Səhər zikrləri

Səhər zikrləriPeyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Mənim üçün sübh namazından gün çıxana qədər Allahı zikr edən camaatla oturmaq İsmail övladından dörd qulu azad etməkdən daha sevimlidir. (Həmçinin) əsr namazından günbatana qədər Allahı zikr edən camaatla oturmaq mənim üçün dörd qul azad etməkdən daha sevimlidir. {Əbu Davud, 3667. Bu hədisi əl-Albani «həsən» hesab etmişdir. «Səhih Əbu Davud», 2/698.}

1. [Əlhəmdulilləhi vəhdəhu vəs-salatu vəs-səlamu alə mən lə nəbiyyə bədəhu.]
«Bir olan Allaha həmd olsun! Özündən sonra Peyğəmbər olmayan kimsəyə (Muhəmmədə) salavat və salam olsun!»

2. [Əuzu billəhi minəş-şeytanir-racim] deyib Kursi ayəsini bir dəfə oxumaq.
{əl-Bəqərə, 255} Kim Kursi ayəsini səhər desə, axşamadək, kim də axşam desə, səhərədək cindən qorunmuş olar. {əl-Hakim, 1/562. əl-Albani bunu "səhih" hesab etmişdir. «Səhihut Tərğib vət-Tərhib», 1/273. O, ən-Nəsainin və ət-Təbəraninin də bu hədisi rəvayət etdiyini söyləmiş və demişdir: «ət-Təbəraninin isnadı "ceyyid"dir».}
[Allahu lə ilahə illə huvəl-həyyulqəyyum. Lə təxuzuhu sinətun vələ novm. Ləhu mə fis-səmavati və mə filard. Mən zəlləzi yəşfəu indəhu illə bi iznihi, yələmu mə beynə əydihim və mə xəlfəhum. Və lə yuhiytunə bişeyin min ilmihi illə bimə şəə. Vəsiə kursiyyuhus-səmavati vəl-ard. Və lə yəuduhu hifzuhumə, və huvəl-aliyyul-azim.]
«Allah! Ondan başqa [ibadətə layiq olan] tanrı yoxdur, [əbədi] Yaşayandır, Qəyyumdur [kainatı yaradan və onu idarə edəndir, bəndələrinin işlərini yoluna qoyan və onları qoruyandır]. Onu nə mürgü tutar, nə də
yuxu. Göylərdə və yerdə nə varsa, Onundur. Onun izni olmadan Onun yanında kim havadarlıq edər? O, onların [yaranmışların] önlərində və arxalarında olanı [nə olub, nə olur və nə olacağını] bilir. Onlar Onun elmindən Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Böyükdür!»

3. əl-İxlas, əl-Fələq və ən-Nas surələrini üç dəfə oxumaq.
Kim bunları səhər və axşam üç dəfə oxusa, hər şeydən (hər bir şərdən qorunmaq üçün) kifayət edər! {Əbu Davud, 4/322; ət-Tirmizi, 5/567. Bax: «Səhihu-t-Tirmizi», 3/182.}

[Bismilləhir-Rəhmanir-Rəhim. Qul huvəllahu əhəd. Allahus-Saməd. Ləm yəlid vələm yuləd, vələm yəkul-ləhu kufuvən əhəd.]
«Mərhəmətli, Rəhmli Allahın adı ilə! De: «O Allah Təkdir! Allah [heç kəsə, heç nəyə] Möhtac deyildir [əksinə, hər bir məxluq Ona möhtacdır]. O, nə doğub, nə də doğulubdur. Və Onun heç bir tayı-bərabəri də yoxdur!»

[Bismilləhir-Rəhmanir-Rəhim. Qul əuzu birabbil-fələq. Min şərri mə xələq. Və min şərri ğasiqin izə vəqab. Və min şərrin-nəffəsəti fil uqad. Və min şərri həsidin izə həsəd.]
«Mərhəmətli, Rəhmli Allahın adı ilə! De: «Sığınıram sübhün Rəbbinə! Yaratdıqlarının şərindən, çökməkdə olan zülmətin [gecənin] şərindən, düyünlərə yüngülvari tüpürən [cadugər] qadınların şərindən və paxıllıq edərkən paxılın şərindən!»

[Bismilləhir-Rəhmanir-Rəhim. Qul əuzu birabbinnəs. Məlikinnəs. İlahinnəs. Min şərril-vəsvasil-xannəs. Əlləzi yuvəsvisu fi sudurinnəs. Minəl-cinnəti vənnəs.]
«Mərhəmətli, Rəhmli Allahın adı ilə! De: «Sığınıram insanların Rəbbinə, insanların Hökmdarına, insanların Tanrısına! Vəsvəsə verənin, [Allahın adı çəkiləndə isə] geri çəkilənin [şeytanın] şərindən. Hansı ki, insanların kökslərinə vəsvəsə salır, cinlərdən də [olur], insanlardan da!»

4. [Əsbəhnə və əsbəhəl-mulku lilləh, vəlhəmdulilləh. Lə ilahə illəllahu vəhdahu lə şərikə ləhu, ləhul-mulku və ləhul-həmdu və huvə alə kulli şeyin qadir. Rabbi əsəlukə xayra mə fi həzəl-yəumi və xayra mə bədəhu, və əuzu bikə min şərri mə fi həzəl-yəumi və şərri mə bədəhu. Rabbi əuzu bikə minəl-kəsəli və suil-kibəri. Rabbi əuzu bikə min əzabin fin-nari və əzabin filqabr]
«Səhərə çıxdıq, hökm də Allahın olaraq səhərə çıxdı. Allaha həmd olsun! Allahdan başqa məbud yoxdur, O təkdir, Onun şəriki yoxdur. Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir! Ey Rəbbim! Səndən bu günün
xeyrini və bundan sonrakı xeyri diləyirəm. Bu günün şərindən və bundan sonrakı şərdən Sənə sığınıram. Ey Rəbbim! Tənbəllikdən və pis qocalıqdan Sənə sığınıram. Ey Rəbbim! Cəhənnəmdəki əzabdan və qəbirdəki
əzabdan Sənə sığınıram!»
{Muslim, 4/2088.}

5. [Allahummə, bikə əsbəhnə, və bikə əmsəynə, və bikə nəhyə, və bikə nəmutu, və ileykən-nuşur]
«Allahım! Sənin sayəndə səhərə çıxdıq, Sənin sayəndə axşama çıxdıq, Sənin sayəndə yaşayırıq, Sənin sayəndə ölürük! Qayıdış Sənədir!»
{ət-Tirmizi, 5/466. Bax: «Səhihu-t-Tirmizi», 3/142}

6. [Allahummə, əntə rabbi lə ilahə illə ənt, xaləqtəni və ənə abdukə, və ənə alə ahdikə və vədikə məs-tətətu, əuzu bikə min şərri mə sanətu. Əbuu ləkə binimətikə aleyyə, və əbuu bizənbi. Fəğfir li fəinnəhu lə yəğfiruzzunubə illə ənt]
«Allahım! Sən mənim Rəbbimsən. Səndən başqa məbud yoxdur. Məni sən yaratdın və mən sənin qulunam. Gücüm çatan qədər Sənə verdiyim əhdə və vədə sadiqəm. Etdiklərimin şərindən Sənə sığınıram. Mənə verdiyin neməti etiraf edirəm və günahımı boynuma alıram. Məni bağışla! Şübhəsiz ki, günahları yalnız Sən bağışlayırsan!»
Kim bunları yəqinliklə axşam desə, sonra da o gecə ölüm ona gəlsə, Cənnətə daxil olar. Səhər də həmçinin. {əl-Buxari, 7/150.}

7. [Allahummə, inni əsbəhtu uşhidukə və uşhidu həmələtə arşikə və məlaikətəkə və cəmia xalqikə ənnəkə əntəllahu lə ilahə illə əntə vəhdəkə lə şərikə ləkə və ənnə Muhəmmədən abdukə və rasulukə]
«Allahım! Sənin Özündən başqa məbud olmayan, Tək və şəriksiz Allah olduğuna, Muhəmmədin Sənin qulun və rəsulun olduğuna Səni, Ərşini daşıyanları, mələklərini və bütün yaratdıqlarını şahid tutaraq səhərə çıxdım!» (Dörd dəfə)
Kim bunları səhər və ya axşam dörd dəfə desə, Allah onu Oddan xilas edər. {Əbu Davud, 4/317; əl-Buxari, «Ədəbul-Mufrad», 1201; ən-Nəsai, «Əməlul-Yəumi vəl-Leyl», №9; İbn əs-Sunni, №70. Əllamə Abdulaziz ibn Abdullah ibn Baz Əbu Davudun və ən-Nəsainin isnadını "həsən" hesab etmişdir. Bax: «Tuhətul-Əxyar», səh.23. [əl-Albani bu hədisi "zəif" hesab etmişdir. Bax: «Silsilətul-Əhadisid-Daifə», 1041.]}

8. [Allahummə, mə əsbəhə bi min nimətin əu biəhədin min xalqikə fə minkə vəhdəkə lə şərikə ləkə fələkəlhəmdu və ləkəş-şukru]
«Allahım! Bu səhər mənə və ya yaratdıqlarından hər hansı birinə verdiyin nemət Səndəndir. Sən Təksən, şərikin yoxdur. Həmd Sənədir, şükür Sənədir!»
Kim bunu səhərə çıxanda desə, gündüzün şükrünü, axşama çıxanda desə, gecənin şükrünü ödəmiş olar. {Əbu Davud, 4/318; ən-Nəsai, «Əməlul-Yəumi vəl-Leyl», №7, səh.137; İbn əs-Sunni, №41, səh. 23; İbn Hibban, «Məvarid», №2361; İbn Baz bu hədisin isnadını "həsən" hesab etmişdir. Bax: «Tuhfətul-Əxyar», səh. 24. [əl-Albani bu hədisi "zəif" hesab etmişdir; «Daifut-Tərğib vət-Tərhib», 1/98.]}

9. [Allahummə, afini fi bədəni. Allahummə, afini fi səmi. Allahummə, afini fi bəsari. Lə ilahə illə ənt. Allahummə, inni əuzu bikə minəl-kufri vəl-fəqri, və əuzu bikə min əzabil-qabri, lə ilahə illə ənt]
«Allahım! Bədənimi salamat et! Allahım! Qulağımı salamat et! Allahım! Gözümü salamat et! Səndən başqa məbud yoxdur. Allahım! Küfrdən və yoxsulluqdan Sənə sığınıram. Qəbir əzabından Sənə sığınıram. Səndən başqa məbud yoxdur!» (üç dəfə)
{Əbu Davud 4/324; Əhməd 5/42; ən-Nəsai, «Əməlul-Yəumi vəl-Leyl», №22, səh.146; İbn əs-Sunni №69, səh.35; əl-Buxari «Ədəbul-Mufrad», 701 İbn Baz bu hədisin isnadını "həsən" hesab etmişdir. Bax: «Tuhfətul-Əxyar» səh.26. [əl-Albani bu hədisi "həsən" hesab etmişdir. Bax: «Təmamul-Minnə» cəh. 232]}

10. [Həsbiyəllahu lə ilahə illə huvə aleyhi təvəkkəltu və huvə rabbularşil-azim]
«Allah mənə yetər! Ondan başqa məbud yoxdur. Ona təvəkkül etdim. O, böyük Ərşin Rəbbidir!» (yeddi dəfə)
Kim bunu səhər və axşam yeddi dəfə deyərsə, Allah ona başına gələcək dünya və Axirət işlərində kifayət edər. {Bu hədisi İbn əs-Sunni «məuquf» olaraq rəvayət etmiş № 71; Əbu Davud isə «mərfu» olaraq rəvayət etmişdir 4/321. Şueyb əl-Arnavut və Abdulqadir əl-Arnavut bu hədisin isnadını «səhih» hesab etmişlər. Bax: Şueyb əl-Arnavut və Abdulqadir əl-Arnavutun təhqiq etdiyi «Zadul-Məad», əsərinə 2/376. [əl-Albani bu hədisi "zəif" hesab etmişdir. Bax: «Silsilətul-Əhadisus-Səhihə», 5286]}

11. [Allahummə, inni əsəlukəlafvə vəl-afiyətə fid-dunya vəl-axira. Allahummə, inni əsəlukəl-afvə vəlafiyətə fi dini və dunyayə və əhli və mali. Allahumməstur aurati və amin rauati. Allahumməhfəzni min bəyni yədeyyə və min xalfi və an yəmini və an şimali və min fəuqi və əuzu biazəmətikə ən uğtalə min təhti]
«Allahım! Dünyada və Axirətdə Səndən əfv və salamatlıq diləyirəm! Allahım! Dinim, dünyam, ailəm və malım üçün Səndən əfv və salamatlıq diləyirəm! Allahım! Eyiblərimi ört və qorxularımdan məni xatircəm et! Allahım! Məni önümdən, arxamdan, sağımdan, solumdan və başımın üstündən qoru. Ayağımın altının qazılmasından Sənin əzəmətinə sığınıram!»
{Əbu Davud və İbn Macə; Bax: «Səhih İbn Macə», 2/332.}

12. [Allahummə, aliməl-ğaybi vəşşəhadəti, fatirəs-səmavati vəl-ard. Rabbə kulli şeyin və məlikəhu. Əşhədu ən lə ilahə illə ənt. Əuzu bikə min şərri nəfsi və min şərriş-şeytani və şirkihi, və ən əqtərifə alə nəfsi suən əu əcurrəhu ilə muslimin]
«Göyləri və yeri yaradan, qeybdə və aşkarda olanı Bilən Allahım! Hər şeyin Rəbbi və Hökmdarı! Şahidlik edirəm ki, Səndən başqa məbud yoxdur. Nəfsimin şərindən, şeytanın şərindən və şirkindən, özümə pislik etməkdən yaxud onu bir müsəlmana yetirməkdən Sənə sığınıram!»
{ət-Tirmizi və Əbu Davud. Bax: «Səhihu-t-Tirmizi», 3/142.}

13. [Bismilləhil-ləzi lə yədurru məa ismihi şeyun fil-ardı və lə fis-səmai və huvəs-səmiul-alim]
«Allahın Adı ilə! Hansı ki, adı çəkildikdə yerdə və göydə heç bir şey zərər verə bilməz. O, Eşidəndir, Biləndir!» (üç dəfə)
Kim bunu səhər üç dəfə və axşam da üç dəfə deyərsə, ona heç bir şey zərər toxundura bilməz. {Əbu Davud 4/323; ət-Tirmizi 5/465; İbn Macə və Əhməd. Bax: «Səhih İbn Macə» 2/332. Bu hədisin isnadını İbn Baz «həsən» hesab etmişdir. Bax: «Tuhfətul-Əxyar» səh. 39.}

14. [Raditu billəhi rabbən, və bilislami dinən, və bi Muhəmmədin (səllallahu aleyhi və səlləm) nəbiyyən]
«Allahın Rəbb, İslamın din və Muhəmmədin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) peyğəmbər olduğundan razıyam!» (üç dəfə)
Kim bunu səhər üç dəfə, axşam da üç dəfə deyərsə Qiyamət günü onun razı salınması Allah üzərində haqq olar. {Əhməd, 4/337; ən-Nəsai, «Əməlul-Yəumi vəl-Leyl», №4. İbn əs-Sunni, №68. Əbu Davud 4/418; ət-Tirmizi, 5/465. Bax: «Səhihu-t-Tirmizi», 3/141. Bu hədisi Abdulaziz İbn Baz «həsən» hesab etmişdir. Bax: «Tuhfətil-əxyar» səh. 39.}

15. [Ya həyyu, ya qayyum! Birahmətikə əstəğisu, əslih li şəni kulləhu və lə təkilni ilə nəfsi tarfətə aynin]
«Ey [əbədi] Yaşayan, ey Qəyyum [kainatı yaradan və onu idarə edən, bəndələrinin işlərini yoluna qoyan və onları qoruyan]! Mərhəmətinlə kömək diləyirəm. Mənim bütün işlərimi yoluna qoy! Məni bir göz qırpımı belə başlı-başına buraxma!»
{əl-Hakim. O, bu hədisi "səhih" hesab etmiş, əz-Zəhəbi də bunu təsdiqləmişdir. 1/545. Bax: «Səhihut-Tərğib vət-Tərhib», 1/273.}

16. [Əsbəhnə və əsbəhəl-mulku lilləhi Rabbil aləmin. Allahummə, inni əsəlukə xayra həzəl-yəumi: fəthəhu və nəsrahu və nurahu və bərakatəhu və hudəhu və əuzu bikə min şərri mə fihi və şərri mə bədəhu]
«Səhərə çıxdıq, hökm də aləmlərin Rəbbi Allahın olaraq səhərə çıxdı. Allahım! Səndən bu günün xeyrini, qələbəsini, zəfərini, nurunu, bərəkətini və hidayətini diləyirəm. Ondakı şərdən və ondan sonrakı şərdən Sənə sığınıram!»
{Əbu Davud, 4/322. Şueyb əl-Arnavut və Abdulqadir əl-Arnavut bu hədisin isnadını «həsən» hesab etmişlər. Bax: Şueyb əl-Arnavut və Abdulqadir əl-Arnavutun təhqiq etdiyi «Zadul-Məad», əsərinə 2/273. [Şeyx əl-Albani bu hədisi "zəif" hesab etmişdir. Bax: «Daif Əbu Davud», 4/322.]}

17. [Əsbəhnə alə fitratil-islami, və alə kəlimətil-ixlasi, və alə dini nəbiyyinə Muhəmmədin (səllallahu aleyhi və səlləm) və alə milləti əbinə İbrahimə hənifən muslimən və mə kənə minəl-muşrikin]
«İslam fitrətində, ixlas kəlməsində, Peyğəmbərimiz Muhəmmədin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) dinində, hənif [ixlasla Allaha ibadət edən], müsəlman olan və müşriklərdən olmayan atamız İbrahimin millətində olaraq səhərə çıxdıq!»
{Əhməd, 3/406, 407 və 5/123; İbn əs-Sunni, «Əməlul-Yəumi vəl-Leyl», № 34. Bax: «Səhihul-Cami», 4/209.}

18. [Subhanəllahi və bihəmdihi]
«Allah pak və müqəddəsdir! Allaha həmd olsun!» (yüz dəfə)
Kim bunu səhər və axşam yüz dəfə deyərsə Qiyamət günü heç kəs onun gətirdiyindən əfzəl heç bir şey gətirə bilməz. Yalnız o şəxsdən başqa ki, o bunu onun kimi və ya ondan çox demişdir. {Muslim, 4/2071.}

19. [Lə ilahə illəllah vəhdahu lə şərikə ləhu, ləhul-mulku və ləhul-həmdu və huvə alə kulli şeyin qadir]
«Allahdan başqa məbud yoxdur, O təkdir, Onun şəriki yoxdur. Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir!» (on dəfə) yaxud (tənbəllik üz verdikdə bir dəfə)
{Ən-Nəsai «Əməlul-Yəumi vəl-Leyl», № 24. Bax: «Səhihut-Tərğib vət-Tərhib», 1/272; Abduləziz İbn Bazın «Tuhfətul-Əxyar» əsəri səh. 44. Bunun fəziləti barəsində isə bax: səh. 146, № 255.}
{Əbu Davud 4/319; İbn Macə və Əhməd 4/60. Bax: «Səhihut-Tərğib vət-Tərhib», 1/270; «Səhih Əbu Davud» 3/957; «Səhih İbn Macə» 2/331; «Zadul-Məad» 2/377.}

20. [Lə ilahə illəllah vəhdahu lə şərikə ləhu, ləhul-mulku və ləhul-həmdu və huvə alə kulli şeyin qadir]
«Allahdan başqa məbud yoxdur, O təkdir, Onun şəriki yoxdur. Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir!» (səhər yüz dəfə)
Kim bunları bir gündə yüz dəfə desə, bu onun üçün on qulu azad etməyə bərabər olar, ona yüz savab yazılar, onun yüz günahı silinər, axşamadək də şeytandan qorunmuş olar və [Qiyamət günü] heç kəs onun gətirdiyindən əfzəl heç bir şey gətirə bilməz. Yalnız o şəxsdən başqa ki, o bunu ondan çox etmişdir. {əl-Buxari, 4/95. Muslim, 4/2071.}

21. [Subhənəllahi və bihəmdihi, adədə xalqihi, və rıda nəfsihi, və zinətə arşihi, və midadə kəlimətihi]
«Yaratdıqlarının sayı, Özündən razı olduğu, Ərşinin ağırlığı və kəlmələrinin çoxluğu qədər həmd edərək Allaha təriflər deyirik!» (səhər üç dəfə)
{Muslim, 4/2090.}

22. [Allahummə, inni əsəlukə ilmən nafiən və rizqan tayyibən və amələn mutəqabbələn]
«Allahım! Səndən faydalı elm, təmiz ruzi və məqbul əməl diləyirəm!» (hər səhər)
{İbn əs-Sunni, «Əməlul-Yəumi vəl-Leyl», №54; İbn Macə №925. Şueyb əl-Arnavut və Abdulqadir əl-Arnavut bu hədisin isnadını «Zadul-Məad» əsərinin təhqiqində (2/375) «həsən» hesab etmişlər.}

23. [Əstəğfirullahə və ətubu ileyhi]
«Allahdan bağışlanma diləyirəm və Ona tövbə edirəm!» (gün ərzində yüz dəfə)
{«Fəthul-Bari», 11/101; Muslim, 4/2075.}

24. [Allahummə, salli və səllim alə nəbiyyinə Muhəmməd]
«Allahım! Peyğəmbərimiz Muhəmmədə salavat və salam yetir!» (on dəfə)
«Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: Kim səhər on dəfə, axşam da on dəfə mənə salavat gətirsə, Qiyamət günü şəfaətim ona çatar». {Bu hədisi ət-Təbərani iki isnadla rəvayət etmişdir. Bu isnadlardan biri "ceyyid"dir. Bax: «Məcməuz-Zəvaid» 10/120; «Səhihut-Tərğib vət-Tərhib», 1/273.}

Səhər zikrləri PDF variantını yüklə


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 7124   Tarix: 17 iyul 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Uşaq doğulanda adına qurban kəsməyin və ətindən istifadə etməyin qaydası necədir?

Ailədə uşaq doğularkən kəsilən qurbana şəriətdə "əqiqə" deyirlər. Yaxşı olar ki, oğlan uşağından ötrü erkək, qız uşağından ötrü dişi heyvan kəsilsin. Əqiqə qurbanlığını uşağın yeddi günlüyündə kəsmək müstəhəbdir. Əqiqə heyvanı kəsdikdən sonra sümüklərini sındırmaq məsləhət deyil, yaxşı ola

29.11.2020 4235
.

Aya Sofya 86 ildən sonra ibadətə açıldı

Türkiyənin İstanbul şəhərində yerləşən Aya Sofya məbədi bu gündən ibadətə açılıb. Aya Sofyada 86 ildən sonra cümə namazı qılınacaq. İbadət zamanı məbəddəki rəsmlərin üzəri örtüləcək. Yerli və əcnəbi turistlərin ziyarəti zamanı isə məbəddəki rəsmlərin üzəri açılacaq. Xatırladaq ki, Türkiyə məhkəməsi İstanbuldak

24.07.2020 3182
.

Din xadimləri dünya ictimaiyyətinə müraciət etdi

Din xadimləri dünya ictimaiyyətinə, dini liderlərə və beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Bu barədə -a Qafqaz Müsəlmanları İdarəsi məlumat verib. Müraciət mətnində deyilir:. "Biz - Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri iyulun 12-də Ermənistan Silahlı Qüvvələrini

24.07.2020 2475
.

İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs həbs olundu

Türkiyədə sosial şəbəkələrdə İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs saxlanılıb. BİG.AZ-ın "Anadolu"ya istinadən verdiyi xəbərə görə, İstanbul Baş Prokurorluğunda Məhəmməd peyğəmbərin, təhqiramiz olduğu təsbit olunan karikaturası ilə əlaqədar istintaq başladılıb. "Peyğəmbərimiz

16.07.2020 3594
.

"Aşura" günü ilə bağlı əhaliyə ÇAĞIRIŞ

"Biz mömin insanlara çox hörmətlə yanaşırıq. Amma indiki epidemioloji vəziyyəti nəzərə alaraq, o cümlədən, "Aşura" günü dini mərasimlərdə kütləviliyə yol verilməməsini və belə tədbirlərdən uzaq durmağı xahiş edirik". -ın verdiyi xəbərə görə, bunu Nazirlər Kabineti yanında operati

15.08.2020 3237
.

Ramazanın 28-ci günü: Dua, imsak və iftar vaxtı - FOTO

Sabah Ramazan ayının 28-ci günüdür. xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 11-də imsak vaxtı saat 03:44-də, iftar vaxtı isə 20:01-dədir. Mayın 11-i üçün namaz vaxtları:. Sübh azanı 03:54. Zöhr azanı 12:37. Əsr azanı 17:38. Məğrib azanı 20:01. İşa azan

10.05.2021 4070
.

Niyə insanın qulağında acı su var?

İmam Kazım (ə) buyurur: "Həqiqətən, Allah Təala bir-biri ilə bağlı olan iki aləm xəlq etmişdir. Onlardan biri Ulyadır, o birisi isə Suflidir. Hər iki aləmin yaradılışını insanda icad etmişdir. Necə ki, bu aləmi kürəvi şəklində xəlq etmişdir, insanın başını da kürəvi şəklində xəlq etmişdir. İnsanı

02.05.2021 3283
.

Onsuz həyatın mənası yoxdur...

Həyata məna qatan nədir?. İntiharların son zamanlarda aktual mövzuya çevrildiyini nəzərə alaraq, bir müddət öncə "İntihar etmək istəyən dostuma." başlıqlı bir məqalə yazmışdım. Oxuculardan birinin maraqlı sualı məni hazırkı yazını yazmağa vadar etdi. Cavab verməzdən öncə həmin şəxsə təşəkkürüm

25.12.2019 3836
.

Nəyə görə ayaqyoluna sol ayaqla girib sağ ayaqla çıxmaq tövsiyə edilir?

Tibb elmi buna cavab verir. İnsan ayaq yoluna sağ ayağı ilə daxil olduğu zaman ürək tutması və ya iflic olarsa bu zaman o arxası üstə yerə düşmüş olur. Əgər sol ayaqla daxil olduğu zaman ürək tutması və ya iflic olarsa bu zaman o üzü üstə ayaq yoluna düşmüş olur. Heç bir müsəlman ayaq yolunda nəcis ola

11.01.2020 5697