Evi cadudan təmizləməyin yolları

Evi cadudan təmizləməyin yollarıMübahisə, ölüm, xəstəlik və s. bu kimi hallar evdə neqativ enerji yaradır. Neqativ enerjini, cadu-tilsim sayəsində evdə yaranmış xoşagəlməz auranı aradan qaldırmağın müxtəlif yolları var.

BiG.AZ publika.az-a istinadən evi mənfi enerjidən təmizləməyin bir neçə yolunu təqdim edir:

Təmizlik

Dağınıqlıq və çirk, mənfi enerjiləri evə cəlb edir. Evi təmizləməklə avtomatik olaraq mənfi enerjini də aradan qaldırırsınız. Mütəmadi olaraq hamam və mətbəx də daxil olmaqla, bütün otaqların künc-bucaqlarını yaxşıca təmizləyin. Mətbəxdə heç vaxt, xüsusilə gecələr çirkli qab saxlamayın. Əşyaları həmişə aid olduqları yerə qoyun. Ehtiyacınız olmayan köhnə əşyaları atın.

Evi cadudan təmizləməyin yollarıBüxur yandırmaq

Büxur evi mənfi enerjidən təmizləməyin ən qədim üsullarından biridir. Yandırmaq üçün ən çox istifadə edilən bitki isə adaçayıdır. Adaçayını yandırdıqda ətrafa neqativ ionlar göndərir, bu da mənfi enerjini neytrallaşdırır.

Neqativ ionlar evdə əmin-amanlıq yaradır. Adaçayının eyni zamanda sakitləşdirici təsiri də var. O, sinirləri sakitləşdirib zehni gücləndirir. Adaçayına alternativ kimi lavanda, şam və ya başqa gözəl ətirli bitkilər də istifadə etmək olar. Evinizi təmizlədikdən sonra bütün qapıları, pəncərələri, siyirmələri və şkafları açın. Bir-birinə bağlanmış quru budaqları yandırıb, tüstünün hər tərəfə yayılması üçün evin içində gəzdirin.

Evi cadudan təmizləməyin yollarıMebelləri səliqəyə salın
Bəzən mebellərin yerlərini dəyişdirmək də evdəki pis enerjinin azalmasına kömək edir. Mebelləri yerləşdirən zaman otağın mümkün qədər geniş görünməsinə çalışın. Əgər nəticə sizi qane etmirsə, deməli, düzgün yerləşdirməmisiniz. İstifadə etmədiyiniz əşyaları evdə saxlamayın.

Evi cadudan təmizləməyin yollarıGünəş işığı və təmiz hava
Günəş işığı və təmiz hava mənfi enerjini evdən dərhal təmizləyir. Təbiətin güclü enerjisi sizin ən yaxşı xilaskarınız olacaq. Mənfi enerjini yox etmək üçün səhər tezdən yuxudan duran kimi pərdə, pəncərə və qapıları açıb gün işığının və təmiz havanın içəri daxil olmasına icazə verin. Sadəcə, otağınızın və orqanizminizin deyil, paltarlarınızın da günəşə ehtiyacı var. Paltarları mümkün qədər günəş işığında qurudun.

Evi cadudan təmizləməyin yollarıDəniz duzu
Bir neçə qaşıq dəniz duzunu bir stəkan isti su ilə qarışdırıb duzun əriyib, su ilə həll olmasını gözləyin. Qarışığı sprey şüşəsinə töküb evin müxtəlif guşələrinə sıxın. Otağınıza, xüsusilə şimal-şərq və cənub-qərb tərəfə dəniz duzu səpin. 1 gecə saxladıqdan sonra tozsoranla süpürün.

Evi cadudan təmizləməyin yollarıAlqış sədaları
Alqış sədaları, yüksək səs və titrəyişlər neqativ enerjinin yox edilməsinə yardım edir. Təmiz və yüksək səs evi mənfi enerjidən təmizləməyin ən effektli üsuludur. Göy gurultusu da təbiətin müsbət enerjini yaymasının bir üsuludur. Evinizin müxtəlif guşələrində, rəflərdə, pilləkənlərdə, ağlınıza gələn hər yerdə əl çalın. Zəng, zınqırov və təbil kimi alətlərdən dən istifadə etmək olar.

Evi cadudan təmizləməyin yollarıEfir yağları
Efir yağlarının kəskin ətri mənfi enerjini dərhal məhv edir. Eyni zamanda evdən uzun müddət xoş, təravətli qoxular gələcək. Limon, portağal, lavanda, adaçayı, nanə və qızılgül kimi fərqli efir yağlarından bəhrələnmək olar. Kiçik sprey şüşəsini su ilə doldurun. 15-30 damcı hər hansı efir yağı əlavə edin. Onu evin hər küncünə, xüsusilə pəncərə və qapılara sıxın.

Evi cadudan təmizləməyin yollarıDibçək bitkiləri
Dibçək bitkiləri də mənfi enerjini aradan qaldırmaqda olduqca təsirlidir. Bambuku, ay otu, adaçayı, hind reyhanı, orxideya, aloe vera, rozmarin, jasmin və s. bitkilər evdə müsbət aura yaradır.

Evi cadudan təmizləməyin yollarıDaşlar
Kristalların yaydığı yüksək vibrasiya mənfi enerjini yox etməyə qadirdir. Onlar ətrafımızdakı insanların səbəb olduğu mənfi duyğu və düşüncələrlə mübarizə aparır. Qara turmalin daşını evin girişinə qoymaqla mənfi enerjinin daxil olmasına mane olursunuz. Ya da onu evin mərkəzinə qoyaraq pis enerjinin evdən çıxmasını təmin edə bilərsiniz.

Pis enerjiyə qalib gələn digər daşlara: çaxmaq daşı, kuvars, qara oniks, ametist, qara obsidian və apaçi göz yaşları, kəhrəba və.s daşları misal çəkmək olar. Daşların öz funksiyasını yaxşı yerinə yetirə bilməsi üçün onları həftədə bir dəfə təmizləmək lazımdır.

Evi cadudan təmizləməyin yollarıZəfəran
Tibet ənənəsinə görə, mənfi enerjilər zəfəranın kəskin qoxusunu sevmir. Dolayısı ilə zəfəran pis enerjini evdən uzaqlaşdırmağın ən asan yoludur. Günəş doğarkən evinizin girişinə bir miqdar zəfəran səpin. Beləliklə, evinizə müsbət enerjini dəvət edin.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 23891   Tarix: 24 iyun 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495