Müğənnilərin vergi borclarının məbləği açıqlanacaq - RƏSMİ

Müğənnilərin vergi borclarının məbləği açıqlanacaq - RƏSMİÖtən həftə Azərbaycan Respublikasının Vergilər Nazirliyi vergi ödəməyən şou-biznes nümayəndələrinin adlarını açıqlayıb.

BiG.AZ xəbər verir ki, vergidən yayınan 50 sənətçinin yer aldığı siyahıda Brilliant Dadaşova, Abbas Bağırov, Rəqsanə İsmayılova, Gülyanaq Məmmədova, Elza Seyidcahan, Səidə Sultan, Xəyyam Nisanov kimi məşhurların da adları var. Lakin onlar məsələyə birmənalı yanaşmayıb.

Əməkdar artistlər Elza Seyidcahan, Mətanət İsgəndərli, müğənnilər Rəqsanə İsmayılova, Səidə Sultan adlarının vergi ödəməyən şou-biznes nümayəndələrinin siyahısında olması barədə danışmaq istəməsələr də, Abbas Bağırov və Zamiq Hüseynov vergi borcunun olmadığını bildirib.

Xalq artisti Gülyanaq Məmmədova isə deyib ki, oktyabrdan bəri vaxtında vergisini ödəyir: "Mən vergimi ödəyirəm, VÖEN-im də var. Nazirlik oktyabr ayında bildirdi ki, VÖEN-inizi aktivləşdirin və vergi ödəyin. Mən də, bacım Gülyaz da "baş üstə" dedik və oktyabr ayından mütəmadi olaraq vergimizi ödəyirik. Onların mənə indi dedikləri məbləğ birdən-birə peyda olub.

Dəfələrlə vergi dairələrində olmuşam. Orada mənə dedilər ki, əvvəlki illər üçün 25 toy yazıblar. 2011-ci ildə sahibkarları incitməmək qərarı vardı, biz də vergi ödəmədik. Bizə oktyabr ayında məlumat verdikləri üçün o müddətdən sonra mütəmadi ödəyirəm".

Musavat.com müğənnilərin etirazlarına münasibət öyrənmək üçün Vergilər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Şahin Məmmədovla əlaqə saxlayıb.

Ş.Məmmədov bildirib ki, narazılığı olan sənətçilər Vergilər Nazirliyinin müvafiq yerli strukturlarına müraciət edə bilər: "Əgər müğənnilər deyirsə, vergi borcundan xəbərləri yoxdur, yalandır. Siyahıda adı olan müğənnilər vergi borcu olanlardır. Borcu olanlarla ayrıca bir-bir söhbət aparılıb, həm də vergi borcları barədə bildirişlər onlara çatdırılıb. Hər şeydən xəbərdardırlar. Adı siyahıya salınan və hər hansı şikayəti olan müğənni nəyi isə aydınlaşdırmaq istəyirsə, Vergilər Nazirliyinin müvafiq yerli strukturlarına, qeydiyyatda olduqları vergi idarələrinə yaxınlaşıb, vergi öhdəliklərini dəqiqləşdirə bilərlər. Onu da qeyd edim ki, müğənnilərin borcları kommersiya sirri deyil. Lazım olsa, sənətçilərin borclarının məbləğini də açıqlayarıq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1051   Tarix: 27 iyun 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"

"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə

16.09.2021 3763
.

"Həmin Xalq artistlərinə pullar vermişəm"

Əməkdar artist Qorxmaz Əlili bir çox Xalq artistinə maddi yardım etdiyini deyib. Axşam.az xəbər verir ki, aktyor "Onun sirri" verilişində maraqlı açıqlama verib. O bildirib ki, bir çox sənət adamının hesabına pullar köçürüb:. "Artistlərin ağır vəziyyəti idi. Xeyriyyə konsertinə başladım

16.09.2021 1964
.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961
.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?

Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən

16.09.2021 1870
.

Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR

Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:

17.09.2021 3949