"40 min şəhid vermişik" - Ərdoğan müsahibədə elə şeyləri açıqladı ki...

"40 min şəhid vermişik" - Ərdoğan müsahibədə elə şeyləri açıqladı ki...Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan "France 24" kanalına ölkədə baş verən son proseslərlə bağlı müsahibə verib.

Ərdoğan müsahibədə bir sıra vacib məqamlara toxunub.

Jurnalistin Türkiyədə hərbi çevrilişlə bağlı kəşfiyyat idarəsinin yerli vaxtla saat 16-da məlumatlı olduğunu, prezidentin isə saat 20-də məlumatlandırıldığını xatırlatması və MİT rəhbərinin istefa verməli olması ilə bağlı suala Türkiyə prezidenti ehtiyatlı cavab verib. Ərdoğan bildirib ki, hazırkı vəziyyətdə hökumətdə köklü dəyişiklik etməyə gərək yoxdur: "Biz hər hansı qərar verərkən bunu baş nazirlə birgə müzakirə edəcəyik. Hazırda keçid dövründəyik. Bizdə belə bir söz var: "Dərəni keçərkən atı dəyişməzlər". Açıq etiraf edirəm ki, kəşfiyyatla bağlı boşluq olub. Xatırlayın, ABŞ-da 11 sentyabr terrorundan sonra xüsusi xidmət orqanları ilə bağlı suallar olmadımı? Fransada da eləcə... Yəni zaman-zaman kəşfiyyat orqanları da boşluq buraxa bilər. Amma bununla belə bu məsələni də baş nazirlə müzakirə edəcəyik. İndi isə hamı işinin başındadır".

Türkiyə prezidenti hərbi çevriliş cəhdindən sonra davam edən həbs dalğasının hələ bir müddət davam edə biləcəyini deyib: "Biz əhalisi 79 milyonu keçmiş Türkiyədə bu çirkin qruplaşmanın bütün ünsürlərini zərərsizləşdirmək məcburiyyətindəyik. Əgər onları təmizləməsək, bunun cəzasını ağır ödəyərik. Biz 34-35 il ərzində seperatçılara qarşı mübarizədə 40 min şəhid vermişik. İndi də antiterror əməliyyatlarını davam etdiririk. Digər tərəfdən isə bunların dövlətin içində 40 illdir yerləşməkdə olan şəbəkələri var. Bizim bu 40 ildir yaranıb möhkəmlənən şəbəkələşməni məhv etməyimiz lazımdır. Bunu ən ideal formada etməliyik ki, dövlət bir də belə bir problemlə üzləşməsin".

Ərdoğan ölkədəki çevriliş cəhdinin birbaşa Pensilvaniyadan idarə edildiyini deyib: "Artıq bəzi şəxslər etiraf da ediblər və təlimatı haradan aldıqlarını boyunlarına alıblar. Hətta Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini girov saxlayan şəxslərdən biri daha da irəli gedərək "Sizi öndərimiz Fətullah Gülənlə görüşdürək" deyib. Bunu ilk dəfə söyləyirəm".

Avropa Birliyinin Türkiyə hökumətini son hadisələrdən sonra sərt tənqid etməsini anlamadığını deyən Ərdoğan Qərbə "Siz çevrilişin, yoxsa demokratik dövlətin yanındasız?", deyə sual verib./lent.az/


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2326   Tarix: 23 iyul 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qanunsuz evlər yaxın vaxtlarda sənədləşdiriləcək? – AÇIQLAMA

Bu gün qanunsuz evlərdə yaşayan vətəndaşların problemlərindən biri də yaşadıqları evlərdə qeydiyyata düşə bilməmələridir. Vətəndaşlar bələdiyyədən aldıqları torpaqlar üzərində müvafiq sənədləşmə aparmadan ev tikirlər ki, bu da sonda vətəndaşın özünə problemlər yaradır. xəbər verir ki, məsələ ilə bağl

27.03.2024 269
.

"Crocus City Hall"da baş verən terror aktında ölənlərin sayı artıb

Rusiya Fövqəladə Hallar Nazirliyi "Crocus City Hall"da törədilən terror aktı nəticəsində həlak olanların yenilənmiş siyahısını dərc edib. Orada 143 nəfərin adı var. Yeni siyahı Rusiya Federasiyası Səhiyyə Nazirliyinin 27 mart Moskva vaxtı ilə saat 20:00-a qədər olan məlumatlarına əsaslanır

27.03.2024 343
.

İsrailin Qəzza zolağına hücumları nəticəsində daha bir jurnalist öldü

İsrailin Qəzza zolağına hücumları davam edir. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində daha bir jurnalist həlak olub. Bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb. Məlumata görə, İsrail ordusunun Qəzza zolağının şimal bölgəsinə hücum edib. Məlumata görə, fələstinli jurnalist və onu

27.03.2024 171
.

"Putin həmin gecə yatmayıb"

"Rusiya Prezidenti Vladimir Putin "Crocus City Hall"da törədilən terror aktından sonra gecəni səhərə qədər yuxusuz keçirib". "Qafqazinfo" xəbər verir ki, bunu jurnalist Pavel Zarubinə müsahibəsində Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib. Onun sözlərinə görə, Putin həmi

10:48 0
.

Tolik blogerlərin saxtakarlığını açıqladı: "Onların öz şəbəkələri var" - Video

Aparıcı Tarix Əliyev (Tolik) blogerlərin saxtakarlıqla məşğul olduqlarını iddia edib. Axşam.az xəbər verir ki, Tolik onların reklamvericiləri aldatdığını vurğulayıb. O bildirib ki, blogerlərin bəziləri böyük işçi qrupu toplayaraq, bir çox saxta yollara əl atırlar:. "Blogerlərlə bağlı çox paylaşımla

11:38 0
.

Bayramda milyonlar qazanacaqlar

Türkiyəli sənətçilər Ramazan bayramında konsert proqramı ilə çıxış edəcəklər. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənnilərin musiqili gecədən alacağı qonorar bəlli olub. Müğənnilər Gülşən 10 milyon lirə, Ajda Pekkan 8.5 milyon lirə, Ebru Gündəş və Sibel Can 7 milyon lirə, Bülent Erso

27.03.2024 246
.

Bu gün ilk Qədr gecəsidir

Bu gün Ramazan ayının ilk Qədr (Əhya) gecəsidir. İlk Qədr gecəsi Ramazan ayının 18-ci gününə təsadüf edir. Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev APA-ya açıqlamasında bildirib ki, İdarənin Şamaxı Astrofizika Rəsədxanasından əldə etdiyi təqvimə əsasən, martın 28-dən 29-na keçən gec

11:03 0
.

Həcc üçün ayrılan kvotanın yarısından çoxu dolub - RƏSMİ

Fevralın 12-dən Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün sənəd qəbuluna start verilib. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək. Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinin qiyməti 1 nəfər üçün 5850 dollar müəyyənləşib. Eyni zamanda, Həcc ziyarət

27.03.2024 246
.

Çin atmosfer və kosmos mühitini müşahidə edən peyklər buraxıb

Çin atmosfer və kosmos mühitinin müşahidələri üçün istifadə edilən "Yünhay-2" peyklərinin üçüncü qrupunu kosmosa göndərib. xəbər verir ki, Sinxua agentliyinin xəbərinə görə, "Yünhay-2 03" peykləri "Long Mart 6" raketi ilə ölkənin şimalındakı Şansi əyalətindəki Tayyüen Pey

27.03.2024 181