"Elmir psixoloqdur, seksopatoloq deyil..."- seksi ibadət adlandıran Elmiri biabır etdilər

"Elmir psixoloqdur, seksopatoloq deyil..."- seksi ibadət adlandıran Elmiri biabır etdilərPsixoterapevt Elmir Əkbərin modern.az saytına müsahibəsində seksi ən müqəddəs ibadət kimi təqdim etməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Psixoterapevt fikirlərini intim münasibətin cəmiyyətdə düzgün anlaşılmaması ilə əsaslandırıb: "Bizdə seks çox iyrənc bir şey kimi çatdırılır. İntim həyat, seks çox müqəddəs bir ritualdır, ibadətdir. Bəlkə də ən müqəddəs ibadətdir. İnsanın kamilliyə doğru yolunda ən gözəl bir ritualdır".

"Elmir psixoloqdur, seksopatoloq deyil..."- seksi ibadət adlandıran Elmiri biabır etdilərBiG.AZ bildirir ki, psixoterapevti bu sözlərinə görə qınayan hacı Təyyar Hüseynli publika.az-a açıqlamasında ən gözəl ibadətin abırlı danışmaq olduğunu deyib: "Elmir Əkbəri psixoloq olaraq teleməkandan tanıyıram. Onun sahəsi psixoloq, yəni ruhlarla bağlıdır. O, öz işi ilə məşğul olsun. İlahiyyatçı olaraq psixoloqların, digər peşə sahiblərinin belə qeyri-etik ifadələr işlətməyinin əleyhinəyəm.

"Qurani Kərim"də də var ki, biz sizi qadın və kişidən yaratdıq. Lakin bunlar hamısı ədəb-əxlaq insani dəyərlər çərçivəsində olacaqsa, ömrümüz saflıqla keçəcəksə, bu zaman ömrümüz ibadət deməkdir. Bu ümumi cümlədə ömrümüzün bütün davranışlarını ibadət hesab etmək olar. Amma Elmir Əkbərin dediyi cümləni, ağzımıza almağa, açıq-aşkar dilimizə gətirə bilməyəcəyimiz ifadəni səsləndirməsi ayıbdır. İnsanla heyvanın fərqləndirən yeganə amil utanmaq hissidir. Bir insan hər hansı sözü işlətməyə utanmırsa, onu qeyri-insani dəyər hesab edirəm. Elmir Əkbər və digər insanlar istər mətbuat, istərsə də çoxsaylı insan qarşısında işlətdiyi ifadəyə ciddi nəzarət etsin.

Belə cümlələri özünü apara bilməyən şou əhlindən, hansısa formada, hansısa yollarla məşhurluq tapanlardan eşidirdik. Şan-şöhrət həmin şəxslərin başını döndərir, özlərini apara bilmədiklərinə görə istədiklərini danışır və istədiklərini edirlər. Elmir Əkbər psixoloqdur, efirlərdə tanınıb. Bu cümləni qəbul etmirəm, utanılmalı cümlədir. Mən ona cavab verirəm ki, həyalı, abırlı danışmaq ibadətdir. İbadət mənəviyyata, ibadətə aiddir, psixologiyaya yox. Elmir Əkbər isə psixoloqdur, seksopatoloq deyil. O, öz peşəsindən danışmalıdır. O cümləni işlətmək isə, ümumiyyətlə, utanmazlıqdır. Belə fikirlər qınanmalıdır.

"Elmir psixoloqdur, seksopatoloq deyil..."- seksi ibadət adlandıran Elmiri biabır etdilərPsixoloq Könül Cəfərova isə bildirib ki, bir psixoloq buna ibadət kimi baxırsa, bu, onun öz problemidir: "Hər bir psixoloqun situasiyaya yanaşma tərzi var. Elmir Əkbərin nə üçün belə bir ifadə işlətməsini, bunu necə əsaslandırmasını deyə bilmərəm. Bu ifadəni nə üçün söyləməsinə, necə yanaşmasını Elmir Əkbər özü açıqlamalıdır. Onun fikrinin yanlış olub-olmamasını deyə bilmərəm. Sadəcə, seksual münasibətin nə olması ilə bağlı öz fikirlərimizi çatdıra bilərəm. Bir məqam var ki, seksual münasibətlər tələbatlar sahəsinə aiddir. İnsanın ödənilməsi lazım olan tələbatıdır. Çünki insan ikili yaradılıb və insanın belə bir tələbatı ödənilməlidir. Amma ibadət kimi qəbul etmək olmaz. Elə xanımlar var ki, erkən yaşda ailə qurub və yoldaşını itirib. Bu fikirlə həmin xanımlara bir sədd qoymuş oluruq ki, seks ibadətdir və sən ibadətlə məşğul olmalısan. Bu baxımdan həmin ifadə doğru deyil. Seks, sadəcə, tələbatdır və ödənilməlidir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6327   Tarix: 01 iyul 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Divanımızın olması üçün dua etmişəm" - Aşıq Zülfiyyə

Aşıq Zülfiyyə İbadova maraqlı açıqlaması ilə diqqət çəkib. -ın xəbərinə görə, o yeni ailə quranda çox kasıb olduqlarını bildirib. "İndi yalan danışmağın heç bir mənası yoxdur. Hətta gecə-gündüz dua edirdim ki, divanımız olsun. Çünki evə divan ala bilmirdik", - o bildirib. Zülfiyyə deyib ki

28.03.2024 207
.

İsrail ordusu 25 fələstinlini əsir götürüb

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı biri uşaq olmaqla 25 fələstinlini əsir götürüb. xəbər verir ki, Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Məhbuslar və Azad Edilən Nümayəndə heyətinin birgə bəyanatına görə, İsrail qüvvələri İorda

28.03.2024 114
.

Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev "Formula 1" oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur. "Qafqazinfo" Çingiz Mehdiyev və onun cinayəti il

28.03.2024 618
.

Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər

Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri aprelin 8-9-da Ermənistanda səfərdə olacaqlar. Bu ölkənin mətbuatında yayılan məlumatlara görə, səfərin məqsədi regionda baş verən proseslər və Ermənistan-Azərbaycan sülh prosesi haqqında məlumat əldə etməkdir. Nümayəndə heyəti həmçini

28.03.2024 125
.

Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb

Aktrisa Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb. xəbər verir ki, bu barədə xarici media bildirib. Məzarın 400 dollara satılacağı gözlənilir

28.03.2024 188
.

Gəncədə yaşayış binası yanır - Video

Gəncə şəhərində yaşayış binasında yanğın baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, beşmərtəbəli yaşayış binasında olub. İlkin məlumata görə, alov binanın dam örtüyündə qeydə alınıb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafiz

28.03.2024 185
.

DİN-dən vətəndaşlara MÜRACİƏT: "Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın"

Daxili İşlər Nazirliyi (DİN) bir daha vətəndaşlara müraciət edərək, hesab məlumatlarını naməlum şəxslərlə paylaşmamağı tövsiyə edib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib. "30 00, 17 00, 26 700, 9 00, 270, 500, 678, 852, 310, 400 manat məbləğlərind

28.03.2024 198
.

"Rusiya Azərbaycana silah satırdı, Ermənistana isə hədiyyə edirdi" - Politoloq

Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib ki, Rusiya Ermənistanı dəfələrlə aldadıb. O qeyd edib ki. Rusiya Ermənistanı "ən çətin dövrdə" tək qoyub. Aİ-yə üzvlük Ermənistan üçün ən məqbul variantdır. Mövzu ilə bağlı -a danışan politoloq Turan Rzayev bildirib ki, 44 günlük İkinci Qaraba

13:54 0
.

Kraliça Kamilla rəsmi tədbirlərə qatılır

İngiltərə kralı Çarlz və şahzadə Keyt Midlton səhhətlərindəki problemlərə görə rəsmi tədbirlərdə iştirak edə bilmir. xəbər verir ki, onları kraliça Kamilla əvəz edərək tədbirə qatılıb. İngilitərə xalqı "Keytə sevgilərimizi göndər" yazılı qeydlər göndəriblər

28.03.2024 191