Suriyada döyüşən azərbaycanlı: "Zorla cinsi əlaqəyə girdim"

Suriyada döyüşən azərbaycanlı: "Zorla cinsi əlaqəyə girdim"Hakimin suallarını cavablandıran şəxs onu Suriyaya aparan yollardan da söz açıb.

"Kürd qüvvələriylə döyüşlərdə əsir düşdüm. Əsirlikdə olanda gördüm ki, kürd qadınlar düşərgədə qulluqçu kimi işləyir. Orada kürd qadınlarla cinsi əlaqəyə girmək və başqa məqsədlər üçün istifadə olunmuşam".

BiG.AZ Azadliq radiosuna istinadən xəbər verir ki, bunu Bakı Ağır Cinayətlər Məhkəməsində mühakiməsi davam edən Rufan Ağcabəyov deyib.

Suriyada Bashar al-Assad rejiminə qarşı döyüşməkdə ittiham olunan Rufan Ağcabəyovla Marfin Vladimirin məhkəməsi 1 aya yaxındır ki, davam edir.

Rufan əsirlikdə olarkən başına gələnlərdən danışarkən deyib ki, saxlandığı düşərgədə hər gün kürd qadınlarla zorən cinsi əlaqəyə girib. Hakimin suallarını cavablandıran Rufan onu Suriyaya aparan yollardan da söz açıb:

"Mən ora Orxan adlı bir nəfərin vasitəçiliyi ilə, Türkiyədən keçərək gedib çıxmışdım. Xeyli azərbaycanlı vardı. İşimin adı "camaat"ın yerləşdiyi inzibati binaya gecə və gündüz keşik çəkmək idi. Silah da vermişdilər – "AK-74" avtomatı... Ümumiyyətlə, orda vəziyyət belədir - Suriya ərazisində"Azəri camaatı" iki yerə bölünür.

Bir hissəyə Abu Yəhya, ikinci hissəyə Xalid başçılıq edir. Abu Yəhyanın dəstəsində 70-80, Xalidin dəstəsində 15-20 azərbaycanlı var. Mən Xalidin dəstəsindəydim. Xalidin dəstəsi hələ yeni yaranmaqdaydı. "Azəri camaatı"nın tərkibi təkcə azərbaycanlılardan ibarət deyildi. "Camaat"da Dağıstandan və başqa yerlərdən müxtəlif millətlərdən olan insanlar cəmləşib".

Təqsirləndirilən şəxs danışır ki, getdiyi gündən qoruduğu qərargahda - Atma qəsəbəsindəki yüksəklikdə olub. Qərargaha keşik çəkdiyi müddətdə Xalidin yanına xeyli azərbaycanlının gəlib getməsinin şahidi olub.

O, ifadəsində göstərib ki, ərəb şeyxləri tez-tez "Camaat"a yardımlar göndərirmiş.

Əsir düşdüyü müddəti isə həyatının ən ağır günləri hesab edir. O, əsirlikdə olarkən düşərgədə kürd qadınlarının xidmət göstərdiyini, əsirlərin həmin qadınlarla zorla cinsi əlaqəyə məcbur edildiyini də deyir.

Rufan Suriyaya hansı marağa görə getməsi ilə bağlı suala "orda gündə üç dəfə pulsuz yemək və 750 Suriya pulu verilirdi" deyə cavab verib.

O, bildirib ki, Xalidin və Abu Yahyanın dəstəsinin məqsədi İslam Dövləti (İŞİD) silahlı qruplaşmasına qoşulanları ərzaq və hərbi geyimlərlə təmin etmək, həmin ərzaqları və geyimləri qaçaq yolla Suriyaya keçirmək olub.

Əslən Xaçmaz rayonundan olan Rufan Ağcabəyovun qardaşı Urfan Ağcabəyov da Suriya döyüşlərindən birində öldürülüb. Hər iki qardaş Qarabağ müharibəsi iştirakçıları olub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6622   Tarix: 02 iyul 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Şimşək çaxacaq, dolu düşəcək

Aprelin 19-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinə -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16 isti, gündüz 22-2

12:40 438
.

Robot tozsoran partladı - VİDEO

Türkiyənin Kocaeli şəhərində robot tozsoran partlayıb. BİG.AZ xəbər verir ki, hadisənin baş vermə səbəbi məlum deyil. Evə yanğınsöndürənlər cəlb olunub. Yanğın söndürülüb

18:01 65
.

"Xəstəliklərin yaranması həm də su ilə bağlıdır"

"İnsanlarda baş verən xəstəliklərin 25 %-dən çoxu bilavasitə ətraf mühitlə bağlıdır". qafqazinfo-ya istinadən xəbər verir ki, bu fikirləri deputat Əhliman Əmiraslanov Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin "Sağlam ailə modelini

17.04.2024 1099
.

3 avtomobilin iştirakı ilə baş verən qəza - VİDEO

Türkiyənin Kayseri şəhərində 3 avtomobil iştirakı ilə zəncirvari qəza olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 2 nəfər yaralanıb. Hadisənin baş vermə səbəbləri məlum deyil. Qəzanın baş vermə səbəbi məlum deyil. Hadisə ərazidəki təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb

18:01 60
.

Nigarın sinə dekolteli geyimi - Fotolar

"Avroviziya 2011" qalibi Nigar Camal geyimi ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, sənətçi sinə dekolteli paltarla obyektiv qarşısına keçib. Nigar həmkarı Dilarə Kazımovanın da yer aldığı şəkilləri instaqram hesabında yayımlayıb. "Çox gözəl bir gündür. Onun bitməsinə imkan verməyin"

17.04.2024 923
.

Paşinyan Bəşər Əsədə təbrik məktubu göndərib

Ermənistanın Baş naziri Nikol Paşinyan Suriyanın prezidenti Bəşər Əsədə Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. "Suriya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə sizə və dost Suriya xalqına ən səmimi təbriklərim

17.04.2024 334
.

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Şuşa şəhərinin 2024-cü il üçün "İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı" seçilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Şuşa şəhərinin 2024-cü il üçün "İslam Əməkdaşlıq Təşkilatını

17.04.2024 501
.

"Ermənistan rəhbərliyinin addımını dəstəkləyən kəslər, Azərbaycanın da bu kimi addımlar atacağı təqdirdə səssizliyini qorusun"

"İranın Ermənistandakı səfiri Mehdi Sobhaninin son 1 ayda açıqlamaları Bakı və Tehran arasında hazırda mülayimləşməyə gedən münasibətlərə xələl gətirir. İlin günün bu vaxtında hazırda Azərbaycanla İran arasında nəqliyyat - kommunikasiya və sərhədyanı ərazilərdə başladılan yeni əməkdaşlıq trendlər

18:01 56
.

Bakı küçələrində lüt qaçan kişi xəstəxanaya yerləşdirildi

Sosial şəbəkələrdə küçədə lüt gəzən kişinin görüntüləri yayılıb. -ın əldə etdiyi məlumata görə, küçədə çılpaq gəzən şəxsin sosial şəbəkələrdə əks olunan görüntüləri araşdırılıb. Polis tərəfindən 1986-cı il təvəllüdlü şəxs müəyyən olunub. Qardaşının müraciəti əsasında onun sağlamlıq vəziyyəti nəzərə alınara

16:59 287