"Dayə deyirdi ki, nəfəs ala bilmir, uşaq da boğulur" - Yanğında həlak olan Ayxanın nənəsi

"Dayə deyirdi ki, nəfəs ala bilmir, uşaq da boğulur" - Yanğında həlak olan Ayxanın nənəsiBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il mayın 19-da Binəqədidə baş verən yanğına səbəb olmaqda təqsirləndirilən Uğur Bəşirov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

BiG.AZ xəbər verir ki, qafqazinfo-nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər ifadə verib.

Zərərçəkmiş Tariyel Cavadov deyib ki, yanğın zamanı azyaşlı nəvəsi vəfat edib: "Yanğın vaxtı mən Bakı Qızlar Universitetində imtahan götürürdüm. Qızım zəng edib dedi ki, ev yanır çıxa bilmirəm. Dedim hər şeyi atıb çıxın. Ordan çıxıb evə gəldim, çatandan sonra 4 saat gözlədim. Binanın beşinci mərtəbəsinə kimi çıxdım, gördüm boğuluram, geri qayıtdım. Mən çatanda yanğınsöndürənlər orda idi, amma yanğını söndürməyə xeyli gec başladılar. Bizə 74 min manat maddi ziyan dəyib. Yanğın sönənə yaxın bizə dedilər ki, hamı çıxarılıb, yaxınlarınızı xəstəxanalarda axtarın. Ondan sonra qohumum zəng edib dedi ki, qızım Şahnaz Qəniyev tüstüdən zəhərlənib, amma yaxşıdı, 1 yaş 9 aylıq nəvəm Ömər Vüqar oğlu dünyasını dəyişib. Qızım sonra dedi ki, uşağı təhlükəsiz yerə keçirib, sonra özündən gedib. Bizim binada təxliyyə yolları yox idi. Bizə dəyən mənəvi ziyanın heç bir miqyası yoxdur. Mən 100 min manat təzminat tələb edirəm".

T.Cavadovun həyat yoldaşı Rəsmiyyə Mustafayeva ifadə verərək ərinin dediklərini təsdiq edib.

Digər zərərçəkən Səbinə Manafova ifadə verərək yanğın vaxtı özünün işdə, anası Elvira Manafovanın evdə olduğunu deyib: "Mən gəlib anamı binanın qarşısında tapdım. Qonşunun maşını ilə xəstəxanaya apardıq".
S.Manafova bildirib ki, binanın üzlənməsi 2013-cü ilin aprel ayında başa çatıb.

Təqsirləndirilən Miryusif Mahmudov deyib ki, yanan binanın yaxınlığındakı yarımçıq tikili qanunsuz tikilib: "Yanğın bitməmiş insanlar müsahibə verib deyirdilər ki, üzlük material keyfiyyətsiz olub, tərkibində qatqı olmayıb, ona görə yanıb. Axı siz yanğın davam edə-edə materialın necə olduğunu hardan bildiz? Ekspertiza buna ancaq 9 ay sonra cavab verib".

Zərərçəkən İlqar Vahabov isə ifadəsində deyib ki, yanğın vaxtı işdə olub: "Yoldaşım Aysel Vahabova zəng edib dedi ki, bina yanır. Dedim, tez qaç çıx. Saat 11:01-də təkrar ona zəng etdim, cavab vermədi. Təxminən 10 dəqiqəyə evə gəldim. Uşaqlar məktəbdə idilər, amma stressdən heç ağlıma da gəlmirdi, elə bilirdim evdədilər. Yoldaşımı binanın yanında tapa bilmədim. Məktəbə getdim, gördüm ordadı, uşaqlarım da yanında idi. Mən təkrar binanın yanına qayıdanda gördüm yanğınsöndürənlər ordadı, amma su vurmurdular. Yanğın söndürüləndən sonra, axşam saat 9-10-da evə buraxdılar, qızıllarımızı götürüb çıxdım. Bizə 30 min manat maddi ziyan dəyib. Mən 10-cu mərtəbədə yaşayıram. Bizdən yuxarıda siqaret çəkənlər olub ki, kötüyü atıblar, düşüb poliuretanın üstünə, barmaq izi boyda yer əriyib, amma alışmayıb. Sakinlərdən kimsə test üçün üzlüyü yandırmaq istəmişdi".

Səbinə Manafova qeyd edib ki, poliuretanlar quraşdırılanda "svarka" zamanı bir material yana-yana yerə düşdü. O vaxt üzlənməni saxladılar. Atam da "zajqalka" ilə materialın bir parçasını yanıb-yanmamasını yoxlamışdı, ərimişdi, amma yanmamışdı. Sonra dedilər ki, analiz olunub, yanan material deyil və üzləməyə davam etdilər".

Naibə Mahmudova deyib ki, yanğın vaxtı evdə olub: "Pəncərədən baxdım, gördüm aşağıda nəsə tüstüləyir, yumru şəkildə kağızlar yanırdı. Elə bil kimsə sıxıb ora qoymuşdu, yoxsa onları külək aparardı. On dəqiqə sonra gördüm güclü tüstü qalxır, pəncərələri bağlayıb, oğlanı götürüb qaçdım".

Ərəstun Nemətov ifadə verərək deyib ki, yanğın başlamadan öncə həyətdə olub: "Mən saat 7-dən binanın qabağında dayanırdım, taksiçi işləyirdim. Dedilər harasa yanır, gəlib gördüm həmin damın üstündə ağ tüstü çıxırdı. Yuxarı mərtəbələrə qışqırıb dedim ki, su tökün, sönsün. Tüstü alovlanmağa başlayanda evə qaçdım. Evdə yoldaşım, oğlum və nəvəm var idi. Onları liftlə aşağı düşürtdüm. Binadan çıxanda halımız özümüzdə deyildi. Nəvəm deyirdi ki, baba, ölürəm. Dedim qoymaram öləsən".

Yanğın zamanı vəfat edən Ayxan Babayevin nənəsi Zəhra Babayeva ifadə verib. O deyib ki, qızı yenicə ana olduğu üçün prosesə qatıla bilmir: "Yanğın vaxtı rəfiqəm zəng edib dedi ki, binanız yanır, evdə kimsə var? Dedim uşaqla dayə evdədi. Dayə ilə danışdım, dedi yanğın böyükdü, çıxa bilmirik. Mən gəlib çatanda gördüm bizim mənzil tərəf yanmır, rahatlaşdım ki, indi söndürəcəklər. Orda itki az ola bilərdi, nəvəm sağ qala bilərdi. Biz FHN işçilərinə yalvarırdıq ki, binanın bu tərəfi yanmır, kranla çıxın adamları düşürdün. Saat 12-yə kimi nəvəm sağ olub. Dayə ilə danışırdıq, deyirdi daha nəfəs ala bilmirəm, uşaq da boğulur. Nə qədər sonra kran gəldi, 5-ci mərtəbədən yuxarı qalxmırdı. FHN işçiləri gəlmişdilər, maskasız idilər deyə binaya girə bilmirdilər. Özümüz girmək istəyəndə bizi vururdular, kürəkənimin alnını partlatdılar. Deyirdik adamları çıxardın, qərargahın rəhbərliyi deyirdi qoy yanğını söndürək, sonra adamları çıxararıq. Bizə yalandan deyirdilər hamı bir otaqdadı, dayə də ordadı, uşaq da. Amma həmin vaxt uşaq ölübmüş. Ayxan saat 12:03-də boğulub. FHN işçisi çıxıb balkonda oturub siqaret çəkirdi. Saat 2-də kran gəldi, FHN işçisi binanın çölündən koridora baxıb deyirdi ki, "adam yoxdu", daha binaya girmirdi. Özündən gedən adam gəlib dəhlizdə uzanır? Budur Azərbaycanın fövqəladə sistemi? Biz çöldə dayanmışdıq, vertolyot suyu binanın üstünə yox, bizim üstümüzə tökürdü. Uşağı çıxaranda bizi qoymadılar təcili yardım maşınına minməyə. Uşağın köynəyinin üstündən ona iynə vurmuşdular. "Semaşko"ya getdik, siyahıya baxdım, gördüm Ayxanın adının üstündən xətt çəkiblər. Soruşdum, dedilər burda yoxdu, ona görə. Amma ölübmüş, bizə demədilər. Axşamüstü saat 5-də morqda tapdıq. Biz həmin gün hər şeyi yuxu kimi yaşayırdıq. Ayxan bizim ilk nəvəmiz idi. Biz onum yeriməyinə, dil açmasına sevinmişdik. Həkim ölüm kağızına yazıb ki, dəm qazından zəhərlənib ölüb. O həkimin üzünə tüpürərəm, orda dəm qazı var idi?!"

Rəna Əhmədova deyib ki, yanğın başlayan vaxt evə gəlib: "Gördüm nəsə ağ tüstü var, ordakı adamlardan soruşdum, dedilər nəsə yanğın var. Xətaidəki yanan bina gözümün qabağına gəldi. Tez yuxarı çıxıb, gəlinimlə nəvəmi götürüb binadan çıxartdım".

Yanğınsöndürən Xətai Şahverdiyev deyib ki, mayın 19-u səhər növbəni təhvil verib imtahana gedib: "Orda Binəqədi rayonunun zabitlərinə dedilər ki, ərazinizdə yanğın var, gedin. Mən də Nəsimi rayonunun rəisi ilə danışıb icazə aldım, kömək üçün getdik. Biz imtahandan çıxıb getdiyimiz üçün formada deyildik, əsgər paltarındaydıq. Ora çatanda iş yoldaşlarımız dedi ki, temperaturdan qalxmaq olmur. Mən başıma papaq qoyub qalxdım, ratsiyam yox idi. On dördüncü mərtəbəyə kimi qalxdım, səkkizinci mərtəbədə uşaq meyiti gördüm, onu düşürməyi vaxt itkisi hesab etdiyim üçün yuxarı qalxıb sağ adam axtardım. 14-cü mərtəbədə açıq qapıdan girdim, yaşlı qadın var idi. Papağımı çıxarıb onun başına keçirtdim, bir az düşdük, dedi astmayam gəlmədi. Mən paltarımı da, balonu da ona verib, özüm qaçaraq düşdüm. Sonra gördüm ki, həmin şəxs düşmək istəmir, qorxur. Qayıdıb onu götürdüm, 6-cı mərtəbəyə kimi düşdük. Orada yanğınsöndürənləri gördüm, tüstüdən zəhərlənmişdim, özümdən getdim. Əməkdaşlarımız bizi çölə çıxartdılar. Binadan çıxanda da şüşə sınıb qolumu kəsmişdi. Heç bir tələbim yoxdur".

Məhkəmə prosesi saat 14-də davam etdiriləcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2584   Tarix: 14 iyul 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428