Səhvən öldürülən şəxs iş adamı deyil, kababçı imiş...

Səhvən öldürülən şəxs iş adamı deyil, kababçı imiş...Xəbər verdiyimiz kimi, Göyçay rayonunda iş adamını 16 bıçaq zərbəsi ilə amansızlıqla qətlə yetirən Ağdam rayonunun Yeni İmamqulubəyli kənd sakini, 1991-ci il təvəllüdlü Süleymanov Sərxan Allahverdi oğlu isti izlərlə tutulub.

Yerli mətbuatda yayılan məlumata görə, yaşadığı evdə yatdığı vəziyyətdə öldürülən iş adamının qətlinin tamah məqsədilə törədilmədiyi məlum olub.

S. Süleymanovun ilkin dindirilməsi zamanı məlum olub ki, Cəbrayıl Kərimov təsadüf nəticəsində öldürülüb.

Belə ki, qətli törədən şəxsin bacısı 1982-ci il təvəllüdlü Süleymanova Nargilə Allahverdi qızı aprel ayının əvvəllərində evlənmək məqsədilə Göyçay şəhərinin Hüseynbala Əliyev 24 ünvanında yaşayan Quliyev Orxan Əsəd oğlu tərəfindən qaçırılıb. Bundan sonra Ağdam rayonu ərazisində Orxanla Sərxan arasında münaqişə baş verib.

Adı çəkilən kəndin bələdiyyə sədri Cavid Rəhimov AzVision.az-a açıqlamasında hadisə ilə bağlı Orxan Quliyevin həbs olunduğunu bildirib.

"Sərxan Süleymanovun ailəsi Orxan Quliyev barəsində polis orqanlarına şikayət ediblər. Nəticədə Orxan Quliyev adam oğurluğunda ittiham edilərək həbs edilib. Orxan bundan əvvəl 5 dəfə ailə həyatı qurub, övladları var. O, buna baxmayaraq aprel ayında Sərxanın bacısını qaçırıb. Bir müddət keçəndən sonra qız atası evinə qaçıb. Buna dözə bilməyən Sərxan isə Orxandan intiqam almaq istəyib".

Bələdiyyə sədri qətlə yetirilən Cəbrayıl Kərimovun iş adamı olmadığını deyib: "Mətbuatda onun iş adamı, biznesmen olduğu qeyd edilir. Həmin şəxs icarəyə kiçik bir yer götürüb kababçı işləyirmiş. O, hadisə baş verən gün evdə tək olub. Fiziki cəhətdən zəif adam olmayıb. Yuxulu olduğu üçün müqavimət göstərə bilməyib".

Xatırladaq ki, bacısının evlərinə qaytarılmasından qəzəblənən Sərxan Süleymanov qisas məqsədilə Göyçaya gəlib. Lakin o şəhərin Heydər Əliyev prospekti - 24 ünvanı ilə Hüseynbala Əliyev küçəsi - 24 ünvanlarını səhv salaraq Cəbrayıl Kərimovun mənzilinə daxil olub və onu qətlə yetirib. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən şəxs tutularaq istintaqa təhvil verilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1049   Tarix: 30 iyun 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər. xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub. Qeyd edək ki, E.Süleymanova bu gün 87 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib və İkinc

16:28 420
.

Suren Papikyan Avropa Şurasının Yerevan ofisinin rəhbərinin başçılıq etdiyi nümayəndə heyətini qarşılayıb

Ermənistanın müdafiə naziri Suren Papikyan Avropa Şurasının Yerevan ofisinin rəhbəri Maksim Lonqanqenin başçılıq etdiyi nümayəndə heyətini qarşılayıb. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. Görüş zamanı AŞ-nin İrəvandakı ofisi tərəfindən "Ermənistan Silahlı Qüvvələrində insan hüquqlarını

20:30 10
.

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib. AZƏRTAC xəbər verir ki, aprelin 25-də Ağdamda Azərbaycan İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar və sonra Qarabağ atların

17:29 180
.

34 ildir "Simpsonlar"da görünən obraz "öldü"

"Simpsonlar" cizgi serialının yaradıcıları 34 il "Moe's" barında yer alan "Larri" personajını "öldürüblər". Axşam.az xəbər verir ki, ekran işinin son bölümündə onun öldüyü ilə bağlı səhnə yer alıb. Belə ki, bu personaj 34 ildir ki, həmişə dostu Sem ilə sözügedə

16:06 325
.

Avstraliyada 160-a yaxın balinadan 26-sı öldü

Avstraliyanın Qərbi Avstraliya ştatında yerləşən Tobis İnlet sahilində çoxlu balinalar ölüb. BİG.AZ xəbər verir ki, 160-a yaxın balinadan 26-sı ölüb. Bu barədə ştatın Biomüxtəliflik, Mühafizə və Attraksionlar Departamenti məlumat yayıb. Regionun zabiti Pia Courtis bu durumdan məyus olduğunu bildirib

15:49 119
.

İsrailin Qəzza zolağına hücumları nəticəsində daha bir jurnalist həlak olub

İsrailin Qəzza zolağına hücumları davam edir. BİG.AZ xəbər verir ki, hücum nəticəsində daha bir jurnalist ölüb. Bu barədə Qəzza hökuməti məlumat yayıb. Məlumata əsasən, Fələstin əl-Ən Xəbər Agentliyinin işçisi Məhəmməd Bisam əl-Cəməl İsrailin Rafah şəhərindəki evinə endirilən hava hücumu nəticəsind

17:32 110
.

Bakıda ƏMƏLİYYAT: Sosial şəbəkələrdə bıçaq satanlar tutuldu - VİDEO

Kəsici-deşici alətləri sosial şəbəkələrdə və paytaxt ərazisində müxtəlif ticarət mərkəzlərində yerləşən mağazalarda satan 6 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsini

10:09 333
.

Türkiyədə sürüşmə oldu - VİDEO

Türkiyənin Şırnak vilayətində sürüşmə olub. BİG.AZ xəbər verir ki, hadisə ətrafdakı insanlar tərəfindən mobil telefon vasitəsi ilə qeydə alınıb. Tonlarla çirkab yığını ağacları kökündən qoparıb kənara çəkdi. Həmin anlar kameraya çəkildi

12:14 83
.

"Nişanlım dünyasını dəyişib" - Video

"Nişanlım da olub, istədiyim, sevdiyim bir şəxs də. Amma həmin şəxs biz ailə qurmadan dünyasını dəyişib. Onun yerinə isə heç kimi qoya bilmərəm. O tamamilə fərqli bir insan idi. Onun atası böyük şəxsiyyət, alim idi. Yarı alman idi. Onun atası mənim atamı da tanıyırdı. Onun da ürəyi götürmədi ki

11:46 747