Əliağa Vahidə həsr olunmuş ''Qəzəlxan'' filmi (Film)

Əliağa Vahidə həsr olunmuş ''Qəzəlxan'' filmi (Film)Məzmun
Film dahi Azərbaycan şairi Məhəmməd Füzulinin yadigarı-qəzəlxan, lirik şair Əliağa Vahidə həsr olunmuşdur.
Burada vahid bir süjet xətti yoxdur. Buna baxmayaraq şairin həyatı xronoloji ardıcıllıqla izlənilir. Müəlliflər Vahidi əhatə edən adamların da adlarını dəqiq göstərmirlər. Onlar ustad şairin çətin keçən həyat yolunun ayrı-ayrı məqamlarını lentə almaqla onun ümumiləşdirilmiş bədii obrazını yaratmağa çalışmışlar.

Film haqqında
Filmdə çoxlu lirik mahnılar, muğamlar və təsniflər oxunur.
Film aktyor Əhməd Əhmədovun kinoda son işidir.
Filmdə Əliağa Vahidin sağlığında lentə alınmış səsi də yer almışdır.
Film iki seriyadan ibarətdir.

Festivallar və mükafatlar
1)1992-ci ildə Daşkənddə Asiya, Afrika və Latın Amerikası ölkələrinin XI Beynəlxalq kinofestivalı
Filmə Priz və Diplom verilmişdir.
2)1993-cü ildə Bakıda Azərbaycan filmlərinin II festival-müsabiqəsi
Quruluşçu rejissor və ssenari müəllifi Şahmar Ələkbərova ən yaxşı bədii filmə görə Mükafat verilmişdir.
Aktyor Loğman Kərimova ən yaxşı kişi roluna görə Mükafat verilmişdir.

Ssenari müəllifi: Şahmar Ələkbərov
Rejissor: Şahmar Ələkbərov
Operator: Rafiq Əliyev (III)
Rəssam: Rafiq Nəsirov, Elbəy Rzaquliyev
Bəstəkar: Ramiz Mirişli, Nazim Mirişli
Səs operatoru: Nataliya Nuriyeva
Montaj edən: Nailə Dadaşova
Rollarda: Loğman Kərimov-Əliağa Vahid

Mirzə Ağayev-Ağahüseyn
Həmidə Ömərova-Xanım

Nübar Novruzova-Leyli
Kamal Xudaverdiyev-Qafarzadə
Yaşar Nuri-Müdir

Filmi səsləndirənlər: Fəxrəddin Manafov-Əliağa Vahid (Loğman Kərimov) (titrlərdə yoxdur)
Nəcibə Hüseynova-Vahidin 1-ci arvadı (Laləzar Mustafayeva) (titrlərdə yoxdur)
Səidə Quliyeva-Xanım (Həmidə Ömərova) (titrlərdə yoxdur)
İlham Əsgərov-Mirzə (titrlərdə yoxdur)
Janr: Dram

Bioqrafik
Dil: Azərbaycan dili
Ölkə: Azərbaycan
İstehsalçı qurum: "Azərbaycanfilm" Kinostudiyası
Filmin növü: Tammetrajlı Bədii Film
Rəng: Rəngli (ağ-qara kadrlarla)
Vaxt: 148 dəq.

1-ci seriya: 83 dəq.
2-ci seriya: 65 dəq.
İl: 1991
Film çəkilən yerlər: Bakı
Bakı, kinostudiyanın pavilyonu
Bakı, Nağıyev adına xəstəxana
Bakı, Nardaran qəsəbəsi
Bakı, Sovetski məhəlləsi
Şamaxı
Texniki məlumatlar: 2 seriya
14 hissə
35 mm


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 6986   Tarix: 19 sentyabr 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390