Mədət Quliyevin yanında sensasion iclas - 127 naməlum meyit tapıldı

Mədət Quliyevin yanında sensasion iclas - 127 naməlum meyit tapıldı"2014-cü ildə Kəlbəcərdə işğalçı Ermənistan hərbçiləri tərəfindən girov götürülən və qeyri-qanuni azadlıqdan məhrum edilən Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad olunması məsələsi dövlət başçısının daim diqqət mərkəzindədir. Bununla əlaqədar müvafiq beynəlxalq təşkilatlar qarşısında əsaslandırılmış tələblər qaldırılıb".

BiG.AZ-ın məlumatına görə, bunu bu gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının iclasında Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev deyib.

213 itkinin taleyinə aydınlıq gətirilərək adları qeydiyyatdan çıxarılıb. Bununla yanaşı, 11 nəfərin hələ atəşkəsə qədərki döyüşlər zamanı itkin düşməsi faktı aşkarlanıb.

M. Quliyev bildirib ki, aprel hadisələri ilə əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu gücləndirilmiş iş rejimində çalışıb: "Həmin hadisələrlə əlaqədar 19 Ermənistan hərbçisinin meyiti qarşı tərəf verilib, şəhid olmuş 13 Azərbaycan hərbçisinin meyiti alınıb".

Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov ikin düşmüş şəxslərlə əlaqədar bu ilin 6 ayı ərzində aparılmış axtarış-araşdırma və siyahılarda dəqiqləşdirmə işləri, həmçinin aprel humanitar proseslərin təşkili barədə danışıb: "İtkin düşmüş şəxslərlə bağlı məlumatların dəqiqləşdirilməsi, Beynəlxalq Qızıl Xaç Komitəsi ilə mövcud olan siyahıda fərqin aradan qaldırılması sahəsində işlər davam etdirilib. 213 itkinin taleyinə aydınlıq gətirilərək adları qeydiyyatdan çıxarılıb. Bununla yanaşı, 11 nəfərin hələ atəşkəsə qədərki döyüşlər zamanı itkin düşməsi faktı aşkarlanıb. 2016-cı il iyulun 1-ə olan məlumata görə, 3803 nəfər hazırda itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb. Ötən ilin sonunda Beynəlxalq Qızıl Xaç Komitəsi ilə Dövlət Komissiyasının itkin düşmüş şəxslərlə əlaqədar təqdim etdiyi siyahılarda fərq 300 nəfərdən 85 nəfərə qədər azalıb".

İşçi Qrupunun rəhbəri nəzərə çatdırıb ki, bu ilin iyununda Ermənistan ərazisində saxlanılmış Qətibə Ələkbərova azad edilib: "Ümumilikdə, 1 iyul 2016-cı il tarixə olan məlumata görə, 1436 nəfər əsir və girovluqdan azad edilmiş şəxs kimi Dövlət Komissiyasında qeydiyyatdadır. Hesabat dövründə İşçi Qrupu tərəfindən münaqişə zamanı şəhid olan və tanınmadan dəfn edilən meyitlərə aid məzar yerlərinin CPS koordinaitlarının çıxarılması işinə də start verilib. 127 naməlum məzar yeri müəyyənləşdirilərək koordinatları təsbit olunub"./apa.az/


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1636   Tarix: 02 iyul 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Türkiyədə plastik məhsullar istehsal edən fabrikdə baş verib - VİDEO

Türkiyənin İzmir şəhərində plastik məhsullar istehsal edən fabrikdə yanğın olub. BİG.AZ xəbər verir ki, hadisənin baş vermə səbəbi məlum deyil. Əraziyə axtarış-xilasetmə əməkdaşları cəlb olunub. Yanğın söndürülüb. Həmin videonu təqdim edirik:

18.04.2024 112
.

Qazaxıstanda daşqınlar nəticəsində 5 nəfər ölüb

Qazaxıstanda daşqınlar nəticəsində 5 nəfər ölüb, 2 nəfər itkin düşənlərin axtarışları davam edir. xəbər verir ki, Qazaxıstan daxili işlər nazirinin birinci müavini Marat Kocayev Senatın ümumi iclasından sonra jurnalistlərə açıqlama verib. Kocayev ölkədə davam edən daşqınlar səbəbilə Atrau bölgəsind

18.04.2024 156
.

Yaponiyanın qərbində ardıcıl zəlzələ oldu

Yaponiyanın qərbindəki Ehime prefekturasının sahilində yerləşən Bunqo-suido boğazında ardıcıl zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 6,4 və 5 bal gücündə baş verib. Bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Qeyd edək ki, 6,4 maqnituda gücündə zəlzələ 50 kilometr dərinlikdə, 5 maqnitudal

18.04.2024 207
.

"Google" İsrailə görə 28 əməkdaşını işdən çıxardı

"Google" İsrail hakimiyyəti ilə müqaviləsinə etiraz edən 28 əməkdaşını işdən çıxarıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb. Bildirilib ki, etiraz aksiyaları şirkətin Nyu-York və Kaliforniyanın Sanniveyl şəhərindəki ofislərində keçirilib

18.04.2024 123
.

Kişi əqrəb yeyib özünü öldürdü

Türkiyədə əqrəb yeyən kişi ölüb. Türkiyə mediasına istinadən xəbər verir ki, Kayserinin Hasancık kəndində yaşayan 56 yaşlı Bilal Yiğit depressiyaya düşməsi nəticəsində 2 əqrəb yeyib. Avtobusla Artvinə gedən Bilal Yiğitin Samsunda avtobusda ikən vəziyyəti pisləşib. Xəstəxanaya aparılan Yiğit 2 əqrəb yediyin

18.04.2024 242
.

"Valideyn repititora verdiyi pula görə uşağı sıxışdırır" - Psixoloq

Hər il universitetə qəbul imtahanından sonra uğurlu nəticə göstərməyən abituriyentlərin intiharının şahidi oluruq. Bir çox hallarda onların intiharına səbəb valideyn təzyiqi olur. Mövzu ilə bağlı -a danışan psixoloq Gülnar Orucova bildirib ki, valideyn repititora verdiyi pula görə uşağı sıxışdırır. Validey

18.04.2024 333
.

Robot tozsoran partladı - VİDEO

Türkiyənin Kocaeli şəhərində robot tozsoran partlayıb. BİG.AZ xəbər verir ki, hadisənin baş vermə səbəbi məlum deyil. Evə yanğınsöndürənlər cəlb olunub. Yanğın söndürülüb

18.04.2024 376
.

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq. "Report" xəbr verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentdə Aqrar siyasət komitəsinin "Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu" mövzusunda keçirdiy

18.04.2024 264
.

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz İDDİA + VİDEO

"Məni həkim yox, texniki işçi əməliyyat edib". -ın məlumatına görə, bu iddianı paytaxt sakini Camal Şabanov irəli sürüb. Onun sözlərinə görə, bu il fevral ayında İcbari Tibbi Sığorta ilə Bakı Sağlamlıq Mərkəzində ayağından əməliyyat olunub. Camal Şabanov deyir ki, onu həkim Ruslan Əliyevi

17.04.2024 795