Yol polisi vətəndaşa qanunu "VAR-YOX söyüşü" ilə sübut etdi VİDEO

Yol polisi vətəndaşa qanunu "VAR-YOX söyüşü" ilə sübut etdi VİDEOSon günlər sosial şəbəkələrdə yol polisi ilə sürücünün qarşıdurmasını əks etdirən növbəti videogörüntü yayılıb.

BiG.AZ-ın məlumatına görə, görüntüdə yol polisi əməkdaşı sürücünün maşınını saxlatdıraraq onun sükan arxasında telefondan istifadə etdiyini bildirir.

Sürücü isə polis əməkdaşından ona bu qayda pozuntusunu sübut etməsini, həmin görüntüləri ona təqdim etməsini tələb edir. Belə olan halda əraziyə başqa bir polis əməkdaşı gəlir və sürücü ilə onun arasında mübahisə yaranır. Polis əməkdaşı vətəndaşa onun törətdiyi qayda pozuntusuna görə cərimə yazacağını, narazı olacağı halda məhkəməyə müraciət etməsini bildirir. Daha sonra mübahisə qızışır və polislə vətəndaş qarşılıqlı olaraq söyüşə keçirlər.

Təbii ki, yayılan bu görüntü ortaya bir sıra məqamları çıxarır. Maraqlı məqam isə ondan ibarətdir ki, sürücü vətəndaşın avtomobilini saxlatdırdığı zaman qayda pozuntusunu sübut etməyə məcburdurmu? Sürücü ilə yol polisi bir-birinə qarşı necə davranmalıdır?

Görüntü ilə bağlı ANS PRESS-ə açıqlama verən hüquqşünas Ərşad Hüseynov bildirdi ki, həmin videogörüntülərdə edilən bütün hərəkətlər demək olar ki, "yol patrul xidməti haqqında təlimat"dan kənardır. Onun sözlərinə görə, burada hətta sürücünün davranışı da ümumi vətəndaş üçün qəbul edilmiş etik qaydalardan kənardır:

"Burada yol polisi əməkdaşı isə təkcə etik davranış qaydasını pozmayıb, o həm də polis əməkdaşının konkret qanunla müəyyən edilmiş vəzifələrini də pozub. Əslində polis əməkdaşı işarə verərək avtomobili saxlatdıqda dərhal sürücüyə yaxınlaşıb özünü təqdim etməli, ona dayandırmanın səbəbini izah etməli və bundan sonra sürücüdən sənədlərini tələb etməlidir. Sürücü isə sənədlərini təqdim etməli, bundan sonra narazılığı olduğu halda etiraz etməlidir".

"Əgər qayda pozuntusuna dair görüntü yoxdursa, polis qayda pozuntusunu gözləri ilə gördüyünü deməlidir".
Ərşad Hüseynov kadrlarda sürücünün onun sükan arxasında mobil telefondan istifadəsinin polis tərəfindən sübut edilməsini istəməsi barədə tələbinə də aydınlıq gətirdi. Onun sözlərinə görə, qanunvericilikdə sürücünün sükan arxasında mobil telefondan istifadəsinin hansı sübutla təsdiqlənməli olduğu yoxdur:

"İnzibati xətalara dair işlər üzrə icraatda istənilən sübutla onu təsdiqləmək olar. Ancaq təbii ki, həmin sübut etibarlı, qanuni və təkzibedilməz olmalıdır. Əgər burada polis əməkdaşının əlində kamera görüntüsü varsa və onu yerindəcə təqdim etmək mümkündürsə, onu sürücüyə nümayiş etdirmək lazımdır. Əgər görüntü yoxdursa, polis qayda pozuntusunu gözləri ilə gördüyünü deməlidir. Qanun keşikçisi bildirməlidir ki, o aşkar etdiyi qayda pozuntusuna görə, protokol tərtib etməlidir. Əgər sürücünün narazılığı olsa, o məhkəməyə müraciət edə bilər. Burada vətəndaş telefondan istifadə etmədiyini sübut etməyə borclu deyil, ancaq polis əməkdaşı onun telefondan istifadə etdiyini sübut etməyə borcludur. Qanun da bunu tələb edir. Məhkəmə də polis əməkdaşının qayda pozuntusunu sübut edə bilməyəcəyi təqdirdə, protokol ləğv edilməlidir".

Yol polisi vətəndaşa qanunu "VAR-YOX söyüşü" ilə sübut etdi VİDEOƏrşad Hüseynov- Hüquqşünas

Hüquqşünas vətəndaşın da burada vəziyyətdən sui-istfadə etdiyini bildirdi: "Vətəndaşın etdiyi hərəkət də doğru deyil. Ancaq polis əməkdaşının bu addımı "yol patrul xidməti haqqında təlimat"ı ayaq altına alır. YPX əməkdaşının etik davranışı qaydası, polis haqqında qanun var. Burada polis əməkdaşının etdiyi hərəkət heç doğru deyil. Yol polisi əməkdaşı vətəndaşa qanun nümayəndəsi olduğunu, sürücünün qanuna tabe olmalı olduğunu bildirməli idi. Sürücü tabe olmadıqda isə, onun qolunu qandallayıb şöbəyə aparmalı idi".

Görüntü barədə açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə müdiri Vaqif Əsədov bildirdi ki, sürücünün polis əməkdaşından belə bir tələbi doğru hal deyil: "Onda kəmərdən istifadə etməyən sürücü də polis əməkdaşı onu saxladığı zaman deyə bilər ki, kəmər taxmadığımı mənə sübut elə. Belə çıxır ki polis əməkdaşı əlində kamera gəzdirməlidir? Əslində yol polisi əməkdaşı doğru deyir ki, o protokol yazacaq. Narazı olan vətəndaş isə şikayət verə bilər. Çünki polis əməkdaşı üzərində dövlətin atributlarını daşıyan məsul şəxsdir. Narazı olanlar məhkəməyə müraciət etməlidirlər".

DYP rəsmisi polis əməkdaşının söyüş söyməsi barədə isə bunları dedi: "Düzdür, orada polis əməkdaşının söyüşdən istifadə etməsi doğru hal deyil. Ancaq sürücü polis əməkdaşını elə bir vəziyyətə gətirib ki, burada polis əməkdaşı belə bir hərəkət edib".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3004   Tarix: 28 iyun 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233