"Təki millətin gözündə..."-Ağdamın işğalına görə yubileyini təxirə salan xalq artisti

"Təki millətin gözündə..."-Ağdamın işğalına görə yubileyini təxirə salan xalq artistiBu gün Azərbaycan estradasının tanınmış nümayəndəsi, Xalq artisti Flora Kərimovanın 75 yaşı tamam olur.

BiG.AZ xəbər verir ki, sənətkar AzNews.az-a açıqlama verərək bildirib ki, yubiley mərasimini sentyabrda keçirəcək: "Yubileyimdir. 75 yaşım tamam olur, amma mən onu bu gün qeyd etməyəcəyəm. Bu gün Ağdamın işğalı günüdür. Bu səbəbdən yubiley mərasimi təxirə salındı. Sentyabrda qızım, oğlum gələcək, o zaman böyük bir tədbir keçirəcəyik. Cavan heyranlarım var, onlar mənim yubileyimi qeyd edir. Məni təbrik edən bütün dostlara təşəkkür edirəm".

F.Kərimova 75 il ərzində çətin tale yaşadığını vurğulayıb:

"Bilirsiniz, dönüb geriyə baxanda görürəm ki, çox çətin taleyim olub. Amma mənə olan səmimi münasibət bütün yaşadıqlarımı yadımdan çıxarır. Hamını başıma yığa bilirəm, xalqın qarşısında baş əyirəm. Bu millət bütün xalqlara hörmət edib və edəcək də".

"Azərbaycan mədəniyyəti və incəsənətində göstərdiyiniz xidmətlərə görə əməyiniz lazımınca qiymətləndirilibmi?" sualına sənətkar belə cavab verib:

"Mən ömrümdə heç kimlə alver etməmişəm, barterə getməmişəm. Mən vicdan sahibiyəm, mənəviyyat sahibiyəm . Mənəviyyatımı qorumağa çalışmışam. Vicdanıma xələl gətirən münasibəti yaxınıma qoymamışam. Ən başlıcası vicdanımı satmamışam, dəyişməmişəm. Bundan sonra da etməyəcəyəm, bu ağlıma da gəlməz. Bəlkə də buna görə xalqım mənə hörmət edir. İtirməkdən qorxduğum bir şey var, o da övladlarımın, millətimin sevgisi, inamıdır. Nə cənnətə susamışam, nə cəhənnəmdən qorxmuşam. Baş ağrısız yaşamaq mənim üçün böyük hədiyyədir. Təki millətimin gözündən düşməyim".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2366   Tarix: 23 iyul 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bu da Nadir Qafarzadənin HƏYAT YOLDAŞI - FOTO

Müğənni Nadir Qafarzadə sosial şəbəkədə yeni paylaşım edib. BİG.AZ xəbər verir ki, sənətçi instaqram hesabında yeni fotosunu yayımlayıb. Fotoda ifaçının yanında həyat yoldaşı Sevinc xanım və oğlu da yer alıb. Müğənninin fotosu sosial şəbəkə istifadəçiləri tərəfindən çox bəyənilib

24.03.2024 2228
.

Zaranın formada qalma sirri

Türkiyəli müğənni Zara formada qalmasının sirrini bölüşüb. Axşam.az xəbər verir ki, sənətçi müsahibəsində 9 kiloqram çəki atmasından danışıb:. "Tərəvəzli yeməklər yeyirəm. Günəş batandan sonra qidalanmıram. Həftənin 3 günü idman edirəm. Ən vacibi də stressdən uzaq dururam"

27.03.2024 710
.

Demet Akalından Röyaya dəstək

Türkiyənin məşhur müğənnisi Demet Akalın Röyadan danışıb. xəbər verir ki, müğənni aparıcısı olduğu verilişdə Röyanın konserti zamanı baş verənləri şərh edib. Həmyerlilərimizə keçmiş olsun diləklərini çatdıran Akalın "Azərbaycanın məşhur ulduzu Röya həmin gün, o məkanda komandası ilə konsert verəcəkdi

26.03.2024 694
.

"Yalı çapkını"nda gözlənilməz ayrılıq - Foto

"Yalı çapkını" serialında növbəti ayrılıq yaşanacaq. Axşam.az xəbər verir ki, ekran işinə aktrisa Binnur Kaya vida edəcək. O, layihədə "Nükhet" obrazına həyat verir. Qeyd edək ki, serialın baş rollarını Afra Saraçoğlu ilə Mərd Ramazan Dəmir canlandırır

24.03.2024 584
.

Kənan MM çəkiliş zamanı aktrisanı VURDU- VİDEO

Teleməkanın yerli seriallarında olan "Gizli yara"nın çəkilişləri zamanı maraqlı hadisə yaşanıb. -a istinadən xəbər verir ki, ekran işində əsas rolları canlandıran Kənan MM (Mahmudov) ilə Ülfət Bəşirin səhnəsindən olan kadr gündəm olub. İkilinin gərgin anlarını canlandıran səhnədə rejissor aktrisay

26.03.2024 1157
.

Xalq artisti Tünzalə Ağayevanın yeni layihəsi işıq üzü görüb

Xalq artisti Tünzalə Ağayevanın yeni layihəsi işıq üzü görüb. xəbər verir ki, pop star "Dünya yalnız səndən ibarət" adlı mahnısını dinləyicilərinə təqdim edib. Ağayeva sözügedən mahnı üçün həmçinin kamera qarşısına keçib. Qırmızılara bürünən eşq qadını yeni mahnısı üçün klip də lentə aldırıb

26.03.2024 375
.

Röya Ayxanın təxirə düşən konserti ilə bağlı AÇIQLAMA - FOTO

Xalq artisti Röya Ayxanın Moskvada təxirə düşən konserti ilə bağlı təşkilatçılardan açıqlama verilib. xəbər verir ki, "Caspian music"in yaydığı məlumatda qeyd edilib:. "Röya Ayxanın konserti daha uyğun bir tarixə qədər təxirə salınıb. Bütün biletlər qüvvədə qalacaq. Yeni tarix və saatl

25.03.2024 825
.

"Seriallarımız cılızdır, çəkilmirəm"

Xalq artisti Firəngiz Mütəllimova serialları tənqid edib. Axşam.az xəbər verir ki, aktrisa bu haqda "Danışır radio" proqramında deyib. O bildirib ki, seriallaraçəkilmir:. "Bəzən mənə də iradlar olurdu. Söyləyirdilər ki, biz səni filan tamaşada və ya serialda görmək istəmirik. Mən bun

27.03.2024 421
.

"Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin"

Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən həmkarlarına əsəbiləşib. Axşam.az xəbər verir ki, sənətçi bunun üçün açıqlama yayaraq, uzaq məsafəyə çağrılmasına etiraz edib:. "Qonaqlığınızı Mərdəkan, Şüvəlan, Novxanı, Nasosnu kimi yerlərə salmayın. Tıxacla gəlib çıxmaq olmur. İş, güc başlayıb

28.03.2024 689