Qadınları belə sünnət edirlər – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR (VİDEO 16+)

Qadınları belə sünnət edirlər – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR (VİDEO 16+)Qadağan edilməsinə baxmayaraq, dünyanın bir çox yerlərində qadın sünnəti deyilən bir qayda hələ də yaşayır. Daha çox Sudanda qəbilələr bu adətə gizli şəkildə də olsa əməl edirlər.

Birləşmiş Millətlər Təşkilatının (BMT) son hesabatında dünyada indiyə qədər 140 milyon qadının sünnət olunduğu deyilir.

Hər il təxminən 2 milyon qız uşağı sünnət səbəbindən ölümlə üz-üzə qalır. Qız sünnəti əsasən Afrika qitəsində yerləşən 30 Afrika ölkəsində həyata keçrilir. Bu bölgələrdə yaşayan hər 100 qadından 73-ü sünnət olunub. Digər Afrika ölkələrindəki bəzi etnik qrup və qəbilələrə mənsub olan qadınların təxminən yüzdə iyirmisi sünnət edilib.

Umman, Yəmən, Birləşmiş Ərəb Əmirliyi, İndenoziya və Malaziyanın bəzi bölgələri ilə Quzey İraqdakı kürd qəbilələrində hələ də qızların sünnət olunması adəti yaşayır.

Bu adəti hətta gəlmələrə də məcbur etdirirlər. Gəlmələr isə yerli adət-ənənəyə uyğunlaşdığını göstərmək üçün əlacsız qalıb azyaşlı qızını ölümlə üz-üzə qoyur. Avropa, Kanada, Amerika, Yeni Zellandiya və Avstraliyada yaşayan kürd ailələri arasında hələ də qız sünnəti gizli şəkildə həyata keçrilir.

Qız sünnəti nədir?

Misir, Sudan, Somali, Mail, Nigeriya, Kenyada hələ də baş tutan qız sünnətini bəziləri islam dini ilə əlaqələndirsələr də bu əslində sırf yanlış fikirdir. Çünki müqəddəs dinimizdə belə yanlışlıqlara yol verilməyib. Bu yuxarıda deyildiyi kimi sadəcə bəzi qəbilələrdə (dinindən aslı olmayaraq) yaşanan adətdir. Qız sünnətində əsas məqsəd azyaşlı qızlarda cinsi istəyi öncədən öldürməkdir. Əsasən 4-12 yaşlar arasında qızlar sünnət edilir. Bu zaman qızın cinsi orqanının dodaqcıqları lezva ilə kəsilir, qanaxmanı saxlamaq üçün dağ basılaraq damğalanır və sidik kanalına qədər tikilir. Bəzi qəbilələrdə isə sünnət olunan qızı qışqırarkən səsini eşitməsinlər deyə, anası və bacıları meşəyə aparırlar. Burada onu tamamilə soyundurur, qollarını tuturlar, sünnət edildikdən sonra kəsilmiş cinsi orqanını tiknalı yarpaqlarla döyəcləyərək bu yolla tükünü təmizləyirlər. Daha sonra sünnət edilmiş qızın kəsilmiş yerinə dağ basaraq damğalayırlar. Ətrafdakı qadınlar isə ritm tutaraq oxuyur, müəyyən ritualı həyata keçrirlər. Bu mərasim 3 gün davam edir. Meşədə sünnət edilmiş qızı elə meşəyə tək buraxıb, evə dönürlər. Qız bir həftə meşədə tək qalır. Ona ancaq anası yemək gətirir.

Bütün bunlar dəhşətlidir. Əslində insanlıq adına qara ləkədir. Amma daha dəhşətli məqamlar var burda. Adətə görə, başına bu qədər müsibətlər gətrilən qız sünnət olunarkən səsini çıxarmamalı və ağlamamalı, çəkdiyi ağrıları hiss etdirməməlidir. Nəzərə alanda ki, bütün proses heç bir keyləndirici istifadə edilmədən aparılır 4-12 yaş arasında olan zavvalının nələr çəkdiyi məlum olar. Adətə görə, sünnət olan qız əgər ağlasa bu hərəkəti onun özü və anası üçün böyük xəcalət olar. Sünnət edilərkən səsini çıxaran, ağlayan qız öz qəbiləsində və ailəsində ömürü boyu qadın sayılmayacaq və buna görə də ömrü boyu ailəsi, əri və ətrafdakılrdan işgəncələr görəcək.

Bütün hallarda snnət edilən qızlarda tikilərkən aybaşı zamanı qanaxmaya da yer qoyulur. Guya cinsi istəyi artıran yerləri kəsməklə azyaşlıların gələcəkdə bəkarətini qorumasına kömək edirlər. Qeyd edək ki, qız sünnətinin də müxtəlif növləri var. Bu növlərin arasında ən dəhşətlisi Somalidə edilən sünnətdir. Yəqin elə ən dəhşətlisi olduğuna görə, buna Firon sünnəti adı verilib. Qızlarda olan Firon sünnətində cinsi orqanın kiçik və böyük dodaqcıqları dərindən kəsilir və sidik kanalına qədər tikilir. Sünnət olan qızın ayaqlarını bir-birinə möhkəm sarıyırlar. Aylarla ayaqları sarıqlı qalan qız ayaqlarını tərpətmir ki, yarası sağalsın. Ən dəhşətlisi isə odur ki, sünnət xəstəxanalarda aparılımır. Əməliyyatı cərrahlar və ya adicə həkimlər də etmir. Sadəcə evlərdə, gizli yerlərdə qadın dəlləkləri zavallı qızların kəsiləcək yerlərini adicə küllə keyidir, sonra isə lezva ilə kəsərək, bürünc iynə və ya ucu çəngəl şəkilli iti alətlə tikirlər. Əməliyyat isə hər zaman uğurla alınmır. Hər il sünnət zamanı minlərlə azyaşlı qız dünyasını dəyişir. Bəzən isə bu qızlar ağrının şiddətindən dəli olur və ya ana ola bilmirlər. Sünnət olmuş qızlar ailə qurduqdan sonra cinsi əlaqə zamanı orqazmdan da məhrum olurlar.

Sünnət edilərkən qızın cinsi orqanı üstdən elə tikilir ki, sidik dəliyi lap kiçik qalır. Belə qzların ərə gedənə qədər sidiyi damcı şəklində gəlir.

Dəllək tikir, mamaça sökür

Sünnət olmuş qızlar bütün həyatları boyu cinsi əlaqə zamanı yaranan həzzdən məhrum olurlar. Bu qızlar ərə gedərkən ilk zifaf gecəsini sünnət olunduğu andan daha dəhşətli ağrılar içində keçirirlər. Sünnət olmuş qızların ərləri bir həftəlik əziyyətdən sonra istəklərinə çatırlar. Bu çox çətin prosesdir. Bəzən sünnət olunmuş gəlinin əri bir şey alınmadığını gördükdə evə mamaça çağırır. Mamaça əlində bıçaq gəlir. Sünnətli gəlinin uşaqlıqdan kəsilib, tikilib, bitmiş hissəsini bıçaqla kəsmək isə bəyin işidir. Bəli, heç bir tibbi savadı olmayan təzə ər mamaçanın gətirdiyi bıçaqla sünnət olunmuş qızın dəllək tikən yerini kəsir. Bu zaman heç bir ağrıkəsicidən və ya keyləndiricidən istifadə edilmir. Bu isə bəzən gəlinin ağrıdan şoka düşərək müxtəlif xəstəliklərə tutulması və ya ölməsi ilə nəticələnir. Amma onu da qeyd edək ki, sünnətli gəlin üçün evə mamaça çağırmaq yenicə evlənmiş bəyin qəbiləsində rəzil olması ilə nətiçələnir. Artıq heç kəs ona kişi kimi baxmır. Odur ki, bəzən həftələrlə bəy vüsala çatmağa çalışır, amma qızın bu əzabdan birdəfəlik xilas olması üçün evə mamaça çağırmır.

Sünnət olunmuş qızın qiyməti çoxdur

Onu da nəzərinizə çatdıraq ki, ərə verilərkən sünnət olunmuş qızlara daha çox başlıq verilir. Bəzən atalar qızlarını ərə verərkən daha çox başlıq alsınlar deyə sünnət etdirirlər. Eyni zamanda bəzi tarixçilər qız sünnətinin lap qədimlərdən gəldiyini deyirlər. Qədimlərdə Afrika qəbilələrində müharibə zamanı əsir götrülmüş, eyni zamanda varlıların qarşısında köləlik edilən qızları sünnət edərmişlər. Çünki belələrini qul bazarında daha baha qiymətə satırmışlar.

UNİCEF və UNFPA 2008-ci ilin avqust ayında qız sünnətinin qarşısını almaq üçün 44 milyon dollar xərci olan bir proqramı həyata keçirməyə başladı. Proqram çərçivəsində öncə 16 Afrika ölkəsində hökumət, media, dini liderlər və sağlamlıq mərkəzlərini bu işə cəlb etdilər. Lakin bütün bu islahatlar istənilən nəticəni vermədi.

Qız sünnətini yasaqladılar, amma…

2008-ci ildə Misirdə hökumət qız sünnətini yasaqladı. Bunun ardınca Sudan hökuməti də sünnətlə bağlı bir qanun hazırladı. Hətta yeni qanun da qızları bu dəhşətli adətdən xilas edə bilmədi.

Sudanda dini idarə və hökmuət qız sünnətinin islama zidd olduğunu deyərək bu adəti yasaq etdi və fətva verdi. Dövlətin bütün səylərinə baxmayaraq, evlərdə, qızlar bu gün də gizli şəkildə sünnət edilməkdədir.

İnsan haqları müdafiəçisi, professor Mühasim Abbas isə qız sünnətinin heç bir dinə aid olmadığını deyir: "Qız sünnəti əslində ərəb adəti deyil. Heç bir dində -nə islamda, nə yəhudilikdə, nə də xristianlıqda belə qayda yoxdur. Bu əslində qəbilələrin yaşatdığı bir adətdir".

Qız sünnəti də bəzi tayfalarda oğlan sünnəti kimi xüsusi məclislə qeyd edilir. Bir qadın qızın artıq sünnət edildiyi xəbərini atasına verir və bu münasibətlə məclis düzəlir. Bəzi Afrika qəbilələrində bu gün də sünnət olunmayan qızı almırlar və ya onu daşqalaq edirlər.

"Vashington Post" 7 yaşlı Şilanın faciəsindən yazdı

Amerikanın "Vashington Post" qəzetinin müxbiri Amit R.Paley İraqda olarkən 7 yaşlı kürd qızı Şilan Ənvər Ömərin sünnət mərasimini izləyib. Gördüklərindən dəhşətə gələn müxbir yazır: "7 yaşlı kürd qızı Şila elə gülümsəyirdi, ağızı qulaqlarına çatmışdı. O, çox sevinirdi. Anası onu qonşuda keçrilən şənliyə apardığını demişdi. Qız bir azdan məclisdə şənlənəcəyi həvəsi ilə bu evə girdi. Qapını bağladılar. Mamaça əlinə bir lezva alaraq "bunu Allah adına edirəm" dedi. Bir azdan Şilanın çığırtısı məhəllənin o biri başına gedib çıxırdı. Bu dəhşətli idi. Lakin qızını sünnət etdirib geri dönən ana qürurla gülümsəyirdi".

Qəzetin müxbiri anadan qızının ağrılarına münasibətini soruşanda isə o, qız sünnətinin nədən qaynaqlandığını bilmədiyini, sadəcə bunun Allah əmri olduğu üçün etdiyini bildirir.

Qəzet bu gün İraqda məskunlaşan kürd ailələrində bu adətin yaşadığını yazır. "Vashington Post" İraqda qız sünnətinin indiyə qədər dövlət tərəfindən qadağan olunmamasının səbəbini də ölkəyə rəhbərlik edənlərin mənşəyi ilə əlaqələndirir. Artıq bəllidir, kürd tayfaları qız sünnətinə qadağa qoymaz.

Müxbir sonda 91 yaşlı kürd qarının "sünnət olmamış qadının əlindən bir tikə də alıb yemərəm" sözlərini xüsusilə vurğulayır./azxeber.com/


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 20016   Tarix: 29 iyun 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda bu evlər bahalaşıb

Ötən ay mənzil bazarında qiymət artımları müşahidə olunub. Bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. Qeyd edilib ki, fevral ayında fərdi həyət evlərinə tələbin artması müşahidə edilib. Fərdi evlərdə və torpaq sahələrində əvvəlki aya nisbətən 1.8 faiz qiymət artım

14:55 0
.

Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər

Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri aprelin 8-9-da Ermənistanda səfərdə olacaqlar. Bu ölkənin mətbuatında yayılan məlumatlara görə, səfərin məqsədi regionda baş verən proseslər və Ermənistan-Azərbaycan sülh prosesi haqqında məlumat əldə etməkdir. Nümayəndə heyəti həmçini

20:20 0
.

DİN-dən vətəndaşlara MÜRACİƏT: "Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın"

Daxili İşlər Nazirliyi (DİN) bir daha vətəndaşlara müraciət edərək, hesab məlumatlarını naməlum şəxslərlə paylaşmamağı tövsiyə edib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib. "30 00, 17 00, 26 700, 9 00, 270, 500, 678, 852, 310, 400 manat məbləğlərind

21:41 0
.

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunub

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunub. Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, martın 18-22-də Vyana şəhərində BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının 67-ci sessiyası keçirilib. İclasda Azərbaycanı baş prokuroru

15:32 0
.

"Ermənistanın KTMT təlimlərdə iştirak etməyəcəyi gözlənilən idi" - Politoloq

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) bu il "Rubej 2024" adlı birgə təlim də daxil olmaqla yeddi təlim keçirəcək.Bu barədə təşkilatın baş katibi İmanqali Tasmaqambetov "Milli Müdafiə" jurnalına müsahibəsində deyib.Hazırda KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan

15:38 0
.

İsrail qüvvələri 2 fələstinlini yaralayıb

İsrail əsgərlərinin işğal altındakı Şərqi Qüdsün şimalında yerləşən Kalendiya Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücumda 2 fələstinli yaralanıb. xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamaya görə İsrail əsgərləri Kalendiya Qaçqınlar Düşərgəsinə basqın zamanı 2 fələstinlini güllələrl

21:30 0
.

"Gürcüstan Azərbaycan strateji tərəfdaş, mehriban qonşu və qardaş ölkədir"

"Bu gün Azərbaycan faydalı əməkdaşlığa əsaslanaraq qonşu dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməyə nail olub. Regionda sülh, sabitlik, iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal surətdə dəstəkləyib. Qonşu ölkələr hazırda regionda tam müstəqil siyasət yeridən Azərbaycanı strateji tərəfda

16:28 0
.

İftar süfrəsi üçün dadlı reseptlər

İftar menyusunu təqdim edirik:. Pendirli əriştə şorbası. Ərzaqlar:. Süd - 2,5 st. Yumurta - 3 ədəd. Duru pendir - 3 st. Kərə yağı - 1 x Ət bulyonu. Duz zövqə görə. Un apardığı qədər. Soğan - 1 ədəd. Hazırlanması:. Süd, yumurta, 2 stəkan pendir və undan ibarət xəmir yoğur. Xəmirləri əriştə formasınd

17:16 0
.

ABŞ Qəzzadakı soyqırımı qəbul etməyib

Amerika Birləşmiş Ştatları BMT-nin İsrailin Qəzzada soyqırım törətdiyinə dair hesabatını rədd edib. xəbər verir ki, ABŞ Dövlət Departamenti İsrailin soyqırım törətmədiyini iddia edib. Nazirliyin sözçüsü Metyu Miller, Tel-Əviv rəhbərliyinə dəstəyin davam etdiyini açıqlayıb. Birləşmiş Millətlər Təşkilatını

21:00 0