Sürücülərin nəzərinə! Bu dairə ləğv edildi

Sürücülərin nəzərinə! Bu dairə ləğv edildiAvtonəqliyyat vasitələrinin normal və rahat hərəkətini təmin etmək istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyyə və tapşırıqlarına əsasən "Azəravtoyol" ASC tərəfindən işlər davam etdirilir.

ASC-dən BiG.AZ-a verilən məlumata görə, bu dəfə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 10-cu km-də Bakı-Şamaxı-Yevlax avtomobil yolu ilə kəsişməsində (yol ötürücüsünün ərazisində) mövcud olan dairəvi hərəkət zamanı sıxlığın, ləngimələrin və tıxacların aradan qaldırılması məqsədilə hərəkətin təhlükəsizliyi baxımından müvafiq dəyişikliklər edilib. Belə ki, həmin ərazidə yerləşən və asfalt üzərinə boya ilə çəkilmiş dairə ləğv edilib. Artıq avtonəqliyyat vasitələri həmin ərazidən birbaşa keçərək "Sulutəpə" dairəsi istiqamətinə hərəkət edə bilərlər. Bunun üçün ərazidə müvafiq yol nişanları da quraşdırılıb, yol ayrıcına isə xüsusi beton maneələr düzülüb.

Sözügedən avtomobil yolunda mövcud olan əvvəlki dairəyə yaxın səki daşları ilə yeni simmetrik dairə inşa edilib. Dairənin içərisinə tamet daşlar düzülüb. Yenidənqurma işləri zamanı vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə Tikinti Norma Və Qaydalarının tələblərinə uyğun olaraq sözügedən ərazidə 270 paqon-metr piyada səkiləri tikilib və zəruri ərazilərdə hazırda səkilərin tikintisi davam etdirilir. Səkilərin kənarlarına səki daşları, üzərinə isə tamet daşlar düzülür.

Ərazidə müvafiq yol nişanları quraşdırılıb, üfiqi nişanlama xətləri çəkilib və hazırda abadlıq işləri "Azəravtoyol" ASC-nin rəhbərliyinin nəzarəti altında davam etdirilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1486   Tarix: 24 iyun 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır - VİDEO

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır. Məlumata görə, kəndlərin Azərbaycana qaytarılmasından sonra Ermənistan sərhəddəki hərbçilərini sərhədçilərlə əvəz edəcək. Xatırladaq ki, bu gün Azərbaycan dövlət sərhədinin delimitasiyas

19.04.2024 449
.

Avqustda Milli Məclisə seçkilər keçirilə bilər

"Milli Məclisə yeni seçkilər bu ilin yayında, bir qədər də dəqiqləşdirsək, avqustda keçiriləcək". xəbər verir ki, bu barədə -a məlumatlı şəxs bildirib. Mənbə bununla bağlı yerli icra hakimiyyətlərinə müvafiq göstərişlərin verildiyini qeyd edib. Bildirib ki, icra hakimiyyəti başçılarına yaxı

12:48 36
.

"Ata və ananın sosial şəbəkədə çox vaxt keçirmələri uşaqlara qarşı diqqətin azalmasına səbəb olur" - Psixoloq

Hər il universitetə qəbul imtahanından sonra uğurlu nəticə göstərməyən abituriyentlərin intiharının şahidi oluruq. Bir çox hallarda onların intiharına səbəb valideyn təzyiqi olur. Mövzu ilə bağlı -a danışan psixoloq Ramidə Oqtayqızı bildirib ki, uşaqlara sevgi, qayğı göstərmək, onlarla ünsiyyət qurma

19.04.2024 299
.

Paşinyan Almaniyanın KfW Bankının nümayəndə heyətini qəbul edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniya İnkişaf Bankının (KfW) nümayəndə heyətini qəbul edib. xəbər verir ki, müzakirələr bankın iştirakı ilə Ermənistanda yeni enerji sektoru layihələrinin potensial reallaşdırılması ətrafında gedib. Paşinyan Ermənistan və Almaniya arasında əməkdaşlığın davaml

19.04.2024 194
.

Laçında usta bədbəxt hadisə nəticəsində ölüb

Laçında bədbəxt hadisə baş verib. APA xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. Belə ki, 1996-cı il təvəllüdlü Zəka Rəsul oğlu Rəsulov ekskavatoru təmir edən zaman üzərinə dəmir parçası düşüb. Nəticədə ağır bədən xəsarətləri alan 28 yaşlı Zəka Rəsulov Gəncəyə xəstəxanaya aparılarkə

19.04.2024 412
.

"Azərsun Holdinq" və "Hayat Kimya" uşaq evlərində sosial layihə həyata keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə "Azərsun Holdinq" və "Hayat Kimya" birgə sosial aksiya həyata keçirib. Aksiya çərçivəsində Bakı şəhəri və Abşeron rayonunda yerləşən körpələr evi, əlilliyi olan uşaqlar evi, həmçini

19.04.2024 259
.

Pensiyaya yalnız bu qadınlar daha tez çıxacaq

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq. report-a istinadən xəbər verir ki, bu barədə məsəl

19.04.2024 622
.

"Azərbaycan tərəfi sülhməramlıların missiyasına aid olmasa da,onların bu fəaliyyətinə anlaşıqlı şəkildə yanaşmışdır" - Politoloq

Rusiya sülhməramlı kontingenti Qarabağı tərk edib. Rusiyanın "Krasnaya Zvezda" qəzeti bildirib ki, Rusiya sülhməramlı kontingentinin fəaliyyəti bir vaxtlar münaqişə bölgəsinə sülh və sabitlik gətirib, aparılan əməliyyat məqsədlərinə çatıb və məntiqi nəticəyə gəlib. Mövzu ilə bağlı -a danışa

19.04.2024 375
.

Millət vəkilləri arasında gərgin anlar yaşandı - VİDEO

Milli Məclisin aprelin 19-da keçirilən iclasında deputat Qüdrət Həsənquliyev Hesablama Palatasının açıqladığı rəqəmlərin ölkədə maliyyə intizamı ilə bağlı vəziyyətin acınacaqlı olduğunu göstərdiyini deyib. Milli Məclisin iqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə bu fikirlərl

19.04.2024 589