Oqtay Şirəliyevlə bağlı qərar verildi - səhiyyə naziri üçün yolun sonu...

Oqtay Şirəliyevlə bağlı qərar verildi - səhiyyə naziri üçün yolun sonu...Son günlər ölkə gündəmini məşğul edən əsas mövzulardan biri Azərbaycanda həkim səhlənkarlıqlarının bir-birini əvəz etməsi və nəticədə bəzi faciələrin yaşanmasıdır. Təkcə son bir həftədə bununla bağlı üş dəhşətli fakt qeydə alınıb.
Xatırladaq ki, Salyan rayonunda dünyaya gələn üçəmlərdən ikisi doğuşdan 6 saat sonra ölüb. Belə ki, Salyan şəhər Həsən Məmmədov küçəsi, ev 6 ünvanında yaşayan 21 yaşlı Mirzabitə İlham qızı Abdullayeva ötən gecə Salyan Rayon Mərkəzi Xəstəxanasının (RMX) doğum şöbəsinə yerləşdirilib. Onun ailə üzvlərinin sözlərinə görə, doğuş normal həyata keçirilib və ana üçəm dünyaya gətirib. Lakin doğuşdan 6 saat sonra xəstəxananın elektrik enerjisi kəsilib və şüşə altında saxlanılan körpələrdən ikisi oksigen çatışmazlığından ölüb, birinin isə vəziyyəti ağır olaraq qalır.

Salyan RMX-da elektrik generatorunun olduğu bildirilib. Lakin generator nasaz vəziyyətdə olduğundan işləməyib.

Bunun ardınca məlum olub ki, Bakıda həkim sol ayağının kəsilməsi barədə diaqnoz qoyduğu xəstənin sağ ayağını kəsib. Xəstənin nəvəsi Zaur Hüseynovun sözlərinə görə, nənəsi şəkərli diabet xəstəsi olan Tərlan Əliyevaya sol ayağının kəsilməli olduğu barədə diaqnoz qoyulub və qadın Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyyə Mərkəzində əməliyyat edilib.

Lakin əməliyyatdan çıxan 82 yaşlı qadını görən yaxınları gözlərinə inanmayıblar. Belə ki, yaşlı qadının iltihablı olan sol ayağı əvəzinə sağlam olan sağ ayağı kəsilib.

Nəhayət, dünən məlum olub ki, 27 yaşlı Günay Həşimova və uşağı həkim səhlənkarlığı nəticəsində dünyasını dəyişib. Bu haqda mərhumənin xalası qızı Nigar Dadaşova danışıb. O bildirib ki, Günay Həşimovanın ölümündə günahkar həkimlərdir. Belə ki, hamiləliyinin 6-cı aylında Günay kəskin qarın ağrıları ilə Qəbələ rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Analizin cavablarından sonra məlum olub ki, onun böyrəyində daş var. İki gündən sonra Günay Şəki şəhərinə gətirilib. Vəziyyəti daha da ağırlaşan gəlini bu dəfə Bakıya göndəriblər. Bildirilib ki, onun kor bağırsağı partlayıb və digər orqanları zədələyib. Nəticədə uşaq ölü doğulub. Günay özü isə iyunun 14-də həyatını itirib. "Biz ümid edirdik, o sağalacaq. Yaşamaq istəyirdi özü də. Günayın ölümündə günahkar Şəki şəhər xəstəxanasının həkimi Ruziyə İsmayıl qızıdır. Hər insan səhv edə bilər. Amma həkimə bu hüquq verilmir. O başqalarının həyatı ilə oynayır. Günaya hamiləlik dövründə səhv diaqnoz qoyulub. O səhv müalicə olunub. Günayın və uşağının ölümündə günahkar onlardır" – deyə Nigar Dadaşova bildirib.

***

Qeyd edək ki, Azərbaycanda həkim səhlənkarlığının qurbanı olan vətəndaşların sayı getdikcə artır. Bu isə onsuz da insanların inamının qalmadığı yerli səhiyyə sisteminin daha da etibarsızlaşmasına rəvac verir.

Saytımıza hökumətə yaxın dairələrdən verilən məlumata görə, ölkədə faktiki olaraq "həkim terroru"nun tüğyan etməsi iqtidar daxilində də ciddi narazılığa səbəb olub. Narazılığın ünvanı isə səhiyyə naziri Oqtay Şirəliyevdir.

Belə ki, Şirəliyevin səhiyyə üzərində nəzarəti demək olar itirdiyi, bu sistemdə rüşvət, korrupsiya və digər özbaşınalıqların at oynatdığı, belə bir şəraitdə isə səhiyyə qurbanlarının sayının getdikcə atdığı fikri artıq hakimiyyət içində xeyli insana hakimdir. Elə bu səbəbdən də yaxın vaxtlarda onun vəzifədən alınmasına dair siyasi qərarın verildiyi deyilir. Ən geci payızda Oqtay Şirəliyevin işsiz qalacağı ehtimalı xeyli yüksəkdir.

Hesab edilir ki, Şirəliyevin əvəzlənməsi səhiyyə sahəsində bir çox köklü problemin həllinə kömək ola bilər.

***

Onu da deyək ki, tibb elmləri doktoru, professor olan O.Şirəliyev 20 oktyabr 2005-ci ildə zərbaycan Respublikasının səhiyyə naziri təyin olunub.

Artqı 11 ildir bu postu tutan Oqtay Şlirəliyevin fəaliyyətini əksər müstəqil eksperlər uğursuz hesab edir və ölkənin səhiyyə sisteminin ciddi kadr və struktur islahatlarına ehtiyacı olduğu qənaətini bölüşürlər.

Onların fikrincə, 66 yaşlı nazir həmin islahatları aparmaq iqtidarında deyil, bu reformların həyata keçirilməyə başlamaması isə ölkədə səhiyyə qurbanlarının sayını hər gün bir az da artıra bilər. qaynarinfo.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2809   Tarix: 27 iyun 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Gəncədə yaşayış binası yanır - Video

Gəncə şəhərində yaşayış binasında yanğın baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, beşmərtəbəli yaşayış binasında olub. İlkin məlumata görə, alov binanın dam örtüyündə qeydə alınıb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafiz

28.03.2024 185
.

Müğənnilər faciədə zərər çəkənlərə görə bu addımı atdılar

Rusiyada müğənnilər bir araya gələrək Müslüm Maqomayevin mahnılarından ibarət "Səsimi eşit" xeyriyyə albomu yazdırıblar. Axşam.az xəbər verir ki, sənətçilər layihəni "Crocus city hall"da baş verən terror aktında əziyyət çəkənlərə həsr ediblər. Albomda 12 trek yer alıb. Mahnını səsləndirənlə

28.03.2024 369
.

"Qazaxin anklav olmayan 4 kəndinin Azərbaycana qaytarilmasi hazarda danişiqlarin predmetidir"

"Qazaxin anklav olmayan 4 kəndinin Azərbaycana qaytarilmasi hazarda danişiqlarin predmetidir,Ermənistan tərəfi bəlli kəndlərin qaytarilmayacaği təqdirdə rəsmi Bakinin onu təhdid etdiyini və hətta muharibənin başlana biləcəyini istisna etmir. Azərbaycanin bu kəndlərin qaytarilmayacaği təqdirdə çağirişlarind

28.03.2024 198
.

Narkotikə anası ilə birgə başlayan Tupakın müəmmalı ölümü - VİDEO

Baku TV-də yayımlanan "Retro Baku" verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayı tarixin ən böyük hip-hop sənətçilərindən biri olan Tupak Amaru Şakura həsr olunub. Tupak Amaru Şakur 16 iyun 1971-ci ildə Nyu-Yorkda anadan olub. Doğulanda adı LesEyn Periş Kruks olub. Bu a

28.03.2024 140
.

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb. xəbər verir ki, bunu trend-ə yeni tikili binalarda yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır. Bəs bu nə dərəcədə qanunidir?. Məsəl

28.03.2024 298
.

İsrail 7 oktyabrdan etibarən 212 məktəbə zərbə endirib

İsrail 7 oktyabrdan etibarən Qəzzaya hücumları davam edir. BİG.AZ xəbər verir ki, İsrail 212 məktəbə zərbə endirib. Bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT) və bəzi qeyri-hökumət təşkilatlarının hazırladığı hesabatda bildirilib. Həmin məktəblərdən 53-ü tamamilə məhv edilib

28.03.2024 124
.

DİN-dən vətəndaşlara MÜRACİƏT: "Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın"

Daxili İşlər Nazirliyi (DİN) bir daha vətəndaşlara müraciət edərək, hesab məlumatlarını naməlum şəxslərlə paylaşmamağı tövsiyə edib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib. "30 00, 17 00, 26 700, 9 00, 270, 500, 678, 852, 310, 400 manat məbləğlərind

28.03.2024 198
.

Ebru Şallının əri ilə bağlı qərar verildi

Türkiyəli model Ebru Şallının həyat yoldaşı Uğur Akkuşun məhkəməsi başa çatıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Akkuşun dələduzluğa görə 4 il 2 ay həbsi tələb olunub. Uğurun həbsi 83 min 320 lirə pul cəzası ilə əvəz olunub

28.03.2024 204
.

Parisdə PKK terroru: 3 yaralı

Fransada terror təşkilatı tərəfdarı olan PKK-nın tərəfdarlarının terror təşkilatı tərəfdarının Türkiyəyə deportasiyasının qarşısını almaq məqsədilə Şarl de Qoll Hava Limanındakı məmurlara hücum edib. BİG.az xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Terror təşkilatına simpatiyası olan təqribə

28.03.2024 261