Ziya Məmmədovun mətbuat katibinin evi əlindən alındı - FOTOLAR

Ziya Məmmədovun mətbuat katibinin evi əlindən alındı - FOTOLARYeni tikilən binalarda bir mənzilin bir neçə nəfərə satılmasıyla bağlı problemlər mətbuatın manşetindən düşmür. Paytaxtda yüzlərlə şəxs ev dəllallarının, tikinti şirkətlərinin dələduzluqlarının qurbanına çevrilib. Bu məsələlərlə bağlı Azərbaycan məhkəmələrində saysız-hesabsız proseslər davam edir. 200 saylı MTK-da qeydə alınan dələduzluğa isə məhkəmə hakimləri də qoşulub.

BiG.AZ aznews.az-a istinadən xəbər verir ki, MTK-nın Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi 60-da yerləşən binasından mənzil alan 4 ailə məhkəmənin heç bir məntiqə sığmayan qərarıyla evindən çıxarılır. Bu barədə AzNews.az-a həmin mənzillərdən birinin sahibi olan Fuad Hüseynzadə məlumat verib. O bildirib ki, 2007-ci ilin iyun ayının 25-də sözügedən binanın 66 nömrəli mənzilini alıb. Mənzil üçün MTK-ya 48 800 manat pul ödəyib və sənəd alıb. Maliyyə problemi olduğundan evi hissə-hissə təmir edib və 2013-cü ildə ailəsi birlikdə evə köçüb:

"Bu müddət ərzində isə mənzilin bütün kommunal xərcləri ödənib və qəbzlərimiz də var. Maliyyə arayışımız da var. Lakin birdən-birə bir nəfər çıxıb və deyir ki, bu mənzil mənimdir. Əlində də bir saxta müqaviləsi. Mən evi 2007-ci ilin iyulunda almışam, müqaviləm də o tarixədir. Mənim Mənzilimə iddialı olan adam isə müqaviləni məndən bir ay sonra – avqustda imzalayıb".

F.Hüseynzadənin sözlərinə görə, eyni problemlə həmin binadan mənzil alan daha 3 ailə də qarşılaşıb:

"Biz 4 ailə hər birimiz onlardan qabaq, müxtəlif tarixlərdə almışıq. Onlar isə hamısı bizdən sonra və eyni gündə alıblar. Elə saxtakarlıq olduğu, dələduzluq edildiyi buradan bilinir".

Ailələr məsələ ilə bağlı Binəqədi rayon məhkəməsinə müraciət edib. 2014-cü ilin oktyabrın 3-də keçirilən ilk instansiya məhkəməsi mənzildə yaşayan ailələrin xeyrinə qərar çıxarıb. Mənzilə iddialı olan şəxslər isə qərardan apellyasiya şikayəti verib. Apellyasiya Məhkəməsi Binəqədi rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb. İş Ali Məhkəməyə gedib. Ali Məhkəmə isə işi yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə qaytarıb. Apellyasiya Məhkəməsi isə mənzildə yaşayan ailələrə məxsus sənədlərdəki möhürün saxta olduğunu bildirib və iddialı şəxslərin xeyrinə qərar çıxarıb. Ali Məhkəmə də sözügedən qərarı qüvvədə saxlayıb.

İşlə bağlı istintaq aparılıb və 200 saylı MTK-nın sədri Etibar Fərzəliyev həbs edilib.

Bundan sonra həmin 4 ailənin mənzilləri boşaldılması barədə qərar qəbul edilib:

"Məhkəmə icraçıları gəldilər və məhkəmə qərarıyla evdən çıxmağımızı tələb edirlər. Mən bu evə öz qiymətindən əlavə, 33 min də təmir pulu qoymuşam. 2007-ci ildən 2013-cü ilə kimi heç yox idilər, indi gəliblər ki, ev bizimdir. Bu qədər də saxtakarlıq olmaz axı. Biz birinci və ikinci məhkəmə instansiyalarını udmuşduq. Hakimlər iddiaçılara açıq şəkildə bildirirdilər ki, siz camaatı şantaj edirsiniz. Sonra həmin adamlar məhkəməyə yol tapdılar. Hakimlər açıq şəkildə bizə bildirirlər ki, siz düz deyirsiniz, ev sizindir, amma qərar başqa cür verilir. Mən həkim adamam, həmişə qanunlara sayqıyla yanaşmışam. Ölkəmizin hüquqi dövlət olmasına inanaraq, Türkiyədə təhsil almağıma baxmayaraq, öz ölkəmdə, öz vətəndaşlarımıza xidmət etməyi üstün tutmuşam. Burada isə halal zəhmətimlə, min bir əzabla aldığım evi əlimdən alırlar. Mən bütün sənədlərlə, şahidlərlə haqlı olduğumu göstərirəm, amma hakimlər hansısa maraqlarına görə açıq şəkildə dələduzluq etdiyi görünən şəxslərin xeyrinə qərar qəbul edir. Qalmışıq biçarə!"

Dadaş Bünyadzadə keçəsi 60-dakı binadan ev alaraq dələduzluqla üzləşən ailələrin siyahısını təqdim edirik:

Mənzil 2 - Həsənov Namiq;
Mənzil 37 - Bəşirova Məmləkət;
Mənzil 54 - Ağaməmmədov Elman
Mənzil 66 - Xədicə Hüseynzadə (redaksiyamıza şikayət edən Fuad Həsənzadənin həyat yoldaşı).

AzNews.az-ın araşdırması nəticəsində məlum olub ki, sözügedən binanın 2-ci mənzilinə sahib olan şəxs Nəqliyyat Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Namiq Həsənovdur. Məhkəmə onun da mənzilinin əlindən alınması barədə qərar çıxarıb.

Ziya Məmmədovun mətbuat katibinin evi əlindən alındı - FOTOLARZiya Məmmədovun mətbuat katibinin evi əlindən alındı - FOTOLARZiya Məmmədovun mətbuat katibinin evi əlindən alındı - FOTOLARZiya Məmmədovun mətbuat katibinin evi əlindən alındı - FOTOLARZiya Məmmədovun mətbuat katibinin evi əlindən alındı - FOTOLARZiya Məmmədovun mətbuat katibinin evi əlindən alındı - FOTOLARZiya Məmmədovun mətbuat katibinin evi əlindən alındı - FOTOLARZiya Məmmədovun mətbuat katibinin evi əlindən alındı - FOTOLARZiya Məmmədovun mətbuat katibinin evi əlindən alındı - FOTOLARZiya Məmmədovun mətbuat katibinin evi əlindən alındı - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2912   Tarix: 22 iyun 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Bu barədə Ermənistan parlamentinin deputatı Qarnik Danielyan məlumat verib. Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, hərbçi mina partlayışı nəticəsində xəsarət alıb. Onun həyatı üçün heç bir təhlükə yoxdur. Hərbçini

25.04.2024 217
.

34 ildir "Simpsonlar"da görünən obraz "öldü"

"Simpsonlar" cizgi serialının yaradıcıları 34 il "Moe's" barında yer alan "Larri" personajını "öldürüblər". Axşam.az xəbər verir ki, ekran işinin son bölümündə onun öldüyü ilə bağlı səhnə yer alıb. Belə ki, bu personaj 34 ildir ki, həmişə dostu Sem ilə sözügedə

25.04.2024 414
.

Türkiyədə sürüşmə oldu - VİDEO

Türkiyənin Şırnak vilayətində sürüşmə olub. BİG.AZ xəbər verir ki, hadisə ətrafdakı insanlar tərəfindən mobil telefon vasitəsi ilə qeydə alınıb. Tonlarla çirkab yığını ağacları kökündən qoparıb kənara çəkdi. Həmin anlar kameraya çəkildi

25.04.2024 98
.

Evliliklərinin 7-ci ilini qeyd edirlər...

Aparıcı İlkin Həsəni və influenser xanımı Aysel Həsəni (icelinee) 7-ci evlilik ildönümlərini qeyd edirlər. OLAY yazır ki, bununla bağlı hər ikisi də paylaşım edib. İlkin toyundan fotonu "7 il" və ürək emojisi ilə paylaşıb. Aysel isə "25.04.2017" qeydi ilə "Bu gün toyumuzdan

25.04.2024 598
.

Asiyanın ən varlı adamı: Yaxınlarına etdiyi hədiyyələr dodaq uçuqladır

Asiyanın ən varlı adamı Mukeş Ambani 116 milyard dollar sərvətinə malikdir və o, ailəsi ilə dəbdəbəli həyat sürür. xarici mediaya istinadən xəbər verir ki, Ambani sevdiklərinə bahalı hədiyyə verməklə ad çıxarıb. Mukeşin ailə üzvlərinə və dostlarına verdiyi bahalı hədiyyələrin siyahısını təqdim edirik

25.04.2024 261
.

İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər. xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub. Qeyd edək ki, E.Süleymanova bu gün 87 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib və İkinc

25.04.2024 622
.

Azərbaycanda 8-ci sinif şagirdi qoşulub qaçdı

Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb. -ın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Məlumata əsasən, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxsə qoşularaq qaçıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətini

25.04.2024 843
.

Azərbaycan - Rusiya münasibətlərində milli maraqlar- Təhlil

"Azərbaycanın xarici siyasəti hər zaman praqmatikliyi ilə seçilib. Bu illər ərzində ölkəmiz regionda daim sabitləşdirici mövqedən çıxış edərək region ətrafında qlobal güclər arasında ziddiyyətlərin aradan qaldırılması üçün əlindən gələni edib. Balanslı siyasət nəticəsində sabit bölgə üçün daim vuruşa

25.04.2024 133
.

Nəsib Quliyev dəfn edildi

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev dəfn edilib. -a istinadən xəbər verir ki, Nəsib Quliyev Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb. Məlumata görə o, öz atasının yanında dəfn edilib

25.04.2024 770