Rəqsanə: "Doğmağımla bağlı yalan danışmışam, əcəb eləmişəm, bunun Aygünə nə dəxli var?"

Rəqsanə:

"Nadir, Rəqsanə doğanda, sən onunla bir yerdə doğmuşdun?! Yoxsa "mamalığı" sən edirdin?"

Müğənni Rəqsanənin eXclusive müsahibəsi

"İki min kişi ilə yatan məndən danışır?"

- İkinci dəfə ana olandan sonra özünün necə hiss edirsən?

- Özümü yaxşı hiss edirəm, qoysalar hər şey yaxşı olacaq.

- Kim mane olur ki?

- Mənim deməyim artıqdır, bütün tamaşaçılar, oxucular kimlərin mane olduğunu bilirlər. Bəzən insanlar yaşlaşanda ağılları başdan çıxır, onda kiminsə bostanına daş atıb, nəsə deməklə gündəmə gəlməyə məcbur olurlar. Amma mənim səhv etdiyimi deyən insanın keçmişi o qədər təmiz olmalıdır ki, mən onun iradlarını efirdən eşidəndə haqq verim və susum. Amma mənimlə bağlı o adam çıxıb söz deyir ki, özü efirlərdən iki min kişi ilə yatdığını söyləyib. Belə insan hansı əxlaqdan danışır? Bir insan ki, özündən qat-qat aşağı səviyyəli bir kişi ilə yaşayır, hər dəqiqə də efirdə onun o üz, bu üzündən öpür, o mənə əxlaq dərsi keçəcək? Amma mən danışa bilərəm, çünki Allaha şükür elə pis formada açıb özümü ortalığa qoymamışam. Düzdür, açıq geyinmişəm, açıq şəkillərim var, amma bunu eləməliyəm, çünki şou- biznesdəyəm, səhnə adamıyam. O ki qaldı, ikinci dəfə mənim dünyaya uşaq gətirməyimə, kimdən doğmuşam, necə doğmuşam. Ərəbistanda, yoxsa Moskvada doğmuşam, özüm bilərəm, əcəb eləmişəm!

"Nə qədər də olmasa, müğənniyəm"

- Əsas söhbətlər odur ki, sən əvvəlcə iki uşağının olacağını demisən, sonra isə bir uşağın dünyaya gəlib, amma yenə iki övladın olduğunu demisən...

- Əvvəlcə, uşaq olmamışdan əvvəl söz-söhbət yaydılar ki, hamilə deyiləm, plastik əməliyyatdan keçdiyimə görə uşaq doğa bilmərəm və s. Hətta bir verilişdə bütün şəhərdən sorğu almışdılar, guya mən Zülfiyyə Xanbabayevaya baxıb özümü hamilə adlandırıram. Bunu mənim övladım olana qədər danışdılar. Sonra da çıxıb Moskvaya getdim. Azərbaycanda doğası olsam, kimdən qorxuram ki? Çəkindiyim kim var ki? Mən bu gün deyə bilərəm ki, filankəs filan yerdə doğub. Ancaq boş-boş danışmaram, mən fakt çıxardaram ortalığa. Faktsız danışmağa nə var ki? Qurama zənglər, nə bilim nə... Aygün verilişinə telefon zəngi elətdirir, orda da deyirlər ki, guya kimsə Rəqsanə ilə bir palatada yatıb. Əvvəla, mən Azərbaycanda doğmuşamsa, xəstələrlə yatmaram. Nə qədər olmasa da, mən müğənniyəm. Çalışaram ki, özüm üçün ayrıca bir palata tutum, orda tək qalım. Mən başqa xəstələrlə bir yerdə yatası deyiləm ki...

- Deməli, Aygün Kazımovanın verilişinə zəng edən şəxs səninlə bir palatada yatdığını dedi...

- Hə, sonra da mən bir verilişə dəvət aldım. Orda qonaq olub, bu söz-söhbətlərə aydınlıq gətirəcəkdim. Bəzi texniki səbəblərdən veriliş efirə çıxası olmadı. Əgər veriliş olsa idi, Əzizbəyov adına xəstəxananın baş həkimini də efirə zəng etdirəcəkdim, onlar da öz sözlərini deyəcəkdilər. Bu gün həkimin də, müğənninin də işinə qarışırlar.

"Yalan danışmışam, əcəb eləmişəm"

- Amma sənin Əzizbəyov adına xəstəxanada uşaq dünyaya gətirdiyin deyilir...

- Orada olmuşamsa, fəxr edərəm ki, o cür savadlı, o cür qabiliyyətli insanların əlində uşağım dünyaya gəlib. Burada ayıblı nə var ki? Yalan danışmışamsa da, əcəb eləmişəm, öz işimdi, yaxşı edirəm. Onun Aygünə nə dəxli var?! Aygün bütün Azərbaycanla bir etdi ki, qabırğalarımı çıxartmışam, nə bilim neyləmişəm. Sonra da aydın oldu ki, qabırğa-zad çıxartdırmayıb. Gedib Nekrasovun yanına piylərini çıxartdırıb, vəssalam. Mən sənətdə dörd il varamsa, o iyirmi ildir burdadır və bunları görə-görə gəlib, çox yalanlar danışıb. Bu şou-biznesdə hər şey ola bilər. Aygün məndən və vaxtilə yaxın olduğu rəfiqəsindən veriliş hazırlayır.

- Rəqsanə, Aygünlə sənin nə problemin var? Bəlkə bizim bilmədiyimiz gizli nələrsə var?

- Əslində o xanımdan mənim xoşum gəlib həmişə, geyimlərini izləmişəm. Amma bir də baxdım, bir verilişdə deyir ki, qızının mənə və Xumar Qədimovaya qulaq asmasına icazə vermir ki, manerası korlanar. Kimsə mənim haqqımda danışırsa, mən də cavab verirəm, məgər mənim dilim yoxdu? Mən də qarşılığında dedim ki, əgər mən Aygünün qızının manerasını korlayıramsa, Aygün iyirmi il bundan qabaq xalqın manerasını korlamağa başlayıb.

- Yəni, səndən iyirmi yaş böyükdür?

- Bəli, yaşımı danmıram, mənim 28, Aygünün isə 39 yaşı var. Aramazda 11 yaş fərq var. Ona yaraşırmı, mənimlə, Röya ilə, Xumarla çəkişsin. Yaşlı müğənnilər öz sambalını bilməlidir. Məsələn, Brilyant Dadaşova, Zülfiyyə Xanbabayeva harada görürlərsə, adamla canla-başla görüşürlər, münasibət saxlayırlar. Bu isə gah Elarizi, gah Cavanşir Məmmədovu, gah Xumarı, gah Rəqsanəni qurdalayır. Bilmirəm, nəyinə lazımdı...

"Nadir mənə "mamalıq" edirdi?"

- Bəlkə hegemonluq etmək istəyir?

- O da alınmayacaq. O insan söz deyər, irad bildirər ki, sənəti var. Aygünün elə böyük sənəti yoxdu axı. Sənəti var onun?
Mən də qadınam öz ailəm, uşağım üçün çörək pulu qazanıram, o da qadındı, ailəsi üçün çörək pulu qazanır. Nəyə görə efirdə məni, ya da digərini tamaşaçının gözündən salmaq istəyir? Efirdə deyir ki, guya mən əkiz uşaq doğduğumu ona görə demişəm ki, mənə çoxlu toy sifariş eləsinlər. Adam əkiz uşaq doğanda adama toy gəlir? Onda elə bütün camaat gündə beş dənəsini doğsun ki, toyu çox olsun.
Mən uşağı özüm üçün istəmişdim. Əkiz də oldu, biri qaldı, biri qalmadı, bu da Allahın işidir. Sadəcə, artıq o keçmişlərə qayıdanda adama gülməli gəlir. Çünki hər yerdə o sualı verirlər.
Nadir Qafarzadə çıxıb efirdə məndən danışır. Nadir, sən kimsən axı? Mən qadınam, doğmuşam. Sən öz qayğına qal! Sənin haqqında danışılanları eşit, ona cavab ver. Ümumiyyətlə, sənin kişi kimi danışmağa haqqın yoxdur. Mən ağzımı açanda başqa cürə danışıram, çünki qorxmuram. Nadir yıxılmışdı da, yenicə qalxıb ayağa. Gedib uşağı üçün bir parça çörəyini qazasın. O da bu gün Aygünün kölgəsində dayanıb, Rəqsanənin filan xəstəxanada doğduğunu deyir. Rəqsanə doğanda, sən onunla bir yerdə doğmuşdun?! Yoxsa bəlkə "mamalığı" sən edirdin?
Ağsaqqal adamdı, Əli Mirəliyev, mən onu yalnız son vaxtlar efirlərdən tanımışam, ona-buna söz atır. Yaşlı adamdı, on "şirvan", beş "şirvan" atırlar ağzına ki, çıxıb danışsın. Nə Rəqsanəni tanıyır, nə də o birisini, çıxıb ağzına gələni danışır. Sən ağsaqqal adamsan, get otur yerində.

- Nadir Qafarzadə ilə nə ədavətin var?

- Mənim, ümumiyyətlə, Nadirlə heç bir əlaqəm yoxdu. Əvvəllər yaxşı münabətim olub, hamilə olanda prodüserim Nigar xanıma zəng edib ki, mənimlə danışmaq istəyir. Onda buna efirlərdə qadağa qoymuşdular. Nigar da bildirib ki, Bakıda yoxam, nömrəmi istəyib, Nigar da verməyib. Bundan sonra başlayıb mənim əleyhimə danışmağa. İndi Aygünün öyrətməsi ilə çıxıb efirdə deyir ki, guya mən onun qohumu ilə bir xəstəxanada doğmuşam. Gətirib o qohumunu ortaya çıxartsın görüm, o kimdi elə?

- Yəni olub elə bir şey?

- Hə, guya mən onun qohumunun yanında doğmuşam. Kəmalə adında bir qadının adını çəkir. Doğmuşam, əcəb eləmişəm, ay Nadir, sənə nə düşüb? Sən də mənimlə bərabər doğmusan? Yəni artıq, bilmirəm, bunların sənətləri tükənib, ona görə belə məsələləri müzakirə edirlər.

- Onları məhkəməyə vermək fikrin yoxdu?

- O verilişi hazırlayan kanala hörmət qoyuram. Məhkəməyə də verərəm, o tərəfə də keçərəm. Amma ortada kanal var.

"Ay gicbəsər, niyə məndən danışırsan?"

- Nadir Qafarzadənin özündən niyə belə etdiyini soruşmusan?

- Mənim uşağımın atasını tapmaq Nadirə çox baha başa gələr. Ona xəbərdarlıq edirəm ki, özünə problem açmasın, gedib işi ilə məşğul olsun. Sonra da çıxıb deyir ki, nə Rəqsanəni tanıyır, nə də sənətini. Ay gicbəsər, mənim sənətimi, özümü tanımırsansa, nə qələt qarışdırıb məndən danışırsan efirdə? Məhkəməyə verə bilərəm, amma məhkəməyə də verəndə elə bir işi verəsən ki, ortada bir şey olsun. Mən bunun nəyini məhkəməyə verib, özümü biabır edim?

- Bəs sənin adını açıqlamadığın həyat yoldaşın bu məsələlərə nə deyir?

- O deyir, hər şeyin vaxtı var. Qoy, hələ kim nə istəyir, onu eləsin.

- Sonra nəsə edəcək?

- Cücəni payızda sayarlar.

- Yəni sentyabrda nəsə olacaq?

- Allah qoysa! O, mənə məsləhət görür ki, öz işlərimlə məşğul olum. Mən bəziləri kimi iki uşağı çöldə qoyub, atalarını gətirib yanıma salmamışam. Açığını deyim, mənim uşağımın atası subaydı. İlk dəfə olaraq bunu sizə deyirəm, otuz yaşı var, çox da tanınmış insandı. Ona görə də açıqlama vermirik.

- Şou-biznesdə olan şəxsdir?

- Yox, başqa sahədə çalışır.

- Bu qədər məşhur adam niyə çıxıb uşağına sahib çıxmır? Uşağın atası olduğunu demir?

- İstəmir. O adam uşağını qəbul edib, bəsdir. Onun reklama ehtiyacı yoxdur, çünki onu sözsüz hamı tanıyır. Hətta uşağa da anasının adını qoymaq istəyirdi, bir az köhnə ad olduğuna görə razılaşmadıq. Ad qoymağı Aysunun öhdəsinə buraxdıq. O da adını Yağmur qoydu.

- Doğrudan, sənin iki uşağın oldu, yoxsa bir?
- İki, o birinin adı Damla idi. Elə özü də damla idi. Çox balaca idi. Onun ağ ciyərlərində problem oldu. Doğuşa qədər mən qızım, yoxsa oğlum olacağını bilmirdim. Axır məqamlarda qızım olacağını bildim. Amma oğlan istəmirdim. Oğlandan zəhləm gedir. Mən hələ indi birini də doğası olsam, lap başlarına daş düşər.

"Uşağımın atası kiminlə istəyir, evlənə bilər"

- Sənin süni mayalanma ilə uşaq dünyaya gətirməyin barədə də danışırlar?

- Tamamilə yalandır. Mənim övladım var idi də, nə məcbur idi ki?

- Bütün bu şayiələrə səbəb, sənin uşağın atasını gizlində saxlamağındır...

- Elə bilməsələr, yaxşıdır. Bilsələr, lap infarkt olarlar.

- Bəs o adamın ailəsi, atası, anası səni qəbul edir?

- Onun ailəsi yoxdur. Amma sevgi elə bir şeydir ki, ata-ana qəbul etsə də, etməsə də olur. Mən ona icazə verirəm, getsin kiminlə istəyir evlənsin.

- Siz rəsmi nikahda deyilsiniz?

- Yox, kəbinimiz var.

- Evinin əlindən alınması barədə danışıqlar. Bu nə qədər düzdür?

- Tamamilə yalandı. Mənim evimi əlimdən alıblarsa, harda qalıram?

- Kirayə qalırsan.

- Kirayə qalsam, bunu da gizlətmərəm. Deyərəm, imkanım yoxdu, kirayə qalıram. Bəlkə bir-iki nəfərin mənə yazığı gəlib, bir ev verər. Kirayə qalmaq ayıb iş deyil. Amma maşınımı satdım, yeni maşın sifariş vermişəm, bu həftə gətirəcəklər.

- Markası nədi?

- BMW-X6.

"Məni atıb gedə bilərdi, amma indi mümkün deyil, çünki uşağı var"

- Bu söz-söhbətlər səni sıxmır ki?

- Qətiyyən, indi çox həvəslənmişəm. İstədiyimə nail oldum. İstədim ki, o insanla mənim əlaqələrim daha yaxın olsun. Yəni, kişidir, məni atıb gedərdi, ayrılardı. Amma indi uşaq var, artıq onun mümkünü yoxdu. Nə olur olsun, uşağını həmişə axtaracaq, artıq uşağının evini də alıb. Uşağım üçün imkanlar yaradacaq. Amma mən kişi qazancı yeməyə öyrənməmişəm. Həmişə özüm qazanmışam. Mən şou-proqramlarda günü dörd yüz manata oxumağı ayıb bilmirəm. Amma özüm qazanıram, mənə ev və ya maşın alıb verilməsini xoşlamıram. Bu gün alıb versinlər, sabah da bəziləri kimi əlimdən alsınlar. O övladı üçün nə istəyir, etsin, ancaq mən özüm qazanım. İndi yeni albom üzərində işləyirəm. Fuad Əlişov iki klipimi çəkir. Oktyabrda Bakıda konsertimiz olacaq.

- Aygünə yenə nəsə demək istəyirsən?

- Mən o insanın yaşına hörmət edirəm. Aygün deyir ki, mən cinayət məsuliyyəti daşıyıram. Hər halda mən səkkiz aylıq uşağı həyata gəlməyə qoymayıb, rədd etdirməmişəm. Uşağımı doğmuşam, sağ-salamat dünyaya gətirmişəm, əlavə bacımın iki uşağına da baxıram. Mən beş dənə uşağa baxıram. Beşinə də analıq edirəm. Hansı ki, mən o hissləri bilirəm. Bilməsəm, edə bilmərəm.

- Aygün səkkiz aylıq uşağı rədd edib?

- Yox, edənlər çox olub. Mən deyirəm, söz yiyəsi öz sözünü götürəcək. Nə də mən heç kəsin uşağını ortalıqda qoymamışam. Birinci uşağım həyat yoldaşımdan olub, ikincisinin də yerli-dibli ailəsi yoxdu. Məndən sonra ola bilər, olsun da.

- Sən necə razı olacaqsan ki, uşağının atası başqası ilə ailə qursun?

- Mən istəyərəm ailə qursun, əgər onun valideyinləri bunu istəyirsə, qoy toyu olsun. Onların da öz arzular var. Mənim toyum da olub, gəlin də köçmüşəm. Yəni ki, mənim uşaqlarım yanımda, ağlım başımda. Anama baxıram, ailəmə baxıram, bu mənə bəsdi. Aygünə də məsləhət görürəm ki, efirdə özündən, öz sənətindən danışsın. Nəyinə lazımdi, Röya hara getdi, Rəqsanə harda qaldı, Xumar neylədi? Niyə özünə qarğış yağdırır? Niyə özünü gözdən salır?

- Rəqsanə, bəs Moskvada harda doğdun uşağı?

- Özəl klinikada.

- Adını demək istəmirsən?
- Serpuxov. Moskvanın Serpuxov şəhərində özəl klinikaların birində.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 15001   Tarix: 14 avqust 2008  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054
.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467
.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17.09.2021 4147
.

"O səs Türkiyə"nin münsifləri açıqlandı

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq

15.09.2021 2403
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

Xəyanət iddialarını yalanladı

Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"

17.09.2021 2431
.

Pandemiyada ikinci restoranını açdı

Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını

17.09.2021 3697
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059