəbəkəsinin sahibi, azərbaycanlı biznesmen Qeys Məmmədovun sürücüsünün qətli işi üzrə sensasion detallar üzə çıxıb.

BiG.AZ virtualaz.org-a istinadən xəbər verir ki, Məmmədovun sürücüsünü öldürüb yataq kisəsinə qoyan və Moskva çayına tullayanlar Rusiya paytaxtındakı osetin icmasının lideri, habelə onun Moskva Beynəlxalq Münasibətlər İnstitutunda oxuyan oğullarıdır. Üstəlik məlum olub ki, icma lideri sürücünü şəxsən güllələyib.

Bu səs-küylü cinayət hadisəsi bir neçə gün əvvəl baş verib. İyulun 9-da Moskva çayında yataq dəstinə bükülmüş cəsəd aşkarlanıb. Hüquq-mühafizə orqanları daha sonra müəyyən ediblər ki, öldürülən şəxs "Şeş-Beş" restoranlar şəbəkəsinin sahibinin sürücüsüdür.

İstintaq tədbirləri nəticəsində müəyyən olunub ki, bu qətli törədənlər Moskvadakı osetin icmasının lideri Valeri Kabolov və onun 24 yaşlı oğlu İnaldır. Əvvvəlcə belə versiya irəli sürülüb ki, onlar Qeys Məmmədovun sürücüsünün qətli üçün killer tutublar. Daha sonr KİV-lər yazıblar ki, sürücünü Kabolovun 20 yaşlı digər oğlu Vladimir güllələyib. Qətlin səbəbi biznesin və Moskvada daşınmaz əmlakın bölüşdürülməsi uğrunda osetinlər və azərbaycanlılar arasında gedən münaqişədir.

Lakin bu gün life.ru hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər verib ki, restoranlar kralı Məmmədovun sürücüsünü şəxsən Valeri Kabolov güllələyib. Kabolov qətli törətdikdən sonra oğlanlarına əmr edib ki, cəsədi aparıb atsınlar.

Anzor A. Adlı sürücü Məmmədovun yaxın dostu olub və onun biznesinin idarə edilməsində mühüm rola malik idi. Bildirilir ki, Kabolov onu Kutuzovsk prospektindəki mənzilə söhbət adı altında çağırıb və orada qətlə yetirib. Bundan sonra Kabolov MQİMO-da oxuyan oğlanlarına əmr edib ki, cəsədi atsınlar. Cəsədin ayağına qantel bağlayıblar və çaya atıblar. Bu səs-küylü qətl üzrə istintaq davam edir.

"Şeş-Beş" restoranlar şəbəkəsinin sahibi Məmmədov Qeys Xalid oğlu Gürcüstan əsillidir, Rusiyada tanınmış iri biznesmendir. Onun Rusiyanın bir çox şəhələrində eyni adda restoranları var.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1774   Tarix: 23 iyul 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda zəlzələ oldu

Goranboyda 3.1 bal gücündə zəlzələ olub. BİG.AZ Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən xəbər verir ki, Gəncə stansiyasından 17 km şərqdə, Goranboy rayonunda zəlzələ qeydə alınıb. Tektonik təkanlar bu gün 04:27-də 13 km dərinlikdə müşahidə olunub. Zəlzələ hiss olunmayıb

10:02 374
.

Dubay aeroportu fəaliyyətini tam bərpa edib

Xəbər verdiyimiz kimi, keçən həftə Dubayda kəskin yağışlar yağıb. BİG.AZ xəbər verir ki, artıq şəhərdə hava şəraiti düzəlib. İntensiv leysana görə işini dayandırmış Dubay aeroportu fəaliyyətini tam bərpa edib. Hadisə zamanı itmiş çantaların sahiblərinə qaytarılması prosesi hələ başa çatmayıb

22.04.2024 401
.

Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə nahar ediblər. BİG.AZ xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb

22.04.2024 293
.

"Putinlə danışıqlarda Rusiya sərhəd qoşunlarının məhz bu ərazilərdən çıxarılacağı haqqında qərarın qəbul olunacağı gözlənilir" - Politoloq

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan yaxın vaxtlarda müxtəlif məsələləri, o cümlədən Rusiya sərhədçilərinin ölkəni tərk etməsini şəxsən müzakirə edə biləcəklər. Mövzu ilə bağlı -a danışan politoloq Elşən Manafov bildirib ki, Ermənistanda Rusiya Federasıyasına məxsu

22.04.2024 438
.

Azərbaycanda ictimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

"Çinin BYD şirkəti Azərbaycanın avtobus parkına töhfə verəcək. Bu il Çindən ölkəmizə gətirilən elektriklə işləyən 160 avtobus xəttə buraxılacaq". AZƏRTAC xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev "Kəmər və Yol"

22.04.2024 740
.

"Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Ermənistana qarşı apardığımız mübarizədə qələbə qazandıq"-POLİTOLOQ

"Ermənistanın Tavuş bölgəsi ilə həmsərhəd Qazax rayonuna aid edilən 4 məlum kəndin Azərbaycana qaytarılması haqqında əldə edilmiş razılıqlar tərəflər arasında demarkasiya məsələlərinin həllində ilk ciddi uğurdur və bu uğura görə Azərbaycan heç şübhəsiz ki, son 20 ildə onun dövlət idarəediciliy

22.04.2024 226
.

"Qardaşım ağır xəstədir, deyir mənə bir şey olsa..." - VİDEO

"Qardaşım "Dialez" xəstəsidir. Onlara da mən baxıram, mən dolandırıram". bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgənbdərli "Space star" verilişinə açıqlamasında deyib. Sənətçi qardaşının xəstəliyindən danışaraq göz yaşlarına boğulub:

22.04.2024 496
.

Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü olub - YENİLƏNİB + VİDEO

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub. Bununla bağlı məlumat yayıb. 16:39. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşü başlayıb. Bununl

22.04.2024 338
.

Bu insanlara tatu olmaz – Həkimdən XƏBƏRDARLIQ

Tatu bəzi insanlar üçün qəti şəkildə zərərlidir. xəbər verir ki, bu barədə dermatoloq-kosmetoloq Svetlana Jaboeva müsahibəsi zamanı deyib. Həkimin sözlərinə görə, tarixdə dəri xərçəngi, melanoma, skuamöz hüceyrəli və ya bazal hüceyrəli karsinoma olan insanlar döymələrdən çəkinməlidirlər. Ailəsində melanom

22.04.2024 603