Qədr gecəsi vaxtı 2016

Qədr gecəsi vaxtı 2016

Qurani-Kərimin enməyə başladığı, Ramazan ayının son on günün tək günlərindən biri, İslamda ən müqəddəs və fəzilətli gecə Qədr gecəsidir. Qədr gecəsi min aydan daha xeyirlidir. Qurani-Kərimdə bu gecənin fəzilətini bildirən müstəqil bir surə vardır. Bu surədə Uca Allah buyurur:

Bismillahir-rəhmanir-rəhim!
Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi (lövhi-məhfuzda dünya səmasına) nazil etdik!
(Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, Qədr gecəsi nədir?!
Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir! .
O gecə mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə (həmin gündən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir işdən dolayı (Allah dərgahından əmrlər alaraq) yerə enərlər.
O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır!
(əl-Qədr surəsi / www.quran.az)

Bu gecəyə Qədr gecəsi deyilməsi onun şərəf və qiymətindən irəli gəlir.

Çünki:
- Quran Kərim bu gecədə nazil edilmişdir.
- Bu gecədəki ibadət, içərisində Qədr gecəsi olmayan min aydan daha xeyirlidir.
- Gələn ilə qədər baş verəcək olan hər cür hadisələr Allah Talanın əzəli qəza və təqdiri ilə bağlı mələklərə bu gecə bildirilir.
(Təcridi Sarih Tərcüməsi, VI, 312)

- Bütün olacaq şeylərin hamısı Lövhi-Məhfuada əvvəlcədən yazılıb. Qədr gecəsi isə Lövhi-Məhfuzdan məxluqatın bir illik qədəri təyin edilir. Uca Allah buyurur: “Biz onu mübarək bir gecədə (qədr gecəsində) nazil etdik. Biz (o Kitab vəsitəsilə kafirləri Öz əzabımızla) qorxuduruq! Hər bir hikmətli (dəyişilməsi mümkün olmayan) iş o gecə hökm (ayırd) olunur.” (əd-Duxan surəsi 3 - 4-cü ayələr).

- Bu gecədə yer üzünə Cəbrayıl (ə.s) və bir çox mələklər enər.
Bu gecə dan yerinin ağarmasına qədər sabitlikdir, hər cür pisliklərdən uzaqdır. Yer üzünə enən mələklər rast gəldikləri hər bir möminə salam verərlər.

- Qədr gecəsinin hansı gecə olduğu dəqiq olaraq bilinməməklə bərabər ümumiyyətlə Ramazanın iyirmi yeddinci gecəsində olduğu daha ehtimal olunur. Peyğəmbər (səllallahu aleyhi və səlləm) bunun qəti olaraq hansı gecədə olduğunu bildirməmiş, ancaq; Siz Qədr gecəsini Ramazanın son on günü içərisində tək rəqəmli gecələrdə axtarın deyə buyurmuşdur.
(Buxari, Leylətül-Qadr, 3, Müslim, Siyam, 216)

Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) səhabəsi olan Ubey İbn Kəb (Allah ondan razı olsun) Belə demişdir: “O bir olan Allaha and olsun ki, (Qədr gecəsi) Ramazan ayındadır. Allaha and olsun ki, mən bilirəm o hansı gecədir. Peyğəmbər (səllallahu aleyhi və səlləm) bizə həmin gecəni namaz qılmağı əmr etmişdir. O 27-ci gecədir. Onun əlaməti odur ki, həmin gün səhər gün ağappaq şüasız çıxır.”
(Bu hədisi Muslim, Əbu Davud, Tirmizi və başqaları rəvayət etmişdir).

İslam qaynaqlarının bildirdiyinə görə Allah Tala bir çox hikmətlərə dayanaraq Qədr gecəsini və onun xaricində daha başqa günləri də gizli tutmuşdur.

Möminlər bu gecəni qəflət içərisində keçirməməli, ibadət və zikr ilə dəyərləndirməlidirlər. Əbu Hüreyrədən (r.a) rəvayət edilən bir hədisdə Peyğəmbər (səllallahu aleyhi və səlləm) belə buyurmuşdur:
Kim Qədr gecəsinin, fəzilətinə inanaraq və alacağı savabı Allahdan gözləyərək ibadət və zikr ilə keçirərsə keçmiş günahları bağışlanar.
(Buxari, Qədr gecəsi 1)

Qədr gecəsinin əlamətləri:

-Həmin gecə sakitlik, əmin-amanlıq olur.

-Möminin qəlbi rahat olur.

-Uca Allah buyurur: “O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır)”.
(əl-Qədr surəsi 5-ci ayə).

-Həmin səhər günəş şüasız olaraq çıxır.

Qədr gecəsində nələr edilir:
Qədr gecəsini, namaz qılaraq, Qurani-Kərim oxuyaraq, tövbə edərək, bağışlanma diləyərək, dua edərək keçirmək lazımdır.

Aişə (r.a) demişdir: Peyğəmbərə (səllallahu aleyhi və səlləmə) “Ey Allahın Rəsulu! Qədr gecəsinə rast gəlsəm necə dua edim deyə soruşdum. Rəsulullah (səllallahu aleyhi və səlləm) –

- Allahummə innəkə afuvvun tuhibbul affa fafu anni:
-Allahım sən çox bağışlayansan, bağışlamağı sevirsən, mani bağışla deyə dua et buyurdu.
(Təcridi Sarih Tərcüməsi, VI, 31)

Bu gecənin elə bir anı vardır ki, o anda edilən ibadət və dualar mütləq qəbul olar. Bu önəmli anı yaxalamaq üçün gecənin bir hissəsini tövbə və zikrlə keçirmək lazımdır.

Qədr gecəsini Ramazan ayının son 10 günündə axtarmaq lazımdır. Bəzi hədislərdə gəlir ki son 10 günün tək günlərində axtar. Bəzi hədislərdə 21-ci gecə, bəziləri 27-ci gecə deyir. yaxşı olar tək-cüt baxmadan son 10 gündə axtarılsın.

Qədr gecəsi haqqında videoya baxa bilərsiniz


mənbə: azerislam.com
loading...
f Paylaş
Bölmə: İslam Oxunub: 7864 Tarix: 26.06.2016
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
_NICE_
_NICE_ 21.07.2016
xebere gore twk


 
Zeyneb05
Zeyneb05 29.06.2016
Allah her kesin gunahlarini bağiwlasin Allah her kesi weytanin werinden saxlasin Allah her kesi doğru yola çeksin

AMIN
Edaletli
Edaletli 26.06.2016
Xeberde emeyi kecen her kese tewekkur ve minetdaram...Allah butun oruc ve dualari qebul etsin...


 
DUZLU_NIK
DUZLU_NIK 26.06.2016
10:90 - Ve sonra İsrail oğulları'nı denizden aşırdık. Firavun, düşmanca saldırmak için derhal adamlarını ve askerlerini arkalarına düşürdü. Ta ki, suda boğulmaya başlayınca "İnandım, gerçekten de İsrail oğulları'nın iman ettiğinden başka tanrı yoktur. Ben de ona teslim olanlardanım." dedi.

10:91 - Şimdi mi? Oysa bundan önce hep isyan etmiştin ve fesatçılardan idin.

10:92 - Biz de bugün senin bedenini arkandan gelenlere bir ibret olsun diye kurtaracağız. Bununla beraber, insanların birçoğu âyetlerimizden yine de gafildirler.

Aydin Sani ft Suleyman Nifteliyev - Sene Mektub Yaziram

 
lamiyecamal
lamiyecamal 26.06.2016
yaxsiki arada bele deyerli xeberler verilir... Allah razi olsun xeber ucun ezyet ceken her kesden ... tesekkurler


 
Lifeiswonderfull
Lifeiswonderfull 26.06.2016
Allah razı olsun


 
_K_O_N_K_R_E_T_
_K_O_N_K_R_E_T_ 26.06.2016
Xebere gore t$k Specialist.
Sənli dünyada sənsizəm



Nə yazsa sevgidən yazır
Dostlarım üçün çox darıxıram

 
canmmm
canmmm 26.06.2016
tewekkur xeber ucun bilmiyenler oxusun>>


 
_Q_I_S_Q_A_N_C_
_Q_I_S_Q_A_N_C_ 26.06.2016
ALLAH RAZI OLSUN DƏYƏRLİ XƏBƏRƏ GÖRƏ..


 
RoZelina
RoZelina 26.06.2016
Xeber ucun sagolun

Qedr gecesiinin feziletini daha derinden bilmeyime sebeb oldu.

Birini gözel olduğu üçün sevmezsiniz,siz onu sevdiyiniz üçün gözellerşer

 
princses
princses 26.06.2016
xebere gore tewekkur


 
asdfggaag
asdfggaag 26.06.2016
Maraqli xeberdir


 
Last
Last 26.06.2016
TANRI QEBUL ETSIN BIZI VE DUALARIMIZI...BU GECEDE QEDREM:)


 
Lovely_lady
Lovely_lady 26.06.2016
Məlumata görə təşəkkürlər!


 
leonn
leonn 26.06.2016
Maraqli xeber idi...Xebere gore twk_ler...
Sanki Heyatdan bezmiwkimiyem.....

 
sara_tu_silencio
sara_tu_silencio 26.06.2016
Maraqli xeber idi. Teshekkurler.