"18 günə üzdən gənəni təmizləmişəm" - Həkim dermatoloq Zeynəb Sadıqova mümkünsüzü BACARIR

"18 günə üzdən gənəni təmizləmişəm" - Həkim dermatoloq Zeynəb Sadıqova mümkünsüzü BACARIRSavadlı həkimlər cəmiyyət üçün ən lazımlı insanlardır. Azərbaycanda da kifayət qədər savadlı həkimlər var. BiG.AZ-a kifayət qədər savadlı həkim dermatoloq uzman Zeynəb Sadıqova müsahibə verib. Problemli dəri, saç tökülməsi və müxtəlif kosmetoloji prosesləri yüksək səviyyədə həyata keçirən Zeynəb xanım xəstələrə də yalnız peşəkarlara üz tutmağı məsləhət bilib:

- Zeynəb xanım, öncə, oxucularımıza özünüz barədə qısa məlumat verərdiniz.

- Azərbaycan Tibb Universitetinin məzunu olmuşam, xarici ölkələrdə təhsilimlə əlaqədar xususi kurslar keçmişəm. Türkiyə, İran, İsrail, Fransa kimi böyük ölkələrdə elmi konfranslarda iştirak etmişəm. Bütün bunlarla yanaşı, dünyada öz peşəkar həkimləri ilə şöhrət qazanan Türkiyədə yerləşən Gülhanə xəstəxanasında da 2 il fəaliyyət göstərmişəm. Onu da qeyd edim ki, bu yaxınlarda Almaniyada olmuşam və xüsusi diplomla təltif edilmişəm. Səhiyyə Nazirliyi tərəfindən bir çox elmi mükafatlara da layiq görülmüşəm.

- Necə oldu ki, bu sahəyə maraq göstərdiniz?

- Uşaqlıqdan bu sahəyə marağım böyük olub. Rəssamlıq bacarığım olduqca yüksəkdir. Elə bu səbəbdən də, üzdəyişilməsinin, botoks edilmənin, gel vurulmasının, saç əkilməsinin öhdəsindən peşəkarcasına gələ bilirəm. İlk olaraq, mini estetik əməliyyatlarla fəaliyyətimə başladım. Hazırda isə uzman olaraq çalışıram.

- Xanımlara nə kimi faydalar verə bilirsiniz?

- Bütün kosmotoloji xidmətlər –üz gərmə, botoks, gel, mezo, pearpi və s. Yeri gəlmişkən, pearpi haqqında qısa da olsa, oxuculara məlumat vermək istəyirəm. Azərbaycanda yeganə həkiməm ki, pearpi üzrə diplom almışam. Azərbaycanda plazma kimi tanıdılan pearpi əslində Amerikada icad olunub. Mən bu haqda İzraildə məlumat almışam. Onu da qeyd edim ki , bir çox ölkələrdə bu üsuldan istifadə olunsa da, Azərbaycanda geniş yayılmayıb.

- Ümumiyyətlə, pearpi nədir?

- İnsanın qanını alırıq o qanı xüsusi cihaza qoyuruq. Ordan biz artıq eritrositler və trombositlər burda aktiv rol oynayır. Trombositlərlə zənginləşmiş aktiv hüceyrələr birbaşa olaraq, zədə almış nahiyəyə köçürülür. Yəni bu əslində, bir çox ölkələrdə fərq etməz, kosmetoloji proseduralarda, futbolçular ayaq travmaları alarsa və ya əməliyyatdan öncə və sonra bunu tətbiq edirlər. Bu reginirasiya prosesi daşıyıyr. Məlumdur ki, travma aldıqda həmin hissədə sinyak (göyərmə) baş verir. O göyərmə qeyd etdiyim proseslə aradan qaldırılır. Bu əsasən, saç əkilməsində istifadə olunan üsuldur.

- Saç tökülməsinə qarşı əsasən hansı üsuldan istifadə edirsiniz?

- Mən süni yollara qaçmağın əleyhinəyəm. Ona görə də, təbii yollarla saç tökülməsinin qarşısını almağa çalışıram. Mənim xüsusi dərmanlarım var ki, içmələr və üzdən sürtülən dərmanlardır. Və bu da 1 ay ərzində tamamilə saç tökülməsinin qarşısını alır. Saç tökülməsi dayandıqdan sonra, artıq bərpaedici rol oynayan dərmanlarıma keçirəm. Bu isə 3-6 ay arasında öz mükəmməl təsirini göstərir.

- Son zamanlar saç tökülməsi qlobal problemə çevrilib. Bəs bu nə ilə əlaqədardır?

- Saç tökülməsinin başlıca səbəbləri: irsi faktor-yəni, genetika, əsəb sistemi-yəni, stress. Nəzərinizə çatdırım ki, stress beyində birdən-birə 1 milyon hüceyrənin ölməsinə səbəb olur. Belə hallarda, kosmetoloji çıxış yolu yalnız mezoterapiya üsuludur. Bunun üçün, mütəxəssisə müraciət etmək vacibdir. Yəni, iynə vasitəsilə hüceyrələri yenilənməlidir. Lakin, tibbi cəhətdən buna yanaşsaq, laborator müayindədən keçirsək, hər hansı bir tibbi cihazla aydınladırsaq və baxsaq onun daxili bir potologiyası varmı?! Buna görə də, öncə daxili müayinə aparmaq vacibdir. Saç tökülməsini təkcə əsəbə də bağlamaq olmaz, hormonal pozğunluqda tökülməyə səbəb ola bilər.

Digər səbəb isə testosteron hormonun yüksəlməsi ola bilər. Bu horman kişilərə məxsusdur. Qadınlarda bu horman yüksələrsə, kişilərdə olan kimi, tüklənməyə səbəb ola bilər. Kişilərdə isə əksinə, bu horman yükəslərsə saçlarda aşırı dərəcədə tökülmə baş verir.
Başqa səbəb kimi yağlanmanı misal çəkə bilərik. Çox təəssüf ki, bunu bəzi həkimlərimiz belə qarışdırır. Seboriya və estragonın verdiyi yağlanmanı qarışdırırlar. Ona görə də müalicənin düzgün aparılması üçün ilk növbədə müayinə düzgün olmalıdır. Kimyəvi preparatlardan çox istifadə düzgün deyil, təbii yollarla müalicə aparmaq daha məqsədə uyğundur.
Bir məsələni də vurğulayım ki, qısa müddətdə effekt almaq üçün xəstənin başına qarmon vururlar. Tibbi savadı olmayan da bilər ki, bu nə dərəcədə zərərli vasitədir. Oxucular deyilənləri nəzərə alaraq təbii yollara üstünlük versələr daha çox effekt ala bilərlər.

- Zeynəb xanım, üzə düşmüş gənələrlə bağlı nə deyə bilərsiniz?

- Bəzi kosmetoloqlar demək olar ki, üzlə bağlı müraciət edən çox xəstəyə gənə diaqnozu qoyur. Lakin, diaqnoz qoyulmazdan əvvəl xəstələr mütləq, müayinədən keçirilməlidirlər. Müayinəyə uyğun olaraq, müalicə də olunmalıdır. Gənə tibbi baxımdan demodeks adlandırılır. Mənası dərialtı gənə deməkdir. Onun yumurtaları bütün insanlarda var. Lakin aktiv və qeyri-aktiv şəkildə özünü göstərir. İmmuntet zəifləyəndə demodeks aktivləşməyə başlayır. Eynilə laborator müayinədən keçrilir, diaqnoz qoyulur və müalicəyə başladılır. Bu xəstəlik hər insanda görülməz. Görülərsə aşırı dərəcədə irin və yağlardan ibarət olur. Bu təkcə üzdə deyil, bədəndə, qaşlarda, kirpiklərdə və hətta saçlarda da ola bilir.

- Bəs bu xəstəliyin müalicəsi nə qədər müddət çəkir?

- Mən nə özümü, nə də ki, xəstəmi yormuram. Qeyd edim ki, 18 günə də bu xəstəlikdən xilas olan xəstəm olub. Mən hətta çox ağır xəstəlik olan, vitiliqo xəstəliyini də müalicə edirəm. El arasında "Ala" kimi adlandırılan xəstəlikdir. Və uzun müddətə aparılan xəstəlikdir.

- Bəs, xanımlara maraqlı olan təbii və süni dodaq gellərinin fərqi barəsində nə deyə bilərsiniz?

- O süni gelin adı biopolmerdir. Tərkibi sintetikadan hazırlanır. Biz də istifadə edirik, istəyən olanda əlbəttə vururuq. Təbii gelə imkanı olmayanlar süni gel vurdururlar. Təbii gel, bitkilərdən, heyvanlardan alınan təmiz yağdır. İnsanın öz bədənindən də bunu əldə etmək olar. Bu hipopaksiya üsulu adlandırılır. Süni gellə təbii gelin qalıcılıq müddətində də fərq olur, əlbəttə. Süni gel ömürlük, təbii isə müddətlədir.

- Xanımlara ev şəraitində edə biləcəyi maska nə təklif edə bilərsiniz?

- Dəri 3 qatdan ibarətdir: epiderm, derm, lipoderm. Epidermə az da olsa qidalandırıcı edə bilərik. Adi yumurtanın sarısı ilə zeytun yağın qarışdırıb üzlərinə çəkməkləri kifayətdir. Dəridə problem varsa, savadlı mütəxəssisə müraciət etmələri məsləhətdir. Mən elə bir maska hazırlayıram ki, bu əməlli-başlı botoks effekti verir. Mən insan plasentasından hazırlamışam. İnsan plasentası qadın doğur, doğuşdan sonra cifti olur ondan yaratmışam. Bu limfadrinaj, liftinq, qida, nəmləndirici və bir çox funksiyanı daşıyır.

Bunlarla yanaşı istifadə etdiyim aparatlar ən son modellərdir. Tatunu silir, karbon peelingdir, xal aparatıdır və s. Hər növ aparatlar istifadə edirik. Mənim ən yaxşı bacardığım müalicə növündən biri də qurdlara qarşı olunan müalicə üsuludur. Digər həkimlər kimi dərman yazıb, xəstəni yola salmıram. Xəstənin gözü qarşısında qurdu bədəndən xaric edirəm və onun özün göstərirəm.

- Xanımlara məsləhətiniz nədir?

- Bildirmək istəyirəm ki, salonlarda göstərilən kosmetoloji xidmətlərə müraciət etməsinlər. Olduqca böyük fəsadlarla qarşılaşa bilərlər. Xüsusilə, süni dodaq gellərini salonlarda vurduran xanımlar, çox tez-tez bizə müraciət edirlər. Ən potoloji halda gəlirlər ki, mənə kömək edin. Yanıma gələnlərin çoxu da, sonradan dəridə problem yaranacağını səbəb gətirərək çəkindiklərini bildirirlər. Mən də pasinetlərimə bildirirəm ki, süni gelin üzərindən təbii gel vurdurmaq olmaz. Birbaşa reaksiya gedir, sintetika ilə təbii gel bir-birini yeyir. Dəridə birbaşa yeyilmə gedir. Diqqətli olmaqları çox vacibdir.

Şahidə Tapdıq

Müraciət etmək üçün uzman -həkim, dermotoloq Sadıqova Zeynəb:

İnstagram səhifəsi: DR.ZEYNEB

Əlaqə nömrəsi: +994(51) 366 82 83

+994(55) 691 84 64

FOTOLAR: Bahadur Azadi ( instagram BAHADURAZADI)

"18 günə üzdən gənəni təmizləmişəm" - Həkim dermatoloq Zeynəb Sadıqova mümkünsüzü BACARIR"18 günə üzdən gənəni təmizləmişəm" - Həkim dermatoloq Zeynəb Sadıqova mümkünsüzü BACARIR"18 günə üzdən gənəni təmizləmişəm" - Həkim dermatoloq Zeynəb Sadıqova mümkünsüzü BACARIR"18 günə üzdən gənəni təmizləmişəm" - Həkim dermatoloq Zeynəb Sadıqova mümkünsüzü BACARIR"18 günə üzdən gənəni təmizləmişəm" - Həkim dermatoloq Zeynəb Sadıqova mümkünsüzü BACARIR"18 günə üzdən gənəni təmizləmişəm" - Həkim dermatoloq Zeynəb Sadıqova mümkünsüzü BACARIR"18 günə üzdən gənəni təmizləmişəm" - Həkim dermatoloq Zeynəb Sadıqova mümkünsüzü BACARIR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 14333   Tarix: 15 iyun 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İkinci əl geyimlər aldığını etiraf etdi

Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad

18.09.2021 6939
.

Xəyanət iddialarını yalanladı

Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"

17.09.2021 2431
.

Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"

Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir

17.09.2021 1704
.

Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"

"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy

16.09.2021 2063
.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637
.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387
.

Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR

Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:

17.09.2021 3949
.

Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO

Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı

16.09.2021 4875
.

41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO

Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb

16.09.2021 6043