İsa peyğəmbərin hikmətli kəlamları

İsa peyğəmbərin hikmətli kəlamları
Mənbə: http://zikr.az

İsa ibn Məryəm (ona Allahın salamı olsun) buyurmuşdur:
“Dünya həyatının kiçik olmasına baxmayaraq onun üçün çalışırsınız. Axirət həyatının böyük olmasına baxmayaraq onu tərk edirsiniz. Lakin, hamınıza ölüm gələcəkdir”. (İbn Əbud-Dunyə “əz-Zuhd” 275).

“Həqiqətən, bu gecə və gündüz iki xəzinədir, elə isə onlarda nəyi tələf etdiyinizə nəzər salın!” Həmçinin, belə deyərdi: “Gecə nə üçün yaradılmışdırsa, ona uyğun əməl, gündüz nə üçün yaradılmışdırsa, ona uyğun əməl edin!” (İbn Əbud-Dunya “əz-Zuhd” 423).

“Kim dənizin dalğaları üzərində ev tikə bilər?! Budur dünya, onu özünüzə məskən qəbul etməyin”. (İbn Əbud-Dunyə “əz-Zuhd” 347, “Zəmmud-Dunyə” 370).

“Dünyanı istəyənin misalı dənizdən su içənin misalına bənzəyir. İçdikcə susuzluğu artır və nəhayət ölür”. (İbn Əbud-Dunya “əz-Zuhd” 322; əd-Dinəvəri “əl-Məcəlisətu və Cəvəhirul-İlm” 1418).

“Ey həvarilər! Allahın seçilmiş qullarından və məxluqları arasında Adəm oğullarının nuru olmaq istəyirsiniz? İnsanların arasını düzəldin və sizə nifrət edəni sevin!” (Əbu Hatim ər-Razi “əz-Zuhd” 6).

“Allahı çox zikr edin, Ona çox həmd-səna edin və Onu müqəddəs tutun! Ona itaət edin, çünki Allah sizdən birinə razı olarsa, onun sadəcə dua edərək: “Allahım, mənim günahlarımı bağışla, güzəranımı qaydasına sal və məni xoşagəlməz şeylərdən qoru!”– deməsi ona yetər”. (İmam Əhməd “əz-Zuhd” 300).

“Elmi öyrənmədikcə və bildiyinə əməl etmədikcə, öyrənməyinin sənə faydası olmaz. Sən əməl etmədikdə, elmin çoxluğu sənin yalnız təkəbbürlüyünü artırır”. (İmam Əhməd “əz-Zuhd” 325)

“Kim elm öyrənər, bilib əməl edərsə, göyün səltənətində “əzəmətli” deyə adlandırılar”. (İmam Əhməd “əz-Zuhd” 328)

“Yaxşılıq, sənə yaxşılıq edənə qarşı yaxşılıq etmək deyildir. Bu, yalnız yaxşılığın əvəzini verməkdir. Lakin yaxşılıq, sənə pislik edənə qarşı yaxşılıq etməkdir”. (İmam Əhməd ”əz-Zuhd” 315)

Həvarilər İsa ibn Məryəmə (ona Allahın salamı olsun) dedilər: “Allah üçün ixlaslı olan kimdir?” O dedi: “Allah üçün əməl edən, insanların onu tərif etməsini xoşlamayan kəs”. Həvarilər dedilər: “Allah üçün səmimi olan kimdir?” O dedi: “Əvvəlcə Allahın haqqını yerinə yetirməyə başlayan, Allahın haqqını insanların haqqlarından üstün tutan. Biri dünya, digəri Axirət işlərindən ikisi ilə qarşılaşdıqda, əvvəlcə Axirətə aid olan işdən başlayar, ondan azad olduqdan sonra isə dünyaya aid olan işi yerinə yetirən kəs”. (İmam Əhməd “əz-Zuhd” 306)

İsadan soruşdular: “Biz suyun üzərində necə yeriyə bilərik?” O dedi: “Yəqin olmaqla”. Onlar dedilər: “Biz yəqin olarıq”. O soruşdu: “Bir deyin görüm, daşın, gilin və qızılın dəyəri sizin üçün eynidirmi?” Onlar da: “Xeyr”– deyə cavab verdilər. O dedi: “Bunların dəyəri mənim üçün eynidir”. (İmam Əhməd “əz-Zuhd” 329)

Bir adam Məryəm oğlu İsanın yanına gəlib belə dedi: “Ey xeyir öyrədən! Sənə zərər verməyəcək, mənə də fayda verəcək, mənim bilmədiyim, sənin isə bildiyin bir şeyi mənə öyrət!” O dedi: “O nədir elə?” Adam dedi: “Bir qul layiqincə Allaha necə təqvalı ola bilər?” İsa dedi: “Asan bir yolla. Allahı səmimi qəlbdən layiqincə sev, ciddi-cəhd ilə gücünü sərf edərək bacardığın qədər Onun üçün əməl et, özünə mərhəmət etdiyin kimi həmcinslərinə də mərhəmət et!” Adam soruşdu: “Ey xeyir öyrədən! Mənim həmcinslərim kimlərdir?” O da dedi: “Bütün Adəm övladları. Sənə qarşı necə rəftar edilməsini sevmirsənsə, başqasına da qarşı elə rəftar etmə! Məhz belə olan təqdirdə sən Allaha layiqincə təqvalı olarsan”. (İmam Əhməd “əz-Zuhd” 330)

loading...
f Paylaş
Bölmə: İslam Oxunub: 4050 Tarix: 29.06.2016
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
A_F_I_N_A
A_F_I_N_A 23.10.2016
Xeberin muellifine tewekkurler.


 
_NICE_
_NICE_ 21.07.2016
xebere gore twk


 
canmmm
canmmm 29.06.2016
TEWEKKUR XEBERI HAZRLAYAN,DEYERLI KELAMLARDI.


 
BTS
BTS 29.06.2016
Марахлыйды тшк
_big_az_
_big_az_ 29.06.2016
maraqli xeber idi
Allah razi olsun sizden


 
Onun_Nefesi
Onun_Nefesi 29.06.2016
cox wukur


 
MEXX
MEXX 29.06.2016
Təşəkkür xəbər üçün


 
Cesika
Cesika 29.06.2016
Maraqli-sozler_idi_twk-ler
cox_olsun_bele_xeberler

BURAK_OZCIVIT

Kafam-daginik-ola-bilir_amma-kimi-nereye_koydugumu_asla-unutmam!!!!

 
tansu
tansu 29.06.2016
Xebere göre teşekkürler
Ezo,Rövşenmene niye baxmırsan

 
Nice_Bale
Nice_Bale 29.06.2016
Çox gözəl xəbərdir. Bilirdim buları. İsa Peyğəmbərə Allahın Salamı olsun.

Stealth, Allah razı olsun səndən axırki bir gözəl xəbər gördük. Əllərinə sağlıq.


 
RoZelina
RoZelina 29.06.2016
Xeber ucun cox sagolun.
Maraqli idi.

Birini gözel olduğu üçün sevmezsiniz,siz onu sevdiyiniz üçün gözellerşer

 
Stealth
Stealth 29.06.2016
İsadan soruşdular: "Biz suyun üzərində necə yeriyə bilərik?" O dedi: "Yəqin olmaqla". Onlar dedilər: "Biz yəqin olarıq". O soruşdu: "Bir deyin görüm, daşın, gilin və qızılın dəyəri sizin üçün eynidirmi?" Onlar da: "Xeyr"– deyə cavab verdilər. O dedi: "Bunların dəyəri mənim üçün eynidir".
Əgər siz ölümdən sonra sizi nələr gözlədiyini bilsəydiniz iştahla yemək yeməz, su içməzdiniz. Günün istisindən kölgələnmək üçün yer axtarmazdınız. Əksinə bir təpənin başına qalxıb günün altında dayanıb ağlaya-ağlaya Rəbbinizdən günahlarınızın bağışlanmasını diləyərdiniz.
 
qewenq_oglan
qewenq_oglan 29.06.2016
Elhemdulillah