Sürücüyə "var-yox" söyüşü söyən yol polisi işdən çıxarıldı - VİDEO

Sürücüyə "var-yox" söyüşü söyən yol polisi işdən çıxarıldı - VİDEOYol polisi vətəndaşa qanunu "var-yox" söyüşü ilə "sübut etdi"yi üçün çoxdan cəzalandırılıb.
Son günlər sosial şəbəkələrdə yol polisi ilə sürücünün qarşıdurmasını əks etdirən videogörüntü təkrar yayılıb. BiG.AZ-ın məlumatına görə, görüntüdə yol polisi əməkdaşı sürücünün maşınını saxlatdıraraq onun sükan arxasında telefondan istifadə etdiyini bildirir. Sonra isə tərəflər arasında mübahisə yaranır.
Avtosfer.az bildirir ki, bu hadisə ötən il baş verib və bu barədə saytda məlumat veriləndən sonra həmin əməkdaşlarla bağlı ciddi tədbirlər görülüb. Belə ki, Daxili İşlər Nazirliyinin rəhbərliyi həmin vaxt bu videoya ciddi reaksiya verərək araşdırılması barədə göstəriş vermişdi. Bunun ardınca söyüş söyən polis əməkdaşı işdən çıxarılıb, digər əməkdaş isə intizam məsuliyyətinə cəlb edilib. Lakin üstündən bir il keçəndən sonra həmin video yenidən gündəmə gəlib. Görünür, videonun keçən il Ramazan ayında çəkilməsi və sürücünün "mən oruc tutmuşam" deməsi həmkarlarımızı çaşdırıb. Buna görə də, məsələni bir daha gündəmə gətirərək araşdırma aparıblar.
Videodan da göründüyü kimi, sürücü polis əməkdaşından ona qayda pozuntusunu sübut etməsini, həmin görüntüləri ona təqdim etməsini tələb edir. Belə olan halda əraziyə başqa bir polis əməkdaşı gəlir və sürücü ilə onun arasında mübahisə yaranır. Polis əməkdaşı vətəndaşa onun törətdiyi qayda pozuntusuna görə cərimə yazacağını, narazı olacağı halda məhkəməyə müraciət etməsini bildirir. Daha sonra mübahisə qızışır və polislə vətəndaş qarşılıqlı olaraq söyüşə keçirlər.
Təbii ki, yayılan bu görüntü ortaya bir sıra məqamları çıxarır. Maraqlı məqam isə ondan ibarətdir ki, sürücü vətəndaşın avtomobilini saxlatdırdığı zaman qayda pozuntusunu sübut etməyə məcburdurmu? Sürücü ilə yol polisi bir-birinə qarşı necə davranmalıdır? Görüntü ilə bağlı anspress-ə açıqlama verən hüquqşünas Ərşad Hüseynov bildirdi ki, həmin videogörüntülərdə edilən bütün hərəkətlər demək olar ki, "yol patrul xidməti haqqında təlimat"dan kənardır. Onun sözlərinə görə, burada hətta sürücünün davranışı da ümumi vətəndaş üçün qəbul edilmiş etik qaydalardan kənardır: "Burada yol polisi əməkdaşı isə təkcə etik davranış qaydasını pozmayıb, o, həm də polis əməkdaşının konkret qanunla müəyyən edilmiş vəzifələrini də pozub. Əslində polis əməkdaşı işarə verərək avtomobili saxlatdıqda dərhal sürücüyə yaxınlaşıb özünü təqdim etməli, ona dayandırmanın səbəbini izah etməli və bundan sonra sürücüdən sənədlərini tələb etməlidir. Sürücü isə sənədlərini təqdim etməli, bundan sonra narazılığı olduğu halda etiraz etməlidir".
"Əgər qayda pozuntusuna dair görüntü yoxdursa, polis qayda pozuntusunu gözləri ilə gördüyünü deməlidir".
Ərşad Hüseynov kadrlarda sürücünün onun sükan arxasında mobil telefondan istifadəsinin polis tərəfindən sübut edilməsini istəməsi barədə tələbinə də aydınlıq gətirdi. Onun sözlərinə görə, qanunvericilikdə sürücünün sükan arxasında mobil telefondan istifadəsinin hansı sübutla təsdiqlənməli olduğu yoxdur:
"İnzibati xətalara dair işlər üzrə icraatda istənilən sübutla onu təsdiqləmək olar. Ancaq təbii ki, həmin sübut etibarlı, qanuni və təkzibedilməz olmalıdır. Əgər burada polis əməkdaşının əlində kamera görüntüsü varsa və onu yerindəcə təqdim etmək mümkündürsə, onu sürücüyə nümayiş etdirmək lazımdır. Əgər görüntü yoxdursa, polis qayda pozuntusunu gözləri ilə gördüyünü deməlidir. Qanun keşikçisi bildirməlidir ki, o, aşkar etdiyi qayda pozuntusuna görə, protokol tərtib etməlidir. Əgər sürücünün narazılığı olsa, məhkəməyə müraciət edə bilər. Burada vətəndaş telefondan istifadə etmədiyini sübut etməyə borclu deyil, ancaq polis əməkdaşı onun telefondan istifadə etdiyini sübut etməyə borcludur. Qanun da bunu tələb edir. Məhkəmə də polis əməkdaşının qayda pozuntusunu sübut edə bilməyəcəyi təqdirdə, protokol ləğv edilməlidir".
Hüquqşünas vətəndaşın da burada vəziyyətdən sui-istifadə etdiyini bildirdi: "Vətəndaşın etdiyi hərəkət də doğru deyil. Ancaq polis əməkdaşının bu addımı "Yol patrul xidməti haqqında təlimat"ı ayaq altına alır. YPX əməkdaşının etik davranışı qaydası, polis haqqında qanun var. Burada polis əməkdaşının etdiyi hərəkət heç doğru deyil. Yol polisi əməkdaşı vətəndaşa qanun nümayəndəsi olduğunu, sürücünün qanuna tabe olmalı olduğunu bildirməli idi. Sürücü tabe olmadıqda isə onun qolunu qandallayıb şöbəyə aparmalı idi".
Görüntü barədə açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov bildirdi ki, sürücünün polis əməkdaşından belə bir tələbi doğru hal deyil: "Onda kəmərdən istifadə etməyən sürücü də polis əməkdaşı onu saxladığı zaman deyə bilər ki, kəmər taxmadığımı mənə sübut elə. Belə çıxır ki polis əməkdaşı əlində kamera gəzdirməlidir? Əslində yol polisi əməkdaşı doğru deyir ki, protokol yazacaq. Narazı olan vətəndaş isə şikayət verə bilər. Çünki polis əməkdaşı üzərində dövlətin atributlarını daşıyan məsul şəxsdir. Narazı olanlar məhkəməyə müraciət etməlidirlər".
DYP rəsmisi polis əməkdaşının söyüş söyməsi barədə isə bunları dedi: "Düzdür, orada polis əməkdaşının söyüşdən istifadə etməsi doğru hal deyil. Ancaq sürücü polis əməkdaşını elə bir vəziyyətə gətirib ki, burada polis əməkdaşı belə bir hərəkət edib". anspress


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3238   Tarix: 28 iyun 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

ABŞ-da bıçaqlı hücum: 4 ölü

ABŞ-ın İllinoys ştatında bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həlak olub, 5 nəfər yaralanıb. Bildirilir ki, yaralılardan birinin vəziyyəti ağırdır. Polis hadisə yerinə gəlib və hücum edən şəxs saxlanılıb. Faktla bağlı araşdırma başladılıb

13:26 0
.

"Ermənistanın KTMT təlimlərdə iştirak etməyəcəyi gözlənilən idi" - Politoloq

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) bu il "Rubej 2024" adlı birgə təlim də daxil olmaqla yeddi təlim keçirəcək.Bu barədə təşkilatın baş katibi İmanqali Tasmaqambetov "Milli Müdafiə" jurnalına müsahibəsində deyib.Hazırda KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan

15:38 0
.

Direktoru işdən çıxarılan "məşhur" məktəb imiş - DETALLAR

Xəbər verdiyimiz kimi, Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru Dilbər Qurbanova işdən çıxarılıb. Buna səbəb məktəbdə nöqsanların aşkarlanmasıdır. xəbər verir ki, bu məktəb yaxın zamanda baş verən müəyyən hadisələrlə gündəmə gəlmişdi. Belə ki, Azərbaycan Uşaqlar Birliyini

12:23 0
.

"Putin həmin gecə yatmayıb"

"Rusiya Prezidenti Vladimir Putin "Crocus City Hall"da törədilən terror aktından sonra gecəni səhərə qədər yuxusuz keçirib". "Qafqazinfo" xəbər verir ki, bunu jurnalist Pavel Zarubinə müsahibəsində Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib. Onun sözlərinə görə, Putin həmi

10:48 0
.

"Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindəndir" - Deputat

"Bu gün həyata keçirilən siyasət nəticəsində Azərbaycan dünyanın ən təhlükəsiz və əmin-amanlıq olan ölkələrindəndir". Bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov -a deyib. O qeyd edib ki, insanlarımızın təhlükəsizliyinin təmin olunması və qorunması dövlətimizin əsas prioritetlərində

16:18 0
.

Bu avtomobillərlə taksi işləmək qadağan olunur

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz. Bu barədə Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifad

16:43 0
.

"Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq"

"Məlum olduğu kimi, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən eyni zamanda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyəti də koordinasiya olunur. Birinci Qarabağ müharibəsi nəticəsində itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyatda olan 389

10:46 0
.

Rusiyada terror aktı nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb

Rusiyanın paytaxtı Moskvada törədilən terror aktı nəticəsində ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, ölənlərin sayı 143 nəfərə çatıb. Bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko mediaya məlumat yayıb. O bildirib ki, martın 22-də "Crocus City Hall" konsert zalında baş vermiş terro

14:39 0
.

İftar süfrəsi üçün dadlı reseptlər

İftar menyusunu təqdim edirik:. Pendirli əriştə şorbası. Ərzaqlar:. Süd - 2,5 st. Yumurta - 3 ədəd. Duru pendir - 3 st. Kərə yağı - 1 x Ət bulyonu. Duz zövqə görə. Un apardığı qədər. Soğan - 1 ədəd. Hazırlanması:. Süd, yumurta, 2 stəkan pendir və undan ibarət xəmir yoğur. Xəmirləri əriştə formasınd

17:16 0