Ayağı səhv kəsilən veteran qadın: "Kəsilən ayağım salamat idi axı..." - VİDEO

Ayağı səhv kəsilən veteran qadın: "Kəsilən ayağım salamat idi axı..." - VİDEO"Səhərdən özümü öldürürəm ki, bu ayağım salamat idi axı...(amputasiya edilmiş ayağını qucaqlayır) Bunu niyə kəsiblər? Bu ayağım sallanır axı, (qanqrena verən ayağını göstərir), bu ayağım məni öldürür axı..."

BiG.AZ xəbər verir ki, bu sözləri bu gün bütün Azərbaycanda gündəm yaradan diabet xəstəsi Tərlan Məmmədova deyir. O, təsdiq edir ki, ona sol ayağının kəsilməli olduğu barədə diaqnoz qoyulub və qadın bu gün Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyyə Mərkəzində əməliyyat edilib.

Lakin əməliyyatdan çıxan 82 yaşlı qadını görən yaxınları gözlərinə inanmayıblar. Belə ki, yaşlı qadının iltihablı olan sol ayağı əvəzinə sağlam olan sağ ayağı kəsilib.

"Dedilər ki, sol ayağın topuqdan kəsiləcək. Özləri də sarımışdılar ayağımı. Xəstə ayağım qalıb kənarda, salamat ayağımı tutub kəsiblər"- Tərlan Əliyeva danışır.

Danışdıqca qəhərlənir, əməliyyat olunan salamat ayağını qucaqlayır sonra əlini ondan kəsib hələ də ağrıyan və əməliyyat olunmayan sol ayağına uzadır.

Xəstənin qızı Tahirə Əliyeva isə anasının qəhrəman ana olduğunu qeyd edib:

"Həkim dedi ki, o biri ayağında (sağ ayaq) heç nə yoxdur. Biz dedik ki, bəlkə bu ayağında da nəsə var ( sağ ayağın göstərir) dedi heç nəyi yoxdur, budur. ( sol ayağın göstərir) Həkim bu sözü özü deyib. Hələ biz fikirləşdik ki, bu biri ayağına da keçər götürüb apararıq. Həkim baxdı, dedi yox, bu, (sağ ayağın göstərir) salamat ayaqdır. Dedi, bu ayağını da (sol ayaq) kəsəcəm ana, lap da yaxşı olacaq. Biz də dedik, daha ağrıya dözmür".

Onlar cərrah həkim Valeh Kərimovla tibbi xidmət müqaviləsi də bağlayıblar. Amma əməliyyatdan sonra həkimi görən olmayıb. Xəstənin qohumları deyir ki, V.Kərimovun onlara verəcək cavabı yoxdur deyə qaçıb.

"Əməliyyatdan çıxandan sonra həkim qardaşımı çağırdı. Özü də heç yaxşı çıxmadı içəridən, mən şübhələndim. Lap birinci bacım gördü, dedi səhv ediblər. Heç mənim ağlıma gəlmirdi ki, belə bir şey ola bilər. Baxım baxan kimi dedi ki, anamın sağlam ayağı gedib. Biz heç bilmədik neyləyək"./meydan tv/


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3077   Tarix: 25 iyun 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan - Rusiya münasibətlərində milli maraqlar- Təhlil

"Azərbaycanın xarici siyasəti hər zaman praqmatikliyi ilə seçilib. Bu illər ərzində ölkəmiz regionda daim sabitləşdirici mövqedən çıxış edərək region ətrafında qlobal güclər arasında ziddiyyətlərin aradan qaldırılması üçün əlindən gələni edib. Balanslı siyasət nəticəsində sabit bölgə üçün daim vuruşa

15:35 122
.

Müştəri bərbərdən narazı qaldı, iş yerini güllələdi - VİDEO

Türkiyənin İstanbul şəhərində müştəri bərbərdən narazı qalıb. BİG.AZ xəbər verir ki, müştəri qiymətin artımın biləndən sonra əsəbləşərək iş yerini güllələyib. Hadisə ərazidəki təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb. Həmin görüntüləri təqdim edirik:

12:36 113
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

16:33 459
.

İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır

İspaniyadakı sol koalisiya hökumətinin Fələstin dövlətinin tanınması üçün eyni anda 4 ölkə ilə ortaq qərar verməyi planlaşdırır. xəbər verir ki, İspaniya Xarici İşlər Nazirliyindəki mənbələr Baş nazir Pedro Sançes və Xarici İşlər Naziri Xose Manuel Albares tərəfindən dəfələrlə dilə gətirilən Fələsti

21:30 0
.

Azərbaycanda niyə qeysəriyyəyə üstünlük verilir? - VİDEO

Azərbaycanda qeysəriyyə əməliyyatı ilə doğuşların sayı artıb. Dövlət Satistika Komitəsinin məlumatına görə, ötən il ölkəmizdə 121 min doğuşun 35 faizdən çoxu qeysəriyyə yolu ilə həyata keçirilib. 2021-ci ildə 46 min 684 qadın bu yolla uşaq dünyaya gətiribsə, 2022-ci ildə bu rəqəm 53 min 267-yə qalxıb

19:30 185
.

Dünyanın ən gənc həkimi: 17 yaşında

Ümumiyyətlə, həkim peşəsinə yiyələnən şəxsin çox gənc yaşda ola bilməyəcəyini hər birimiz bilirik. Axı əvvəlcə məktəbi bitirməli, 5-6 il tibb universitetində oxumalısan. Ali tibb təhsili diplomu alan insanlar ən azı 22-23 yaşda olurlar. xarici KİV-ə istinadən xəbər verir ki, ancaq bu qaydanın istisnalar

19:00 273
.

Uelsdə məktəbə bıçaqlı hücum: 3 nəfər yaralanıb

Uelsin Ammanford şəhərində məktəbə bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Hücum zamanı 1 nəfər şübhəli qismində saxlanılıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub

12:00 165
.

34 ildir "Simpsonlar"da görünən obraz "öldü"

"Simpsonlar" cizgi serialının yaradıcıları 34 il "Moe's" barında yer alan "Larri" personajını "öldürüblər". Axşam.az xəbər verir ki, ekran işinin son bölümündə onun öldüyü ilə bağlı səhnə yer alıb. Belə ki, bu personaj 34 ildir ki, həmişə dostu Sem ilə sözügedə

16:06 354
.

O, 24 ildən sonra Aygün Kazımova ilə GÖRÜŞDÜ - VİDEO

Xalq artisti Aygün Kazımova 24 il əvvəl "Şəklimi çəkə-çəkə" mahnısının klipindəki tərəf müqabili Şamil Muradovla bir araya gəlib. bizim.media-ya istinadən bildirir ki, ikilinin görünüşü el şənliklərinin birində baş tutub. Toyda səhnə alan Aygünə aparıcı tərəfindən gözlənilməz sürpriz olunub

18:07 386